Samsung Galaxy kilidlənib, Google hesabını tələb edirsə nə etmək lazımdır

Son yeniləmə tarixi : 04-04-2024

Samsung Galaxy smartfonlarında oğurluqdan və qanunsuz keçiddən müdafiə tətbiq olunub — Google FRP. Verilənləri sıfırladıqda və sıfırlamadan öncə Google hesabını silmədikdə, cihaz kilidə düşəcək.

Cihazı işə saldığınız zaman sıfırlamadan öncə cihazda olan hesab və onun şifrəsi tələb olunacaq.

Bu məqalədə siz Samsung Galaxy smartfonunuz kilidə düşdüyü və Google hesabını tələb etdiyi halda nə etməli olduğunuzu öyrənəcəksiniz. 

Samsung Galaxy smartfonunun kilidini necə açmaq olar

Samsung Galaxy-nin kilidini açmaq üçün aşağıdakı təlimatlardan istifadə edin. 

1 Samsung Galaxy-də Google hesabını daxil edin

Sıfırlamadan öncə cihazda olan Google hesabını daxil edin və «Növbəti» düyməsinə basın.

2 Şifrəni daxil edin

Smartfon sıfırlanmazdan öncə qeydiyyata alınmış şifrəni daxil edin və «Növbəti» düyməsinə basın.

3 Sonrakı tənzimləməni davam edin.

Hesab və şifrə düzgün qeyd olunduğu halda, cihaz növbəti tənzimləməni davam etdirməyi təklif edəcək.

Hesabın şifrəsini unutduğunuz halda, kompüterdə g.co/recoverlinkinə keçin, sıfırlamadan öncə cihazda olan hesabı daxil edin və şifrənin bərpa olunması üçün təlimatları yerinə yetirin. Yeni şifrə cihazda 24 saatdan sonra daxil edilə bilər.

Sıfırlamadan öncə cihazda hansı hesabın olduğunu xatırlamadığınız və ya şifrəni bərpa edə bilmədiyiniz halda, Samsung servis mərkəzinə müraciət edin. Alışı təsdiqləyən sənədləri (qəbzi, doldurulmuş zəmanət talonunu, kredit müqaviləsini) mütləq özünüzlə götürün. Sənədləriniz yoxdursa, cihazın kilidini açmaq mümkün olmayacaq.


Şərhiniz üçün təşəkkür edirik!