DeX kabeli
EE-I3100FBRGRU
QR kodunu smartfonunla skan et və obyekti otağına yerləşdir.
Özəlliklər
Bir kabel vasitəsilə masaüstü kompüter imkanları
Samsung Dex rejimini aktivləşdirmək üçün DeX kabeli mütləqdir. USB Type-C birləşdiricisini uyğun smartfon və ya planşetə, HDMI birləşdiricisini isə televizor və ya monitora qoşmaq kifayət edir. Kabel kompakt ölçülərə malikdir, bunun sayəsində onu istədiyiniz yerə apara bilərsiniz.
* Samsung DeX rejimini aktivləşdirmək üçün onu televizora və ya monitora qoşulmaq lkifayətdir.
* Yalnız seçilmiş SAMSUNG cihazları ilə istifadə üçün (Samsung Galaxy Note9, Galaxy Tab S4) nəzərdə tutulmuşdur. Samsung DeX və dəstəklənən cihazların ən son siyahısı haqqında daha ətraflı məlumat üçün istehsalçının rəsmi saytına www.samsung.com/az daxil olun.
Mobil cihazda etdiklərinizi təkrarlayın
DeX kabeli vasitəsilə dəstəklənən mobil cihazda Samsung DeX rejimini aktivləşdirin. Böyük ekrana uyğunlaşdırılan mobil proqramlardan istifadə edərək, televizor və ya monitorda sənədləri redaktə edin və göndərin və ya təqdimatları izləyin. Dəstəklənən smartfon və ya planşetdə Samsung DeX rejimindən istifadə zamanı maksimal fayda əldə etmək üçün mobil cihaza naqilsiz siçan və ya klaviaturanı qoşun.
*Naqilsiz klaviatura və siçan, həmçinin televizor və ya monitor ayrıca satılır. *DeX kabelinin funksiyaları Samsung DeX Station və DeX Pad dok-stansiyalarının funksiyalarından fərqlənə bilər. *Samsung DeX rejimini istifadə edən zaman bəzi proqramlar işləməyə bilər və ya onların aktivləşdirilməsi üçün ayrıca lisenziya tələb oluna bilər.
Təsvirin inanılmaz keyfiyyətlə ötürülməsi
Dəstəklənən smartfon və ya planşeti televizor və ya monitora qoşaraq böyük ekranda film və digər video məzmunu izləməkdən zövq alın. DeX kabelinin funksiyaları təsviri möhtəşəm 4K formatında əks etdirməyə imkan verir.
*DeX kabeli ilə uyğunluğu olan cihazların siyahısı (monitor və ya televizor) məhduddur. 4K əksetmə qabiliyyəti dəstəklənməlidir. *4K formatında nümayiş yalnız təsvirin əks etdirilməsi rejimində (Screen Mirroring rejimi) dəstəklənir.
Xüsusiyyətlər
-
Modelin adı
EE-I3100
-
Artikul
EE-I3100FBRGRU
-
Rəng
Qara
-
DeX rejiminin aktivləşdirilməsi və şəklin böyük ekrana çıxarılması üçün kabel
-
Xüsusiyyətlər
4K əksetmə qabiliyyəti ilə təsvirin inanılmaz keyfiyyəti (təzələnmə tezliyi 60 Hs), mobil cihazın displeyinin UHD-ekranda əks etdirilməsi, DeX rejiminin dəstəklənməsi
-
İnterfeys
USB Type-C
-
Komplektasiya
DeX kabeli, istifadəçi üçün qısa təlimat
-
Kabelin uzunluğu
1,5 m
-
Ölçülər (ExHxD)
24 x 1500 x 11 mm
-
Çəki
54,2 q
TSS
- Samsung Galaxy-nin batareyasının enerjisi tez bitirsə, nə etmək lazımdır
- Yeni S Pen qələmini haradan almaq olar
- İtirilmiş cihazı tapmaq üçün Samsung Find proqramından istifadə edin
- S Pen-i Samsung Galaxy smartfonuna necə qoşmaq olar
- Samsung Galaxy S25 Ultra smartfonu vibrasiya edərkən S Pen qələminin də titrəyişi eşidilə bilər
Məhsul üçün dəstək
Yaxınlıqdakı dükanları axtar.
Cihazın yerləşmə məlumatları istifadə ediləcək.
Son baxılanlar