Edge panellərinin bütün imkanlarından necə istifadə etmək olar

Son yeniləmə tarixi : 16-05-2024

Edge Panelləri sevimli tətbiqləri tez və asanlıqla işə salmağa imkan verən Galaxy cihazınızda tapa biləcəyiniz köməkçi alətdir. Bundan əlavə, Siz Edge panellərini şəxsi istəklərinizə uyğunlaşdıra bilərsiniz. Bundan sonra, Siz bu rahat alətin bütün xüsusiyyətlərindən necə istifadə edəcəyinizi öyrənəcəksiniz. 

Edge panellərinin ekranda əks olunması.

Edge panellərini necə işə salmaq olar

Edge panellərinin aktivləşdirilməsi cihaz parametrlər paneli vasitəsilə həyata keçirilir. "Displey" piktoqramını seçin və "Edge Paneli" nin düyməsini aktiv vəziyyətə gətirin.

Sonra, Edge panellərinin göstərilməsi üçün smartfonun ekranında sol tərəfdə ekran ipucuna keçid edin.

Edge panellərinin ekranında piktoqramlar və tətbiqlərin görünüşünü dəyişmək üçün bu addımları yerinə yetirin: 

1-ci addım Smartfonda parametrlər bölməsinə keçid edin və siyahıdan "Displey" elementini seçin.

2-ci addım Ekranın yuxarı hissəsində "Edge Panelləri" elementini seçin.

3-cü addım Siyahıdan "Panellər" elementini seçin.

4-cü addım Ekranın yuxarı hissəsində istədiyiniz qısa yol panelini seçin.

Nəzərə alın ki, panelin redaktəsi “Redaktə et” düyməsi vasitəsilə də mümkündür.

Edge panellərinin xarici görünüşünü şəxsi istəklərinizə uyğunlaşdıra bilərsiniz. "Edge Panelləri" elementini seçdikdən sonra bu ekranda "Tərtibat" elementini seçin, daha sonra Siz Edge panellərinin bir neçə parametrlərini konfiqurasiya edə bilərsiniz:

Mövqe: Edge panellərinin ekran ipucunun mövqesinin seçilməsi imkanı mövcuddur, bu "Sol" "Sağ" elementləri vasitəsilə həyata keçirilir.

Üslub: Edge panellərinin əks olunması üçün istədiyiniz rəngi seçin.

Şəffaflıq: Tənzimləmək üçün Edge  panellərinin əks olunduğu şəffaflığın tənzimlənməsi alətini "Aşağı" mövqedən "Yüksək" mövqeyə keçirin. 

Ölçü: Edge panellərinin ölçüsünü tənzimləmək üçün tənzimlənmə alətini "Kiçik" mövqedən "Böyük" mövqeyə keçirin.

Qalınlıq: Edge panellərinin qalınlığını tənzimləmək üçün tənzimlənmə alətini "İncə" mövqedən "Qalın" mövqeyə keçirin.

Vibrasiya: Dəstəyə toxunduqda smartfonun titrəməsini təmin etmək istəyirsinizsə, keçid düyməsini aktiv vəziyyətə keçirin.

Edge panellərinin standart versiyaları ilə yanaşı, yeni variantını endirmək istəyirsinizsə, bunu "Panellər" elementindən istifadə etməklə edə bilərsiniz. Galaxy Store piktoqramını seçin. Burada siz Edge panellərinə tətbiq edə biləcəyiniz yeni panelləri və parametrləri tapa bilərsiniz. 

Nəzərə alın ki, Edge panellərinin bəzi tənzimləmələri üçün əlavə ödəniş tələb olunur.

Edge Panellərinin ən son versiyasının mövcudluğunu yoxlamaq üçün "Edge Panelləri" tənzimləmələri menyusunda "Edge Panelləri haqqında" elementindən istifadə edə bilərsiniz.

Şərhiniz üçün təşəkkür edirik!