Samsung Galaxy-dəki tətbiqlər üçün fon verilənlərini necə məhdudlaşdırmaq olar

Son yeniləmə tarixi : 16-05-2024

Bütün proqramları yığdıqda (minimize) və cihazı blokladıqda (ekran qaraldıqda) smartfon və ya planşet fon rejiminə keçir. Android cihazlarında tətbiqlər fon rejimində məlumatları qəbul etməyə və göndərməyə davam edir. Ekran bloklandıqdan sonra cihaz tamamilə sönmür və müxtəlif tapşırıqları yerinə yetirməyə və yaddaşda saxlamağa davam edir.

Məsələn:

  • tətbiq yeniləmələri;
  • messencerlərdəki mesajların və tətbiqlərdən bildirişlərin yenilənməsi;
  • video və musiqi;
  • addımların sayımı;
  • ehtiyat nüsxələrin sinxronizasiyası.

Fon rejimi rahatdır, lakin o, əməliyyat yaddaşını yükləyir və batareyadakı enerjini daha tez sərf edir.

Siz hər bir tətbiq üçün fon rejimində verilənlərin ötürülməsini məhdudlaşdıra bilərsiniz.

Aşağıda müxtəlif Android versiyaları üçün tətbiqlər üzrə fon məlumatlarını məhdudlaşdırmaq üçün atılmalı addımlar göstərilir.

Parametrlər > Batareya və cihaza qulluq Parametrlər > Batareya və cihaza qulluq

1. Parametrlər açın və Batareya və cihaza qulluq göstərilməsi bölməsinə keçin.

Batareya maddəsini seçin Batareya maddəsini seçin

2. Batareya maddəsini seçin.

"Fonda istifadə limitləri" seçin "Fonda istifadə limitləri" seçin

3. Fonda istifadə limitləri seçin.

"Dərin yuxuda olan proqramlar" tab vərəqəsinə keçid edin "Dərin yuxuda olan proqramlar" tab vərəqəsinə keçid edin

4. Dərin yuxuda olan proqramlar tab vərəqəsinə keçid edin.

Ekranın yuxarı sağ küncündə "+" (plus) işarəsinə sıxın Ekranın yuxarı sağ küncündə "+" (plus) işarəsinə sıxın

5. Ekranın yuxarı sağ küncündə "+" (plus) işarəsinə sıxın.

Fon rejimində məlumatları göndərməyəcək və ya qəbul etməyəcək tətbiqləri işarələrlə qeyd edin və "Əlavə et" düyməsini sıxın. Fon rejimində məlumatları göndərməyəcək və ya qəbul etməyəcək tətbiqləri işarələrlə qeyd edin və "Əlavə et" düyməsini sıxın.

6. Fon rejimində məlumatları göndərməyəcək və ya qəbul etməyəcək tətbiqləri işarələrlə qeyd edin və Əlavə et düyməsini sıxın.

Hazırdır. Siyahıdakı tətbiqlər fon rejimində məlumatları ötürməyəcək.

Bu tətbiqlər növbəti dəfə işə salınanadək batareyanın enerjisini sərf etməyəcək (sanki söndürülüb).

Siyahıdakı tətbiqlər fon rejimində məlumatları ötürməyəcək.

  1. Parametrlər maddəsini açın
  2. Cihaza gayğı bölməsinə keçin.
  3. Batareya seçin.
  4. Proqram enerji idarə etməsi düyməsini sıxın.
  5. Yuxu rejimində olan proqramlar seçin.
  6. Ekranın yuxarı sağ küncündə "+" (plus) işarəsinə sıxın.
  7. Fon rejimində məlumatları göndərməyəcək və ya qəbul etməyəcək tətbiqləri işarələrlə qeyd edin və Əlavə et düyməsini sıxın.

  1. Parametrlər maddəsini açın
  2. Cihaza gayğı bölməsinə keçin.
  3. Batareya seçin.
  4. Üç nöqtəni, sonra isə Parametrlər seçin.
  5. Yuxu rejimində olan proqramlar seçin.
  6. Əlave et düyməsini sıxın.
  7. Fon rejimində məlumatları göndərməyəcək və ya qəbul etməyəcək tətbiqləri işarələrlə qeyd edin və Əlavə et düyməsini sıxın.
  1. Parametrlər maddəsini açın
  2. Cihazin texmiki-xidməti bölməsinə keçin.
  3. Batareya seçin.
  4. Hemişə yuxu rejimində olan proqramlar seçin.
  5. Proqram əlavə et düyməsini sıxın.
  6. Fon rejimində məlumatları göndərməyəcək və ya qəbul etməyəcək tətbiqləri işarələrlə qeyd edin və Hazirdir düyməsini sıxın.

Şərhiniz üçün təşəkkür edirik!