Samsung paltaryuyan maşınında DE, DE1, DE2, DC, DC1, DC2, ED xətaları

Son yeniləmə tarixi : 15-04-2024

Nə baş verib

Paltaryuyan maşının displeyində “DE”, “DE1”, “DE2”, “DC”, “DC1”, “DC2” və ya “ED” xətası haqda mesaj yazılıb.

Displeysiz modellərdə bütün yuma rejimlərinin indikatorları + bütün temperatur indikatorları yanır.

Xəta niyə yaranıb

Lyukun qapısı bağlı deyil:

  • lyukun qapısı ilə kipləşdiricinin arasına və ya qıfılın içərisinə kənar əşyalar düşüb;
  • bloklama kilidi və ya lyukun bağlanması mexanizmi nasazdır.

Əgər xəta işə salınmadan əvvəl görünübsə nə etmək olar:

1 Lyukun qapısının bağlı olmasından əmin olun.
  • Əgər qapı açıqdırsa, onu şıqqıltı səsi gələnə qədər bağlayın.
  • Əgər qapı bağlıdırsa, lakin xəta itmirsə, o zaman onu açın və aşağıdakılardan əmin olun: 
  1.  paltar qapının bağlanılmasına mane olmur;
  2.  qıfılda və ya qarmaqda tük və sap yoxdur;
  3.  qırılmış və ya əyilmiş detallar yoxdur.
2 Eyni yuma dövrəsini təkrar işə salın.
  • Əgər xəta görünmürsə — maşından istifadə etməyə davam edin, o, işlək vəziyyətdədir.
  • Əgər xəta yenə görünürsə, texnikanın işinin diaqnostika edilməsi və təmiri üçün yaxınlıqdakı səlahiyyətli xidmət mərkəzinə müraciət edin.

Əgər xəta yuma zamanı göründüsə nə etmək lazımdır:

2 Qəza boşaltmasını etdikdən sonra 20 dəqiqə gözləyin.
3 İstənilən yuma rejimini qoşun.
  • Əgər xəta görünürsə —  maşından istifadə etməyə davam edin, o, işlək vəziyyətdədir.
  • Əgər xəta yenə görünürsə, texnikanın işinin diaqnostika edilməsi və təmiri üçün yaxınlıqdakı səlahiyyətli xidmət mərkəzinə müraciət edin.

Şərhiniz üçün təşəkkür edirik!