Samsung paltaryuyan maşınında 0E, 0F, 0C, E3 xətaları

Son yeniləmə tarixi : 15-04-2024

Nə baş verib

Paltaryuyan maşının displeyində “0E”, “0F”, “0C” və ya “E3” xətası haqda mesaj yazılıb.

Samsung paltaryuyan maşınında 0E, 0F, 0C, E3 xətaları

Displeysiz modellərdə bütün yuma rejimlərinin indikatorları + iki aşağı temperatur indikatoru yanır.

Displeysiz Samsung paltaryuyan maşınında xəta

Xətanın meydana çıxmasının səbəbləri

Paltaryuyan maşına həddindən artıq çox su tökülmüşdür. Maşının düzgün işləməsi zamanı, baraban 1/3 və ya bir az daha çox su ilə doldurulur. 2/3 və ya daha çox - normadan sapmadır.

Xəta niyə yaranıb:

  • Suyun boşaldılması şlanqı kanalizasiyaya səhv birləşdirilib.
  • Suyun sensorunda nasazlıq baş verib - belə olan halda, baraban su ilə çox doldurulmasa belə, xəta görünəcəkdir.
  • Buraxılma klapanının qeyri-düzgün işləməsi (çox nadir hallarda).

Nə etmək olar

1 Maşını elektrik mənbəyindən ayırın.
2 Suyun boşaldılması şlanqını kanalizasiyadan (sifondan, borudan) ayırın. Əgər siz suyun boşaldılması şlanqını uzatmısınızsa, artırdığınız həmin hissəni çıxarın.
3 Suyun boşaldılması şlanqının ucunu vannaya və ya əl-üz yuma çanağına endirin.
Suyun boşaldılması şlanqının ucu əl-üz yuma çanağında
4 Maşını işə salın və eyni yuma rejimini seçin.
  • Əgər suyun sərbəst boşaldılması zamanı xəta görünmürsə — maşın saz vəziyyətdədir. Xəta suyun boşaldılması şlanqının səhv qoşulması və ya kanalizasiyanın tıxanması səbəbindən görünə bilər. Əgər paltaryuyan maşının suyun boşaldılmasına qoşduqdan sonra xəta yenidən görünərsə -  santexnikə müraciət edin.
  • Əgər maşın dolu baraban su yığıbsa, xətanın görünməsini gözləməyin, yumanın dayandırılması üçün “Start/Pause” düyməsini basın. Paltaryuyan maşın baxış tələb edir, bunun üçün ən yaxın səlahiyyətli xidmət mərkəzinə müraciət edin.

Şərhiniz üçün təşəkkür edirik!