Samsung robot tozsoranının toz qabını necə təmizləmək olar
Son yeniləmə tarixi : 05-11-2026
Tozsoranın toz qabını bu hallarda təmizləmək lazımdır:
- doluluq göstəricisi yanıbsa,
- zibil maksimum dolma işarəsinə çatıbsa,
- sorma gücü zəifləyibsə.
Qeyd:
Sizin tozsoranınız məqalədəki şəkillərdən fərqli görünə bilər. Öz modelinizdə addımların ardıcıllığını və hissələrin harada yerləşdiyini İstifadəçi təlimatında yoxlaya bilərsiniz. Təlimatı Təlimatlar & yükləmələr bölməsindən yükləyə bilərsiniz.
1
Tozsoranı söndürün.
2
Tozsoranınızın üstündə dekorativ qapaq varsa, onu çıxarın və ya yuxarı qaldırın.
3
Toz qabının tutacağını qaldırın və qabı tozsorandan çıxarın.
4
Toz qabını sökün: qapağını çıxarın, filtrləri götürün.
Tozsoranın modelindən asılı olaraq toz qabının görünüşü və içindəki hissələr fərqli ola bilər.
Tozsoranın modelindən asılı olaraq toz qabının görünüşü və içindəki hissələr fərqli ola bilər.
5
Qabdakı zibili boşaldın.
6
Toz qabının bütün hissələrini su altında yuyun.
7
Qabı və filtrləri yaxşı havalanan, birbaşa günəş düşməyən yerdə qurudun.
8
Toz qabını yığın: filtrləri içinə taxın və qapağını bağlayın.
9
Toz qabını tozsoranın korpusuna taxın və dekorativ qapağı bağlayın.
10
Tozsoran yenidən istifadəyə hazırdır.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.