Paltaryuyan maşının su boşatma şlanqında suyun təzyiqini necə yoxlamaq olar

Son yeniləmə tarixi : 22-04-2024

Su təzyiqini nə vaxt yoxlamaq lazımdır

“4E”, “4C” və ya “E1” xətaları görünəndə.

Su təzyiqini necə yoxlamaq olar

1 Maşını elektrik yuvasıdan ayırın.
2 Suyu bağlayın, paltaryuyan maşına axmasın. Maşın üçün ayrıca kran yoxdursa, bütün mənzildə soyuq suyu bağlayın. Adətən kran sayğacların yanında yerləşir.
3 Əski parçası və təxminən bir litr həcmində qab hazırlayın.
4 Şlanqların əlçatan olması üçün üçün maşını divardan uzaqlaşdırın.
Şlanqların əlçatan olması üçün üçün maşını divardan uzaqlaşdırın.
5 Su boşatma şlanqını tapın və onu saat əqrəbinin əksi istiqamətində açmağa başlayın.
Su boşatma şlanqını tapın və onu saat əqrəbinin əksi istiqamətində açmağa başlayın.

Şlanq asanlıqla açılmağa başlayanda, şlanqın altına əski parçası və qab qoyun və onu tamamilə açın. Şlanqdan bir qədər su çıxacaq.

Şlanq asanlıqla açılmağa başlayanda, şlanqın altına əski parçası və qab qoyun və onu tamamilə açın.
6 Şlanqı vannaya və ya qaba yönəldin və kiminsə suyu açmasını istəyin. Su şlanqdan axacaq, təzyiqi qiymətləndirin. Bundan sonra suyu yenidən bağlayın.
Şlanqı vannaya və ya qaba yönəldin və kiminsə suyu açmasını istəyin

Təxminən bu təzyiq paltaryuyan maşının normal işləməsi üçün tələb olunur.

Təzyiq zəifdirsə və ya tamamilə yoxdursa, Samsung paltaryuyan maşınında 4E, 4C, E1 xətaları mətninə baxın. Təzyiq güclüdürsə (krandakı təzyiqə uyğundur), növbəti addıma keçin.

7 Şlanqı saat əqrəbi istiqamətində çevirərək şlanqı yenidən bağlayın və orta güclə sıxın.
8 Suyu açın və onun qaykanın altından axmadığını yoxlayın.
  • Su axırsa, bu, şlanqın düzgün bağlanmadığını və ya kifayət qədər sıx olmadığını göstərir. Suyu bağlayın, şlanqı açın və yenidən şlanqı fırladın.
  • Şlanqda sızma yoxdursa, maşını elektrik yuvasına qoşun.

Şərhiniz üçün təşəkkür edirik!