Yeriniz və dilinizi seçin.

Galaxy Z Flip4

AKSESSUARLAR

*Aksesuarlar ayrıca satılır. Model və rəng mövcudluğu ölkəyə və ya operatora görə dəyişə bilər.

*Şəkil illüstrativ məqsədlər üçün simulyasiya edilib.

Üst tərəfdən görüntülənən Galaxy Buds2 Pro-nun qutusu açıqdır, qulaqcıqlar yuvalarına yerləşdirilib. Üç Galaxy Z Flip4 cihazı qatlanmış vəziyyətdədir. Onların hər birinə fərqli örtüklər taxılıb: kəmərli qara Silikon Örtük, bənövşəyi Dəri Örtük və halqalı çəhrayı Silikon Örtük. Qrafik siferblatlı Galaxy Watch5.

ÖRTÜKLƏR

Hər tərzə uyğun yeni rəng tonları
  • Dəri Örtük

    Dəri qatı ilə zərif forma faktorunu cilalayın. Telefonunuzu cib ölçüsündə saxlaya biləcək qədər incə örtük, smartfonun kənarlarını da qoruyur.

  • Kəmərli Silikon Örtük

    Yumşaq material telefonunuzu əhatə edir, kəmər isə onu etibarlı şəkildə əldə saxlamağa kömək edir. Örtüyünüzə hətta öz kəmərinizi də əlavə edə bilərsiniz.

  • Halqalı Silikon Örtük

    Telefonunuzu yumşaq material ilə əhatə edin. Onu möhkəm tutmaq üçün barmağınızı halqaya keçirin. Rəngarəng silikon örtüklər əlinizə bəxş etdiyi hisslər qədər gözəldir.

  • Şəffaf Nazik Örtük

    Qoruyucu qat əlavə edərkən telefonunuzun rəngini nümayiş etdirin. Şəffaf material cihazın rəng çalarlarını göz önündə saxlayır, habelə onu stikerlərlə bəzəməyə imkan verir.

  • Halqalı Şəffaf Örtük

    Qoruma sizin əlinizdədir. Şəffaf və nazik olan bu material telefonunuzun rəngini göstərir, arxa tərəfindəki halqa onu əldə daha yaxşı tutmağa imkan verir.

ƏSASLAR

Sizinlə tam ahəngdə
  • Galaxy Watch5

    Sağlamlığı birbaşa biləyinizdən əldə edin. Davamlı dizayn sizə gün ərzində yardımçı olaraq sağlamlıq məlumatlarınızı asanlıqla izləməyə kömək edir.1

    Galaxy Watch5 keçid et

  • Galaxy Watch5 Pro

    Bu saat, məşqləri izləməkdən tutmuş performansı yoxlamağa qədər bütün hədəflərinizə çatmağınıza kömək edə bilər.1 O, açıq havada gərgin məşqlərə dözə biləcək qədər dayanıqlıdır.

    Galaxy Watch5 Pro keçid et

  • Galaxy Buds2 Pro

    Qulaqlarınıza təmiz səs və rahatlıq bəxş edəcək bir dizaynla pleylistlərinizi gücləndirin. Musiqinizi diqqət mərkəzində saxlamaq üçün ANC kənar səs-küyü aradan qaldırır.

    Galaxy Buds2 Pro keçid et

  • Galaxy SmartTag

    İtirilmiş əşyaları sürətlə təqib edin. SmartThings Find tətbiqi vasitəsilə son bilinən yerini ayırd etmək üçün cüzdanınız kimi vacib əşyalara SmartTag-ı etiketləyin.2

ŞARJ CİHAZLARI

Gün boyunca rahatlığı təmin edən güc

*Şarj cihazı/adapter və məlumat ötürən kabellər ayrıca satıla bilər.

  • 15Vt naqilsiz şarj cihazı "Duo"

    İncə, lakin güclü olan bu cihazın bir tərəfi telefonunuzu və ya Buds-ı şarj edərkən, digər tərəfi maqnit vasitəsilə Galaxy Watch-u öz üzərində saxlayır. Daxildə quraşdırılmış soyutma sistemi sürətli naqilsiz şarja imkan yaradır.3

  • 15Vt gücə malik naqilsiz şarj cihazı

    Sürətli naqilsiz şarj ilə sürətli starta nail olmaq üçün cihazınızı bu yığcam cihaza yerləşdirin. Telefonunuzu və yaxud qulaqlıqlarınızı doldurmağınızdan asılı olmayaraq, daxili soyutma prosesin sürətli axışını təmin edəcək.3

  • 25 Vt gücə malik şəbəkə şarj cihazı

    25 Vt-lıq güc telefonunuzun enerjisini tez bir zamanda 100%-ə qaytaracaq Super Sürətli Şarja yol açır.4 USB Type-C portu digər cihazları da şarj etməyə imkan verir.

NİYƏ GALAXY

Sizin Galaxy. Sizin yolunuz.

Galaxy cihazları sizə bağlantı qurmaq üçün daha çox imkan yaradır, təcrübənizi tam istədiyiniz kimi yaşamaq azadlığını verir.

DAHA ÇOX KƏŞF ET