Samsung paltaryuyan maşınında LE, LC, E9 xətaları

Son yeniləmə tarixi : 15-04-2024

Nə baş verib

Paltaryuyan maşının displeyində “LE”, “LC” və ya “E9” xətası haqda mesaj yazılıb.

Samsung paltaryuyan maşının displeyində LE, LC və ya E9 xətası haqda mesaj

Displeysiz modellərdə bütün yuma rejimlərinin indikatorları + aşağı və yuxarı temperatur indikatoru yanır.

Displeysiz Samsung paltaryuyan maşınında suyun boşaldılması xətası

Xəta niyə yaranıb

Maşından su öz-özünə axıb boşalır:

  • suyun boşaldılması şlanqı aşağıdadır,
  • suyun boşaldılması şlanqını kanalizasiyaya səhv birləşdiriblər,
  • suyun axdığı çəndə dəlik və ya çat var.

Nə etmək olar

1 Maşını elektrik mənbəyindən ayırın.
2 Suyun boşaldılması şlanqının vəziyyətini yoxlayın (suyun boşaldılması şlanqı əvvəlcə yuxarı getməlidir, halqa/qarmaq şəklində zavod sıxacına bərkidilməlidir və bundan sonra aşağı düşməlidir).
3 Suyun boşaldılması filtrinin qapağının kip bağlandığından və ondan suyun sızmadığından əmin olun.
Suyun boşaldılması filtrinin qapağı kip bağlıdır
4 Suyun boşaldılması şlanqını kanalizasiyadan ayırın və şlanqın ucunu vannaya və ya əl-üz yuma çanağına endirin. Əgər siz suyun boşaldılması şlanqını uzatmısınızsa, artırdığınız həmin hissəni çıxarın.
5 Maşını işə salın və xətanın göründüyü eyni yuma rejimini seçin (paltar və yuyucu toz olmasa da olar).
  • Əgər xəta görünmürsə, maşından istifadə etməyə davam edin, o, işlək vəziyyətdədir (xəta suyun boşaldılması şlanqının kanalizasiyaya səhv qoşulması səbəbindən meydana çıxmışdı).
  • Əgər xəta görünməyə davam edirsə, texnikanın işinin diaqnostika edilməsi və təmiri üçün səlahiyyətli xidmət mərkəzinə müraciət edin.

Şərhiniz üçün təşəkkür edirik!