Samsung account nədir
Samsung akkaunt, hər dəfə qeydiyyatdan keçmək zərurəti olmadan, bütün Samsung servislərindən istifadə etməyə imkan verən hesabdır.
Samsung account-u harada istifadə etmək olar
Samsung hesabının köməyi ilə siz aşağıdakı servislərə daxil ola bilərsiniz:
- Samsung Pay – alışların mobil telefon vasitəsilə ödənilməsi üçün.
- SmartThings – sizin smart cihazlarınızın idarə olunması üçün.
- Samsung Cloud – verilənlərin saxlanması və ehtiyat surətinin yaradılması üçün.
Bir neçə Samsung akkauntunu necə yaratmaq olar
Bir neçə Samsung hesabını yaratmaq üçün bir neçə unikal elektron poçt ünvanı lazımdır.
Qeyd:
Siz müxtəlif elektron poçt ünvanları vasitəsilə bir neçə Samsung akkaunt yarada bilər, lakin onları birləşdirə bilməzsiniz. Hər bir hesab və həmin hesabdakı məlumatlar ayrıca işlənir.
Samsung hesabı haqqında daha ətraflı məlumatı Samsung Account saytında tapa bilərsiniz.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.