Samsung DeX-dən necə istifadə etməli
Samsung DeX-dən istifadə etmək üçün, ola bilsin, sizə əlavə aksessuarlar almaq lazım olsun.
Smartfonun kabel vasitəsi ilə televizora və ya monitora qoşulması
Smartfonun xarici ekrana (məsələn, televizora və ya monitora) qoşulması zamanı Samsung DeX-dən istifadə etmək üçün DeX Station, DeX Pad dok stansiyası, DeX HDMI kabelini və ya adapterini alın.
Smartfonun kabel vasitəsilə kompyuterə qoşulması
Smartfonu kompyuterə qoşan zaman Samsung DeX-dən istifadə etmək üçün sizə USB Type-C kabeli lazım olacaq.
Smartfonun kompyuterə və ya televizora naqilsiz qoşulması
Smartfonun kompyuterə və ya televizora naqilsiz qoşulması zamanı Samsung DeX-dən istifadə etmək üçün əlavə aksessuarlara ehtiyac yoxdur.
Samsung DeX üçün dəstəklənən aksessuarlar
Samsung DeX üçün rəsmi olaraq aşağıdakı aksessuarlar dəstəklənir: DeX Station dok stansiyası (EE-MG950), DeX Pad dok stansiyası (EE-M5100), HDMI-adapterləri (EE-HG950, EE-P5000, EE-I3100, EE-P3200 və EE-P5400).
Smartfonların kabel vasitəsilə qoşulması zamanı istifadə olunan DeX aksessuarları planşetlər və qatlanan cihazlar üçün olan aksessuarlardan fərqlənir.
Qeyd:
Cihazların modelləri ölkədən asılı olaraq dəyişə bilər.
Rəsmi olaraq dəstəklənməyən aksessuarlar Samsung DeX-ə uyğun gəlməyə bilər.
Planşetdə Samsung DeX-dən necə istifadə etməli
Planşetdə Samsung DeX-dən istifadənin bir neçə üsulu var:
- Planşetdə bildirişlər panelini açın (ekranın yuxarısından aşağısına doğru barmağınızı sürüşdürün), sürətli tənzimləmələr panelində DeX işarəsinin üzərinə basın.
- Bildirişlər panelini açın (planşetin ekranının yuxarısından aşağısına doğru barmağınızla sürüşdürün), sürətli tənzimləmələr panelində DeX işarəsinin üzərinə basın. Əlçatan ekranlar siyahısından lazım olanı seçin və onun qoşulmasını təsdiqləyin.
Qeyd:
Məhsuldarlıq televizorun texniki göstəricilərindən asılı ola bildiyindən, Samsung Smart TV 2019 -cu il və ya daha sonrakı illərin buraxılışı olan televizorlardan istifadə etməyi tövsiyə edirik.
- Samsung DeX-in naqilsiz qoşulması ekranın təkrarlama funksiyasını (Miracast protokolu üzrə) dəstəkləyən televizorlarda işləyir, amma onların məhsuldarlığına zəmanət verilmir. Televizorunuzda ekran təkrarlaması funksiyasının əlçatan olub-olmadığını yoxlayın (fərqli istehsalçılarda funksiya başqa cür adlana bilər, məsələn: Samsung - Screen Mirroring, Sony - Screen Mirroring, LG - Screen Share).
- Həddindən artıq yüklənmiş Wi-Fi şəbəkəsi məhsuldarlığa təsir edə bilər. Bir qədər sonra qoşulun.
- Həm smartfon, həm də televizor üçün 5HHs tezlik diapazonlu Wi-Fi -dan istifadə etməyi tövsiyə edirik. İstehsalçının məlumatlarında sizin televizorunuz üçün 5 HHs diapazonlu Wi-Fi-ya qoşula bilmənin mümkün olub-olmadığını dəqiqləşdirin. Əgər sizdə Samsung televizorudursa, modelin təlimatının dəstək səhifəsinə baxın.
- Müvəffəqiyyətlə qoşmaq üçün smartfonunuzla televizorunuz arasındakı məsafəni qısaldın.
Samsung DeX-i işə salmaq üçün FK-yə sistem tələbləri:
- ƏS: Windows 10 (32/64 bit) və daha yüksək
- Prosessor: Intel® Core™ i3 2.4 HHs və ya daha yüksək (Intel® Core™ i5 2.5 HHs və ya daha yüksək versiya tövsiyə edilir)
- Qualcomm Snapdragon 8cx və ya daha yüksək
- Operativ yaddaş: 4 Qb (8Qb tövsiyə edilir)
- Sərt disk: 500 Mb-dan az olmamalıdır (tövsiyə edilir)
- USB : 1 sərbəst USB 2.0 yuvası (USB 3.0 tövsiyə edilir)
- Ekran icazəsi: 1024*768, 32 bir və ya daha yüksək
Əgər minimal sistem tələbləri ödənməsə, Samsung DeX düzgün işləməyə bilər.
- Samsung DeX-in naqilsiz qoşulması ekranın təkrarlama funksiyasını (Miracast protokolu üzrə) dəstəkləyən televizorlarda işləyir, amma onların məhsuldarlığına zəmanət verilmir. Televizorunuzda ekran təkrarlaması funksiyasının əlçatan olub-olmadığını yoxlayın (fərqli istehsalçılarda funksiya başqa cür adlana bilər, məsələn: Samsung - Screen Mirroring, Sony - Screen Mirroring, LG - Screen Share).
- Həddindən artıq yüklənmiş Wi-Fi şəbəkəsi məhsuldarlığa təsir edə bilər. Bir qədər sonra qoşulun.
- Həm smartfon, həm də televizor üçün 5HHs tezlik diapazonlu Wi-Fi -dan istifadə etməyi tövsiyə edirik. İstehsalçının məlumatlarında sizin televizorunuz üçün 5 HHs diapazonlu Wi-Fi-ya qoşula bilmənin mümkün olub-olmadığını dəqiqləşdirin. Əgər sizdə Samsung televizorudursa, modelin təlimatının dəstək səhifəsinə baxın.
- Müvəffəqiyyətlə qoşmaq üçün smartfonunuzla televizorunuz arasındakı məsafəni qısaldın.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.