Daha böyük ekran oyun üçün daha çox yer deməkdir

Görüntünüzü Galaxy A13-ün 6.6 düymlük Infinity-V Displeyi ilə genişləndirin. Artıq FHD+ texnologiyası ilə gündəlik məzmununuz tam, canlı və aydın görünür.

*Diaqonal olaraq ölçülən ekran ölçüsü tam düzbucaqlıda 6.6 düym və yuvarlaq küncləri nəzərə almaqla 6.4 düym təşkil edir. Həqiqi ekran sahəsi, yuvarlaq künclər və kamera obyektivinin dəliyi səbəbindən bir qədər kiçikdir. **Təsvir illüstrativ məqsədlərlə simulyasiya edilmişdir.

Özəlliklər

Valeh edici üslubda minimalist dizayn

Galaxy A13 yumşaq rənglər, zərif görünüş və toxunuş hissini özündə birləşdirir. Zərif künclər telefonu tutmağı rahatlaşdırır və ekranda rahat idarəetmə təmin edir. Qara, Ağ, Mavi və Narıncı rənglərin arasından seçim edin.

*Rəng mövcudluğu ölkəyə görə fərqlənə bilər.

*Rəng mövcudluğu ölkəyə görə fərqlənə bilər.

Dördlü Kamera ilə mobil fotoqrafiyanızı təkmilləşdirin

50MP Əsas Kamera ilə ən dəyərli anları aydın və gözəl şəkildə ölümsüzləşdirin. Ultra Geniş Kamera ilə görmə bucağınızı genişləndirin. Dərinlik Kamerası ilə fokusu tənzimləyin və ya Makro Kamerayla detalları daha yaxından çəkin.

Ultra Geniş Kamera, ultra geniş təəssüratlar

5MP Ultra Geniş Kamera dünyanı insanın gördüyünə oxşar şəkildə 123 dərəcəlik baxış bucağıyla görür və çəkdiyiniz hər şeyə daha çox perspektiv əlavə edir.

1. Geniş bucaq simvolu aktivdir, kadra sadəcə kanoelərin ucu və binaların bir hissəsi daxildir. Geniş bucaq, uzaq arxa fonda ağ və qırmızı binalara sahib bir platformada sıralanmış sarı və qırmızı kanoelərin mənzərəsinin üzərindədir. 1. Geniş bucaq simvolu aktivdir, kadra sadəcə kanoelərin ucu və binaların bir hissəsi daxildir. Geniş bucaq, uzaq arxa fonda ağ və qırmızı binalara sahib bir platformada sıralanmış sarı və qırmızı kanoelərin mənzərəsinin üzərindədir.
*Təsvirlər illüstrativ məqsədlərlə simulyasiya edilmişdir. **Ultra geniş təcrübə (foto/video) yalnız arxa kamera üçün dəstəklənir.
2. Ultrageniş bucaq simvolu aktivdir, kadra daha çox kanoe, arxa fonda daha çox bina və daha çox səma daxildir. Ultra geniş bucaq, uzaq arxa fonda ağ və qırmızı binalara sahib bir platformada sıralanmış sarı və qırmızı kanoelərin mənzərəsinin üzərindədir. 2. Ultrageniş bucaq simvolu aktivdir, kadra daha çox kanoe, arxa fonda daha çox bina və daha çox səma daxildir. Ultra geniş bucaq, uzaq arxa fonda ağ və qırmızı binalara sahib bir platformada sıralanmış sarı və qırmızı kanoelərin mənzərəsinin üzərindədir.
*Təsvirlər illüstrativ məqsədlərlə simulyasiya edilmişdir. **Ultra geniş təcrübə (foto/video) yalnız arxa kamera üçün dəstəklənir.

Makro Kamera ilə xırda detalları kadra alın

2 MP Makro Kamera ilə gizli detalları belə gözdən qaçırmayacaqsınız. Üstəlik Bokeh effekti şəkillərinizi daha dərin edəcək.

*Təsvir illüstrativ məqsədlərlə simulyasiya edilmişdir. **Makro kamera funksiyasını yalnız arxa kamera dəstəkləyir.

*Təsvir illüstrativ məqsədlərlə simulyasiya edilmişdir. **Makro kamera funksiyasını yalnız arxa kamera dəstəkləyir.

Dərinlik Kamerası ilə ön plana fokuslanın

2MP Dərinlik Kamerası sizə şəkillərinizdə məkan dərinliyini tənzimləməyə imkan verir. Subyektinizi ön plana çıxaran yüksək keyfiyyətli portret çəkilişlər üçün fon bulanıqlığını tənzimləyin.

1. Canlı Fokus yanılıdır. Həyətdə dayanan bir qadın. Dərinlik Kamerası vasitəsilə çəkilmiş şəkildə arxa plandakı binalar bulanıqdır. 1. Canlı Fokus yanılıdır. Həyətdə dayanan bir qadın. Dərinlik Kamerası vasitəsilə çəkilmiş şəkildə arxa plandakı binalar bulanıqdır.
*Təsvir illüstrativ məqsədlərlə simulyasiya edilmişdir.
2. Canlı Fokus sönülüdür. Həyətdə dayanan bir qadın. O və arxa plandakı binalar eyni dərəcədə aydındır. 2. Canlı Fokus sönülüdür. Həyətdə dayanan bir qadın. O və arxa plandakı binalar eyni dərəcədə aydındır.
*Təsvir illüstrativ məqsədlərlə simulyasiya edilmişdir.

Zövqlü selfilər üçün ön kamera

Galaxy A13-ün 8 MP ön kamerası və bokeh effekti ilə möhtəşəm selfilər çəkin. Daha az fon, daha çox siz.

*Təsvir illüstrativ məqsədlərlə simulyasiya edilmişdir.

*Təsvir illüstrativ məqsədlərlə simulyasiya edilmişdir.

İki gün davam edən möhtəşəm batareya

Sizi yavaşlamağa qoymayan batareya ilə günün bir addım önündə olun. 5,000 mAs (tipik)¹ batareya etdiyiniz şeylərə saatlarla davam etməyinizə şərait yaradır.

1. Tam şarj olunmuş cihazla orta/adi istifadəçinin istifadə profilinə görə hesablanıb. Strategy Analytics tərəfindən 2022.03.14–2022.03.25 tarixləri arasında Böyük Britaniyada SM-A135-in ilkin buraxılış versiyası ilə müstəqil olaraq qiymətləndirilib. Həqiqi batareya ömrü şəbəkə mühitinə, istifadə edilən xüsusiyyətlərə və tətbiqlərə, zənglərin və mesajların tezliyinə, şarj sayına və bir çox digər amillərə görə dəyişir.

Güvənə biləcəyiniz qədər yaddaş və sürət

Galaxy A13 qarşıya qoyulan tapşırıqları tez və effektiv yerinə yetirmək üçün səkkiz nüvəli hesablama gücünü 3GB/4GB/6GB-a qədər RAM ilə birləşdirir. 32GB/64GB/128GB daxili yaddaşdan həzz alın və ya 1TB-a qədər mikroSD kart ilə daha çox yerə sahib olun.

*RAM və daxili yaddaş tutumu ölkədən asılı olaraq dəyişə bilər. Faktiki yaddaş mövcudluğu əvvəlcədən quraşdırılmış proqram təminatından asılı olaraq dəyişə bilər. **MikroSD kart ayrıca satılır.

Dolby Atmos ilə adi dinləmə təcrübəsindən kənara çıxın

Özünüzü musiqi və filmlərinizin içində hiss etmək üçün sadəcə olaraq qulaqlıqlarınızı taxın. Dolby Atmos ilə dolğun, zəngin və sanki sizi səhnədə əhatə edirmiş kimi hiss edəcəyiniz bir səs eşidəcəksiniz.

*Dolby Atmos yalnız stereo qulaqlıqları və BT dinamiklərini dəstəkləyir. **Dolby Atmos yalnız Parametrlərdə Dolby Atmos rejimi aktivləşdirildiyi zaman əlçatandır. ***Qulaqlıqlar ayrıca satılır. ****Təsvir illüstrativ məqsədlərlə simulyasiya edilmişdir.

Sizin üçün dəyərli olanı qoruyun

Əvvəldən telefonun aparat və proqram təminatına daxil edilmiş Samsung Knox telefonunuzu işə salındığı andan qoruyur. Çoxqatlı təhlükəsizlik təklif edərək, ən məxfi məlumatlarınızı zərərli proqram və təhdidlərdən qoruyur.

Sizin Galaxy. Sizin yolunuz.

Tamamilə sizə aid olan bir şeyə sahib olun. One UI Core 4 ilə Galaxy-nizi fərdiləşdirin və telefonunuza seçimlərinizə uyğun zərif görünüş bəxş edin. Tapşırıqlarınıza problemsiz kömək edən və sevimli funksiyalarınızı asanlıqla əlçatan edən özəl alət yaradın.

*One UI funksiyalarının, tətbiqlərinin və xidmətlərinin mövcudluğu ƏS versiyasından və ölkədən asılı olaraq dəyişə bilər.

Bizimlə smartfonunuz həmişə tam qaydasındadır

Samsung Galaxy smartfonu alarkən arxayın ola bilərsiniz. Samsung Members tətbiqindəki interaktiv diaqnostika və optimallaşdırma cihazınızın performansını asanlıqla tənzimləməyə imkan verir. Qaynar xətt xidmətimiz isə əlavə dəstəyə ehtiyacınız olduqda, problemləri həll etməkdə sizə kömək edəcək.

*Samsung Members tətbiqi üçün mövcud funksiyalar və imkanlar ölkə və ya cihaza görə fərqlənə bilər.

Xüsusiyyətlər

  • Çəki (q)

    195

  • Audio Dinləmə Müddəti (Saat)

    Maks. 94

  • Prosessorun Sürəti

    2 GHs

  • Prosessorun Sürəti

    2 GHs

  • Prosessorun Növü

    Səkkiz Nüvəli

  • Ekran Ölçüsü

    167.2 mm (6.6")

  • Ekranın İcazəsi

    1080 x 2408 (FHD+)

  • Ekranın Növü

    PLS TFT LCD

  • Ekranın Rəng Dərinliyi

    16 milyon

  • Arxa Kamera - İcazə (bir neçə)

    50.0 MP + 5.0 MP + 2.0 MP + 2.0 MP

  • Arxa Kamera - Diafraqma (bir neçə)

    F1.8 , F2.2 , F2.4 , F2.4

  • Arxa Kamera - Görüntünün Optik Stabilizasiyası

    Yoxdur

  • Arxa Kamera - Zum

    10x-ə qədər Rəqəmsal Zum

  • Ön Kamera - İcazə

    8.0 MP

  • Ön Kamera- Diafraqma

    F2.2

  • Ön Kamera - Avtofokus

    Yoxdur

  • Ön Kamera - Görüntünün Optik Stabilizasiyası

    Yoxdur

  • Ön Kamera - Fləş

    Yoxdur

  • Video Yazma İcazəsi

    FHD (1920 x 1080) @30 kadr/san.

  • Yaddaş_(GB)

    4

  • Yaddaş yeri (GB)

    128

  • Mövcud Yaddaş yeri (GB)

    105.0

  • External Storage Support

    MikroSD (1 TB-a qədər)

  • SİM kart sayı

    İki SİM kart

  • SİM kartın ölçüsü

    Nano-SİM (4FF)

  • SİM yuva növü

    SİM 1 + SİM 2 + MikroSD

  • Rabitə standartı

    2G GSM, 3G WCDMA, 4G LTE FDD, 4G LTE TDD

  • 2G GSM

    GSM850, GSM900, DCS1800, PCS1900

  • 3G UMTS

    B1 (2100), B5 (850), B8 (900)

  • 4G FDD LTE

    B1 (2100), B3 (1800), B5 (850), B7 (2600), B8 (900), B20 (800), B28 (700)

  • 4G TDD LTE

    B38 (2600), B40 (2300), B41 (2500)

  • USB İnterfeysi

    USB Type-C

  • USB Versiyası

    USB 2.0

  • Naviqasiya Sistemi

    GPS, Glonass, Beidou, Galileo, QZSS

  • Qulaqlıq Girişi

    3.5 mm Stereo

  • MHL

    Yoxdur

  • Wi-Fi

    802.11 a/b/g/n/ac 2.4+5 GHs

  • Wi-Fi Birbaşa

    Var

  • Bluetooth Versiyası

    Bluetooth v5.0

  • NFC

    Var

  • PC ilə sinxronizasiya

    Smart Switch (PC versiyası)

  • Android

  • Form Faktor

    Klassik Sensorlu Ekran ilə

  • Akselerometr, Barmaq İzi Skaneri, Geomaqnit Sensoru, Virtual İşıqlandırma Sensoru, Virtual Yaxınlaşma Sensoru

  • Ölçülər (HxExD, mm)

    165.1 x 76.4 x 8.8

  • Çəki (q)

    195

  • İnternetdən İstifadə Müddəti (LTE) (Saat)

    Maks. 20

  • İnternetdən İstifadə Müddəti (Wi-Fi) (Saat)

    Maks. 21

  • Video İzləmə Müddəti (Saat)

    Maks. 20

  • Batareya Həcmi (mAh, Tipik)

    5000

  • Çıxarılan Batareya

    Yoxdur

  • Audio Dinləmə Müddəti (Saat)

    Maks. 94

  • Danışıq Müddəti (4G LTE) (Saat)

    Maks. 54

  • Stereo Dəstək

    Yoxdur

  • Video Formatı

    MP4, M4V, 3GP, 3G2, AVI, FLV, MKV, WEBM

  • Video İcazəsi

    FHD (1920 x 1080) @60 kadr/san.

  • Audio Formatı

    MP3, M4A, 3GA, AAC, OGG, OGA, WAV, AMR, AWB, FLAC, MID, MIDI, XMF, MXMF, IMY, RTTTL, RTX, OTA

  • Gear Dəstəyi

    Galaxy Buds Pro, Galaxy Buds Live, Galaxy Buds+, Galaxy Buds2, Galaxy Buds, Galaxy Fit2, Galaxy Fit e, Galaxy Fit, Galaxy Watch4, Galaxy Watch3, Galaxy Watch, Galaxy Watch Active2, Galaxy Watch Active, Gear Fit2 Pro, Gear Fit2, Gear Sport, Gear S3, Gear S2, Gear IconX (2018)

  • Samsung DeX Dəstəyi

    Yoxdur

  • Mobil TV

    Yoxdur

Son baxilanlar

* Şəbəkə: Cihaz tərəfindən dəstəklənən kəmər genişlikləri regiondan və ya xidmət təminatçısından asılı olaraq dəyişə bilər.

* Batareya: Aktual batareyanın ömrü şəbəkə mühitinə, istifadə edilən xüsusiyyətlərə və proqramlara, zənglərin və mesajların tezliyinə, doldurulma sayına və bir çox digər amillərə görə dəyişir.

* İstifadəçi yaddaşı: Faktiki istifadəçi yaddaşı operatordan asılı olaraq dəyişəcək və proqram yeniləmələri həyata keçirildikdən sonra da dəyişə bilər.