Samsung Kids tətbiqində valideyn nəzarətinin hansı funksiyaları əlçatandır

Son yeniləmə tarixi : 06-09-2024

Valideynlər uşaqlarının telefonda nə ilə məşğul olduqlarını bilsinlər deyə Samsung Kids-də Valideyn nəzarəti funksiyası var.

Samsung Kids-də Valideyn nəzarəti

Samsung Kids-də tətbiqdən istifadə vaxtını məhdudlaşdıra, müəyyən əlaqə nömrələrinə və tətbiqlərə girişi tənzimləyə bilərsiniz. Samsung Kids sizə uşağınızın hansı tətbiqlərdən istifadə etdiyi və onlarda nə qədər vaxt keçirdiyi barədə statistikanı təqdim edəcək. 

Parametrləri tənzimləmək və istifadə statistikasına baxmaq üçün aşağıdakı hərəkətləri yerinə yetirin:

1 Samsung Kids tətbiqinin əsas ekranında sağ yuxarı küncdə Daha çox düyməsinə ( ⁝ üç nöqtə) basın.
2 Valideyn nəzarəti düyməsinə basın və telefonun kilidini açın.
üç nöqtə və valideyn nəzarəti
3 Siz açılmış pəncərədə uşağınızın hansı funksiyalardan və nə qədər müddət istifadə edə bilməsini tənzimləyəcəksiniz.
  • Fəallıq: burada günlər üzrə tətbiqlərdən istifadə vaxtına baxa bilərsiniz.
  • Ekrandan istifadə vaxtı: Tətbiqdən istifadə üçün vaxt məhdudiyyəti qoya bilərsiiz: hər gün üçün eyni və ya həftənin ayrı-ayrı günləri üçün fərqli.
  • İcazə verilmiş məzmun: Uşaq üçün lazımi Tətbiqlərə, Əlaqə nömrələrinə, Media və Musiqiyə girişi tənzimləyin.  

Şərhiniz üçün təşəkkür edirik!