Naqilsiz şarj cihazı EP-P6300
EP-P6300TWRGRU
QR kodunu smartfonunla skan et və obyekti otağına yerləşdir.
Özəlliklər
“3-ü 1-də” naqilsiz şarj
EP-P6300 naqilsiz şarj cihazı eyni vaxtda üç cihazı şarj edə bilər: 2 smartfon ilə Galaxy Watch və ya smartfon və ya Galaxy Watch ilə naqilsiz Galaxy Buds qulaqlıqlar. Beləliklə, siz Galaxy ekosisteminə aid cihazlarınızın hamısını eyni yerdə şarj edə və növbəti günə hazır ola bilərsiniz.
Rahat şarj
Cihazın daxilində yerləşən 6 induktiv çarx naqilsiz şarjın yüksək səmərəliliyini və rahatlığını təmin edir. Uyğun smarftfonu sadəcə sola şarj cihazının səthinə qoyun. Enerji avtomatik olaraq dolmağa başlayacaq.
*Eyni zamanda bir neçə cihazın şarj edilməsi şarj sürətini azalda bilər.
Galaxy Watch şarj cihazı
Galaxy Watch cihazınızın hər zaman şarj olunmuş qalmasını təmin etmək üçün onu sağda maqnitlə bərkidilən xüsusi sahənin üstünə qoyun. Solda isə eyni zamanda smartfon, Galaxy Buds naqilsiz qulaqlıqları və ya digər uyğun cihazları şarj edə bilərsiniz.
*Naqilsiz şarj yalnız Galaxy Watch3, Active2 və Active cihazları üçün uyğundur.
Sürətli şarj
Sürətli naqilsiz şarj funksiyasının dəstəklənməsi sayəsində siz akkumulyatorun şarjını daha tez doldura bilərsiniz. Yüksək çıxış gücü sayəsində bu şarj cihazı uyğun cihazların naqilsiz şarj müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.
*Şarj sürəti mobil cihazdan asılıdır. Şarjın faktiki sürəti və gücü istifadə ssenarisindən, şarj şəraitindən və digər amillərdən asılıdır. *Uyğun Apple iPhone smartfonları üçün naqilsiz şarj gücü 7,5 Vt-a çatır. *Power Delivery dəstəkli 25 Vt gücündə şəbəkə şarj cihazı komplektə daxildir.
İnteryerinizə uyğun sadə dizayn
Naqilsiz şarj cihazının dizaynı formalarının sadəliyi və lakonikliyi ilə seçilir, içəridəki işıq diodlu indikatorlar isə onu parlaq şəkildə tamamlayır. Qara və ağ rənglərdə əldə edilməsi mümkün olan cihazı otağınızın dekoruna ən çox yaraşan rəngdə seçə bilərsiniz. Hal-hazırda şarj cihazını istifadə etməsəniz də, hər hansı bir müasir interyeri mükəmməl şəkildə tamamlayacaqdır.
İntuitiv anlaşılan şarj indikatoru
İşıq diodlu LED-indikator müxtəlif rənglər vasitəsilə sizə naqilsiz şarj cihazının vəziyyəti barədə məlumat verir: şarj zamanı qırmızı, hər hansı xəta baş verdikdə, şarj cihazı lazımi qaydada işləmədiyi halda sayrışan qırmızı, cihaz tam şarj olunduqda isə yaşıl yanır. İşığı söndürmək vaxtı çatanda, şirin yuxunuzu narahat etməmək üçün LED-indikatorun işığını azalda bilərsiniz.
*LED-indikator işinin tənzimlənməsi yalnız Samsung Galaxy S10 | Note10 və daha yüksək seriyalı cihazlarda mümkündür. *Sürətli şarj funksiyasının müəyyən müddət ərzində söndürülməsini Galaxy smartfonunun Tənzimləmələr menyusunda tənzimləyin və LED-indikatorun parlaqlığı avtomatik olaraq azalacaq.
Keysdə saxlayın
Qoruyucu keys naqilsiz şarj cihazının elektromaqnit şüaları üçün maneə yaratmır. Nazik keyslər naqilsiz şarj prosesinə əngəl törətmir. Ona görə də smartfonu şarj cihazının üstünə qoymağınız kifayət edir.
*Sınaqlar yalnız Samsung istehsalı olan orijinal keyslərdə aparılmışdır. *Smartfon üçün keysin qalınlığı 3 mm-dən çox olması bu isə şarj müddətinin əhəmiyyətli dərəcədə uzanmasına səbəb ola bilər. *Şarj müddəti yükləmə şəraitindən və keysin materialından asılıdır.
Xüsusiyyətlər
-
Modelin adı
EP-P6300
-
Artikul
EP-P6300TWRGRU
-
Rəng
Ağ
-
Bir neçə cihaz üçün naqilsiz şarj cihazı
-
Uyğun Modellər
Naqilsiz şarj Samsung Galaxy Note20 Ultra, Note20, S20 Ultra, S20+, S20, Note10+, Note10+ 5G, Note10, Note10 5G, S10, S10+, S10e, S10 5G, S9, S9+, S8, S8+, S7, S7 Edge, Note9, Note8, Note5, S6 Edge+, S6 Edge, S6 və Apple iPhone 11 Pro Max, 11 Pro, 11, X, XS, XS Max, XR, 8, 8 Plus kimi bir sıra mobil cihazlar ilə uyğundur. Həmçinin Galaxy Watch (Watch3, Watch Active2, Watch Active) cihazları, eləcə də Galaxy Buds seriyalı naqilsiz qulaqlıqlar ilə uyğundur. Maksimal şarj gücü istifadə ssenarisindən, şarj şəraitindən və digər amillərdən asılıdır.
-
Xüsusiyyətlər
“3-ü 1-də” naqilsiz şarj, Sürətli naqilsiz şarj, Daha böyük sahəli naqilsiz şarj səthi, Galaxy Watch üçün şarj, Galaxy smartfonunun köməyi ilə LED indikatorları ilə idarə olunma
-
İnterfeys
USB Type-C
-
Komplektasiya
Naqilsiz şarj cihazı, PD sürətli şarj funksiyalı 25 Vt gücündə şəbəkə şarj cihazı PD, USB Type-C ↔ USB Type-C kabeli, istifadəçi üçün qısa təlimat kitabçası.
-
Kabelin uzunluğu
1,0 m
-
Ölçülər (ExHxD)
240 x 86 x 15,5 mm
-
Çəki
320 q
-
Giriş Gərginliyi (Maksimum, Sürətli Şarj)
9 V
-
Giriş Amperi (Maksimum, Sürətli Şarj)
2.77 A
İstifadəçi təlimatı və yükləmələr.
TSS
- Samsung Galaxy-nin batareyasının enerjisi tez bitirsə, nə etmək lazımdır
- Yeni S Pen qələmini haradan almaq olar
- İtirilmiş cihazı tapmaq üçün Samsung Find proqramından istifadə edin
- S Pen-i Samsung Galaxy smartfonuna necə qoşmaq olar
- Samsung Galaxy S25 Ultra smartfonu vibrasiya edərkən S Pen qələminin də titrəyişi eşidilə bilər
Məhsul üçün dəstək
Yaxınlıqdakı dükanları axtar.
Cihazın yerləşmə məlumatları istifadə ediləcək.
Son baxılanlar