Q-seriyalı Soundbar HW-Q990D 11.1.4 kanallı Sab Vufer və Arxa Dinamik ilə (2024)
Gallery popup
QR kodunu smartfonunla skan et və obyekti otağına yerləşdir.
Simsiz Dolby Atmos
Samsung televizorları ilə simsiz Dolby Atmos
Dolby Atmos obyekt əsaslı audio format simsiz şəkildə Samsung Səs panelinə qoşulur. Unikal 3D səsdən zövq alın. Çünki hər bir zərb, hər bir nəbz sizi hər tərəfdən əhatə edir.
Əsl 11.1.4 kanallı audioya sahibdir
Sizi əhatə edən mühitin səsi
Hər hansı bir mövqedən səs ötürmək üçün hazırlanmış, arxa dinamiklər, 1 sabvufer kanalı və 4 səs gücləndirmə kanalı da daxil olmaqla 11 ön və ətraf kanallarla təchiz olunmuşdur ki, bu da həyəcan verici bir təcrübə ilə təmin edir.
Q-Symphony
Televizor və Səs paneli harmoniyada qurulmuşdur
Q-Symphony texnologiyası həm televizorun səs gücləndiriclərini, həm də səs panelini aktivləşdirir və onlar eyni zamanda çalışır, bununla da unikal səs sinergiyasını təmin edir və bütün kanallardan Aİ vasitəsilə optimallaşdırılan səs gəlir.
SpaceFit Sound Pro
Mükəmməl səsin təmin edilməsi üçün səs parametrləri məkanınıza uyğun olaraq tənzimlənir
"SpaceFit Sound Pro" SpaceFit Sound-u yeni zirvələrə qaldırır. İndi səs paneli cihazı otağı analiz edir və səsi məkana uyğunlaşdırır, habelə, hətta yüksək dərəcəli aydınlığı və optimallaşdırılmış basları özündə birləşdirir.
Bu səs panelini bu qədər immersiv hala gətirən xüsusiyyətləri öyrənin
Maksimum səs ilə təmin etmək üçün nəzərdə tutulmuş bu səs paneli üç növ dinamiklə təchiz olunmuşdur – ön ①, yan ② və yuxarıya doğru ③ – strateji olaraq korpusa daxil edilmişdir.
Səs keyfiyyəti
Yuxarı-arxa dinamiklər daxildir
Yuxarıdan gələn həyrətamiz audio ilə kinematik səs
Səsi gücləndirən simsiz arxa dinamiklər sayəsində səs tavandan sıçrayaraq ətrafa yayılır və nəticədə ev kinoteatrı hissi yaradan nəfəs kəsən səs yaranır.
Xüsusi Arxa Səs
Televizora baxmaq üçün yalnız arxa dinamikləri yandırınBaşqalarını narahat etmədən televizor izləyin. Yalnız arxa dinamikləri açmaqla və qalanlarını söndürməklə səsi azalda bilərsiniz.
Səs Qruplaşması
Bu qrup arxa dinamiklərdən istifadə edərək musiqini səsləndirir, otağı musiqi səsi ilə təmin edirEyni səsi ahəngdar şəkildə səsləndirmək üçün arxa dinamikləri əsas səs paneli ilə sinxronlaşdırın. Bütün otağı əhatə edən nəfəs kəsən musiqi ilə ritm tutaraq rəqs edə bilərsiniz.
Adaptiv Səs
Hər bir səhnə üçün optimallaşdırılan səs
Adaptive Səs səsi konkret audio kontent üçün avtomatik şəkildə optimallaşdırır, bununla da səsləri və səsdəki xırdalıqları, kontentə və səs səviyyəsinə uyğun olaraq, aydın şəkildə çatdırır.
Active Voice Amplifier (AVA)
Diqqətinizi yayındırmadan, hər sözü eşidinDialoqu aydın şəkildə eşidin, hətta səs-küylü şəraitdə belə. Active Voice Amplifier səsləri, dəyişən səs-küy səviyyəsinə uyğunlaşdıraraq səsləndirir və siz bir sözü belə qaçırmırsınız.
Samsung Audio Lab
Səs innovasiyaları üzrə mütəxəssislər tərəfindən hazırlanıb.California Audio Lab laboratoriyamızda sınaqdan keçirilib və tənzimlənib. Dünya miqyaslı audio mühəndislər qabaqcıl akustika texnologiyalarını tətbiq edir və balanslaşdırılmış, bütün otağı dolduran səsi təmin edir.
Rahatlıq
HDMI 2.1 / HDMI eARC
Fasiləsiz olaraq keyfiyyətli səsin təmin edilməsi
Dəstəklənən HDMI eARC və HDMI 2.1 texnologiyaları fasiləsiz səs ötürülməsini təmin edir. Televizorunuzun köməyi ilə oyun konsollarını və UBD pleyerlərini Səs panelinə qoşun və Dolby Atmos kimi 3D səs formatından nəzərdə tutulduğu keyfiyyətdə zövq alın.2
Səs assistenti və striminq xüsusiyyətləri
Sevdiyiniz musiqini paylaşın və səsinizlə idarə edin.
Səs panelinizi, Chromecast-ın quraşdırıldığı Google Assistant dəstəkli cihazdan istifadə edərək, səsinizlə idarə edin. Eyni zamanda, siz quraşdırılmış Chromecast-dan audio kontentin striminqi, o cümlədən, sevdiyiniz musiqinin paylaşılması üçün istifadə edə bilərsiniz. Yaxud, audio faylların paylaşılması üçün AirPlay-ə qoşula bilərsiniz. Sadəcə Apple cihazında AirPlay ikonuna basın. Apple AirPlay ilə siz sevdiyiniz musiqidən və ya podkastlardan iPhone və ya iPad cihazınızdan zövq ala bilərsiniz.3
AirPlay
Sevdiyiniz musiqini paylaş
Apple AirPlay ilə siz sevdiyiniz musiqidən və ya podkastlardan iPhone və ya iPad cihazınızdan zövq ala bilərsiniz. Sadəcə Apple cihazınızda AirPlay ikonuna basın və Səs panelinizə qoşulun.4
Tap Sound
Qoşulmaq üçün sadəcə düymənin üzərinə basınMobil audio fayllarınızı səs panelində əks etdirin. Sadəcə bir toxunuşla musiqi fayllarınız səlis şəkildə inanılmaz keyfiyyətlə səslənməyə başlayır.
SmartThings:Built-in Hub
SmartThings ilə evdəki cihazlarınızı idarə edinZigbee cihazları da daxil olmaqla uyğun cihazları birləşdirmək və SmartThings tətbiqi ilə idarə etmək üçün səs panelinin Built-in hub funksiyasından istifadə edin.
SmartThings tətbiqi
SmartThings tətbiqi ilə işləyə bilərSəs cihazlarınızı Wi-Fi vasitəsilə SmartThings tətbiqinə qoşun və səs parametrlərini asanlıqla idarə edin, habelə, oynatma funksiyasını mobil cihazınızdan qruplara bölün. Eyni zamanda, SmartThings sizə səs assistentinə və musiqi striminqi funksiyasına keçid əldə etməyə, bununla da, səs cihazlarınızı səlis şəkildə musiqi pleyerinə keçirməyə imkan verir və siz onu əlsiz işlədə biləcəksiniz.
Game Mode Pro
Dinamik səsin köməyi ilə oyunun bir parçasına çevrilinGüclü 3D səslə oyuna tamamilə qərq olun. Səs paneli, Samsung TV-ə konsolun qoşulduğunu müəyyən etdiyi zaman avtomatik şəkildə səs parametrlərinizi optimallaşdırır, hətta xüsusi olaraq Samsung TV-nin Oyun Hub-nda janr üçün optimallaşdırmanı yerinə yetirir.
Televizorla sinergiya
Vahid pult
Ümumi idarəetmə üçün tək bir pult
Sizin Samsung televizorunuzun pultu sadəcə televizor üçün deyil. Onu səs panelinin əsas funksiyalarının, məsələn, aktivləşdirmə, səs və səs effektləri funksiyalarının idarə olunması üçün istifadə edə bilərsiniz.5
Televizora simsiz qoşulma
Səs panelinizi televizora simsiz texnologiya ilə qoşun
Səs panelinizi Samsung televizoruna Wi-Fi və ya Bluetooth köməyi ilə bir neçə mərhələdə qoşun. Səs və video ideal şəkildə sinxronizasiya olunur və görüntüdən tam şəkildə həzz almanızı təmin edir.6