Samsung Galaxy smartfonunda ovucla necə skrinşot etmək olar

Son yeniləmə tarixi : 24-04-2024

Samsung Galaxy-də bir neçə üsulla skrinşot etmək mümkündür. Bu üsullardan biri ovuc hərəkəti ilə ekranın şəklinin çəkilməsidir. 

Bu funksiyanın hansı cihazlarda dəstəkləndiyi və ondan necə istifadə edilməli olduğu barədə məlumatı aşağıdakı məqalədə əldə edə bilərsiniz.

Hansı smartfonlarda ovula skrinşot etmək olar

Funksiya əksər Samsung Galaxy cihazlarında işləyir, lakin əvvəlki sinif modellərdə, məsələn, Galaxy А23-də mövcud olmaya da bilər. Konkret model üzrə məlumatları aşağıdakı mənbələrdən əldə edə bilərsiniz istifadəçi rəhbərliyində, «Ekran şəkli» bölməsində (aşağıda Galaxy A52 və Galaxy A23 üçün misallar göstərilib).

Samsung Galaxy A52 Samsung Galaxy A52

Samsung Galaxy A52 istifadəçi rəhbərliyi: funksiya mövcuddur.

Samsung Galaxy A23 Samsung Galaxy A23

Samsung Galaxy A23 istifadəçi rəhbərliyi: funksiya mövcud deyil.

Sizin cihazınız ovucla ekran şəkli funksiyasını dəstəkləmirsə, skrinşotu düymələrin köməyi ilə çəkə bilərsiniz.

Ovucla ekran şəkli funksiyasını necə aktiv etmək olar

Smartfonların əksəriyyətində funksiya susmaya görə aktivdir. Sizin cihazınızda funksiyanın aktiv olub- olmadığını yoxlamaq üçün, cihazınızdakı Android versiyasına baxın və aşağıdakı göstərişlərdən istifadə edin.

Parametrləri açın Parametrləri açın

Addım 1. Parametrləri açın.

Qabaqcıl funksiyalar seçin. Qabaqcıl funksiyalar seçin.

Addım 2. Qabaqcıl funksiyalar seçin.

Hərəkət və jestlər Hərəkət və jestlər

Addım 3. Hərəkət və jestlər seçin.

Çəkmək üçün əllə sürüşdür Çəkmək üçün əllə sürüşdür

Addım 4. Çəkmək üçün əllə sürüşdür yandırın.

Parametrləri Parametrləri

Addım 1. Parametrləri açın

Qabaqcıl funksiyalar Qabaqcıl funksiyalar

Addım 2. Qabaqcıl funksiyalar seçin.

Çəkmək üçün əllə sürüşdür Çəkmək üçün əllə sürüşdür

Addım 3. Çəkmək üçün əllə sürüşdür yandırın.

Ovucla necə skrinşot etmək olar

Ovucunuzun kənarını ekranın solundan sağına və ya sağından soluna sürüşdürün. Ovuc ekrana toxunmalıdır.

Ovucla necə skrinşot etmək olar

Skrinşotun çəkildiyini necə öyrənmək olar

Ekranın yuxarı sol küncündə xüsusi işarə çıxacaq — Ekran görüntüsü nişanı

Ekranın yuxarı sol küncündə xüsusi işarə çıxacaq.

Skrinşotları harada tapmaq olar

Çəkdiyiniz skrinşotlara Qalereya və ya Mənim fayllarım tətbiqində baxa bilərsiniz. Onları Pictures/Screenshots və ya Pictures/ScreenCapture qovluğunda da tapa bilərsiniz.

Şərhiniz üçün təşəkkür edirik!