DUO Plus USB Type-C 128 Gb toplayıcı
MUF-128DB/APC
QR kodunu smartfonunla skan et və obyekti otağına yerləşdir.
Özəlliklər
İki toplayıcı birində.
Rahatlığı ikiqat artırın. DUO Plus - Type-C interfeysli və Type-A adapterli toplayıcıdır. Daxili Type-A adapteri köhnəlmiş cihazlarla istifadə etmək mümkün olduğuna görə, indi probleminiz olmayacaq. İndi siz məlumatları asanlıqla daşıya və yaddaşda yeri asanlıqla və tez boşalda bilərsiniz.
Qoşulma universallığı.
Toplayıcını istənilən tərəfindən taxın. Ən müasir USB Type-C texnologiyasının dəstəklənməsi sayəsində, DUO Plus daşıyıcısını cihaza istənilən tərəfindən taxmaq olar. Böyük faylları Type-C girişli smartfon, planşet və noutbuka asanlıqla köçürdün.
Qoşulma imkanlarını ikiqat artırın.
Çoxsaylı cihazlar üçün bir USB toplayıcı. USB Type-C və Type-A interfeyslərinin dəstəklənməsi yaddaşda daha sürətlə yer boşaltmağa və faylları xarici daşıyıcılara tez köçürtməyə imkan verir. İndi özünüzlə daha çox film, musiqi və oyun apara bilərsiniz.
Sürətli və çevik.
DUO Plus toplayıcısı oxunma sürəti 300 MB/saniyəyə² çatan USB 3.1 interfeysi ilə böyük faylları¹ cəmi bir neçə saniyəyə köçürtməyə imkan verir. USB 3.0/2.0 interfeysləri ilə əks uyğunluğu dəstəklədiyinə görə, bu toplayıcını ən müxtəlif cihazlarla istifadə etmək olar.
¹256/128 GB modellər üçün minimum 10 saniyə; 64/32 GB modellər üçün minimum 14 saniyə (Intel i7-8700K prosessorlu, 3,70GHz tezlikli, 8 GB DDR4 RAM, Windows 10 Enterprise 64bit əməliyyat sistemli Asus Z370-G kompüterində sınaqdan keçirilmişdir). ²256/128 GB modellər üçün 300 MB/saniyəyədək; 64/32 GB modellər üçün 200 MB/saniyəyədək.
Etibar olunmalı məlumat toplayıcısı
Fayllarınız həmişə və hər yerdə etibarlı şəkildə qorunur. Samsung şirkəti yaddaş cihazlarının istehsalı sahəsində dünya lideri olduğuna görə, DUO Plus toplayıcısına çox mühim məlumatlarınızın saxlanılmasını etibar edə bilərsiniz. Bu toplayıcı su keçirmir¹, zərbəyə davamlıdır², yüksək temperaturlara davam gətirir³, maqnit sahələrinin⁴ və rentgen şüalanmasının⁵ təsirinə məruz qalmır. 5 illik zəmanətlə qorunur⁶.
¹Dərinliyi 1 metrə çatan dəniz suyunda 72 saata qədər.
²1500 g-dək zərbələr.
³İstismar rejimində temperatur diapazonu -25°C-dən 85°C-dək, qeyri-istismar rejimində -40°C-dən 85°C-dək
⁴15000 Qaussa qədər (MRI təsirinə bərabərdir).
⁵50 Rentgenə qədər (hava limanlarında baqaja nəzarət üçün nəzərdə tutulmuş rentgen aparatlarının təsirinə bərabərdir).
⁶Samsung şirkəti toplayıcıdan bərpa olunarkən məlumatların zədələnməsinə/itməsinə görə məsuliyyət daşımır. Ətraflı məlumatı www.samsung.com/az/support saytından əldə etmək mümkündür.
Xüsusiyyətlər
-
Məhsul ailəsi
DUO Plus
-
Tətbiq
Fərdi kompüter, noutbuk, smartfon, planşet
-
İnterfeys
USB 3.1 Gen 1 (USB 3.0/2.0 ilə əks uyğunluq)
-
Baud dərəcəsi
USB 3,1 üçün oxunma sürəti 200 MB/saniyəyə çatır. Yazılma sürəti oxunma sürətindən azdır.* Faktiki sürət aparat vasitələrinin konfiqurasiyasından və istifadə şərtlərindən asılı ola bilər.
-
Zəmanət
5 illik məhdud zəmanət
-
Məhsulun növü
USB Type-C xarici toplayıcı
-
Məhsul ailəsi
DUO Plus
-
Tətbiq
Fərdi kompüter, noutbuk, smartfon, planşet
-
Tutum
128 GB (1 GB = 1000000000 bayt) * Xarici toplayıcının faktiki istifadə olunan tutumu daha az ola bilər (formatlaşdırma nəticəsində, əməliyyat sistemi, tətbiqi proqramlarla və s. istifadə olunduğuna görə)
-
İnterfeys
USB 3.1 Gen 1 (USB 3.0/2.0 ilə əks uyğunluq)
-
Port
USB Type-C, Standard A
-
Ölçülər (ExHxD)
57,92 x 18,33 x 7,29 mm
-
Çəki
Təxminən 7,7 q
-
Baud dərəcəsi
USB 3,1 üçün oxunma sürəti 200 MB/saniyəyə çatır. Yazılma sürəti oxunma sürətindən azdır.* Faktiki sürət aparat vasitələrinin konfiqurasiyasından və istifadə şərtlərindən asılı ola bilər.
-
İstilik
İstismar vəziyyətində olan kart üçün temperatur diapazonu: -25°C-dən 85°C-dək, qeyri-istismar vəziyyətində: -40°C-dən 85°C-dək
-
Maqnit sahəsi
15000 G (Qauss)
-
rentgen şüası (X-ray)
80 KVt gərginlik, 50 mkА cərəyan, 4 Vt güc ilə 500 saniyə şüalanmaya davam gətirir.
-
Sukeçirməzlik
Su duzluluğu 3% NaCl olmaqla 1 m dərinlikdə 72 saat
-
Zərbəyə davamlılıq
Təcil: 1500 g, Təsir müddəti: 0,5 msan, İstiqamət: üç x,y,z oxu üzrə
-
EMC
KC, FCC, CE, VCCI, RCM
-
5 illik məhdud zəmanət
-
1) Yaddaş kartından məlumatları bərpa edərkən məlumatların zədələnməsi və itirilməsinə görə Samsung şirkəti məsuliyyət daşımır. Bu nəticələr firma sınaqlarına dair məlumatlara əsaslanır. Xüsusiyyət və spesifikasiyalar real istifadə şərtlərindən asılı ola bilər. 2) Yaddaş kartları və USB toplayıcılar barədə məlumatı www.samsung.com/support saytında dəstək bölməsində əldə etmək olar
Son baxilanlar