Samsung Galaxy-dən kontaktları, fotoşəkilləri, videoları, musiqini və digər verilənləri necə yaddaşda saxlamaq olar

Son yeniləmə tarixi : 22-10-2024

Verilənləri nə vaxt və nə üçün yaddaşda saxlamaq lazımdır

Verilənləri smartfonun/ planşetin itirilməsi halları üçün yaddaşda saxlayırlar. Verilənləri iki həftədə bir dəfə və ya daha tez-tez yaddaşda saxlamağınızı tövsiyə edirik.

Kontaktları necə yaddaşda saxlamaq olar

Kontaktların saxlanması üçün ən rahat üsul onların Google hesabına keçirilməsidir. Bu üsul tətbiq edildikdə, cihaz bir dəfə tənzimlənir, sonra isə, hər şey avtomatik şəkildə baş verir. Eyni zamanda, siz kontaktları SIM kartda (SIM kart sıradan çıxarsa, bütün kontaktlar itirilmiş olacaq) və ya faylda (yeni kontakt əlavə edildikdə prosesi təkrarlamaq və faylı smartfondan başqa yerə keçirmək lazım olacaq) yaddaşda saxlaya bilərsiniz.

Hər bir üsul haqqında ətraflı məlumat əldə etmək üçün aşağıdakı linklərə keçin.

Faylları, fotoşəkilləri, videoları, musiqini, sənədləri kompüterdə necə yaddaşda saxlamaq olar

Faylları kompüterdə yaddaşda saxlamağı tövsiyə edirik. Bu üsul ən sürətli üsuldur və əlavə tənzimləmə tələb etmir. Həm bütün qovluqları və faylları, həm də ayrı- ayrı qovluqları və faylları köçürmək mümkündür.

1 Smartfonu və ya planşeti USB kabelinin köməyi ilə kompüterə qoşun. Kompüter qovluğunda mobil cihaz çıxacaq.
Kompüter qovluğunda mobil cihaz çıxacaq

Bəzi modellərdə cihazın ekranında keçid üçün sorğu çıxacaq. İcazə ver düyməsinə basın.

İcazə ver düyməsinə basın
2 Kompüterdən cihazın daxili yaddaşını açın. İndi lazım olan faylları və qovluqları kompüterə köçürmək olar. Daxili yaddaş boşdursa, deməli, ekran qrafik açar, PIN kod və ya şifrə ilə kilidə qoyulub. Kilidi açın.
Kompüterdən cihazın daxili yaddaşını açın

Mac üçün Google-da xüsusi proqram tərtib olunub — Android File Transfer. Faylların köçürülməsi üçün bu tətbiqdən istifadə edin.


1. Fotoşəkillər və videolar

Qalereyanı açın Qalereyanı açın

➊ Qalereyanı açın. Qalereyada fayllar albomlarda (qovluqlarda) yerləşir.
Bu və ya digər albomun harada olduğunu öyrənmək üçün onun içindən istənilən bir şəkli və ya videonu açın.

Opsiyalar düyməsinə basın və Təfərrüatlar bəndini seçin Opsiyalar düyməsinə basın və Təfərrüatlar bəndini seçin

Opsiyalar düyməsinə basın (üç nöqtə şəklində ) və Təfərrüatlar bəndini seçin.

Təsvirdə albomun harada yerləşdiyi qeyd olunacaq Təsvirdə albomun harada yerləşdiyi qeyd olunacaq

➌ Təsvirdə albomun harada yerləşdiyi qeyd olunacaq. Bizim misalda albom Wallpapers qovluğunda yerləşir, həmin qovluq isə DCIM qovluğundadır.

Adətən, fotoşəkillər və videolar DCIM (kameradan çəkilmiş fotoşəkillər və videolar), Pictures, Downloads (endirilmiş fayllar), Bluetooth qovluqlarında saxlanır.

2. Musiqi

Adətən, musiqi faylları Music, Downloads, Bluetooth qovluqlarında saxlanır.

Lazım olan faylların harada yerləşdiyini müəyyən edə bilmirsinizsə, cihazın yaddaşında olan bütün qovluqları köçürün.

Faylları, fotoşəkilləri, videoları, musiqini, sənədləri bulud saxlancında necə yaddaşda saxlamaq olar

Hər hansı səbəblə faylları kompüterdə saxlamaq sizə sərf etmirsə, onları bulud servisində saxlamaq olar. Bulud servisi internetdə yerləşən müəyyən həcmə malik olan "sərt diskdir".

Bulud saxlanclarını bir çox şirkət təklif edir. Aşağıda siz onlardan bəzilərinin sorğu rəhbərlikləri ilə tanış ola bilərsiniz.

Verilənləri Smart Switch PC proqramı vasitəsilə necə yaddaşda saxlamaq olar

Smart Switch PC proqramı Android 4.3 və daha yüksək versiyalı Galaxy cihazlarında işləyir. Bura təxminən 2015-ci ildən etibarən istehsal olunan cihazlar daxildir.

Sizin cihazınızda Android 4.2 və daha aşağı versiya quraşdırılıbsa, yaxud adi telefondan istifadə edirsinizsə, Kies proqramından istifadə edin.

Faylların və tənzimləmələrin yaddaşda saxlanmasının daha bir üsulu Smart Switch PC proqramıdır. Proqram vasitəsilə aşağıdakılar yaddaşda saxlanılacaq:

  • Kontaktlar, zənglər jurnalı;
  • SMS, S Planner (təqvim tədbirləri), E-mail (elektron poçt hesabları);
  • Musiqi, fotoşəkillər, videolar, sənədlər;
  • İş masası üçün divar kağızları, İnternet brauzeri (əlfəcinlər, tənzimləmələr);
  • Tətbiqlər (yalnız quraşdırma faylları, tətbiqlərin verilənləri yaddaşda saxlanmır);
  • Tənzimləmələr, saat (zəngli saat).

1 Proqramı endirin və kompüterdə quraşdırın.


2 Proqramı işə salın, cihazın kilidini açın və onu kabel vasitəsilə kompüterə qoşun. Bəzi modellərdə cihazın ekranında keçid üçün sorğu çıxacaq. İcazə ver düyməsinə basın.
 İcazə ver düyməsinə basın
3 Kompüterdə qoşulmuş cihaza Smart Switch-in yüklənməsinin zəruri olduğu barədə bildiriş çıxarsa, Smart Switch endir düyməsinə basın.
Proqramı işə salın, cihazın kilidini açın və onu kabel vasitəsilə kompüterə qoşun

Daha sonra cihazın üzərinə basın və Bəli düyməsinə basın.

4 Backup bəndini seçin.
Backup bəndini seçin.
5 Yadaşda saxlanacaq verilənləri seçin və Backup düyməsinə basın.
Yadaşda saxlanacaq verilənləri seçin və Backup düyməsinə basın.
6 Ehtiyat surətin yaradılması başlayacaq.
Ehtiyat surətin yaradılması başlayacaq.
7 Surət yaradıldıqdan sonra hansı verilənlərin saxlandığı, hansıların isə, saxlanmadığı barədə məlumat çıxacaq. OK-a basın.
Surət yaradıldıqdan sonra hansı verilənlərin saxlandığı, hansıların isə, saxlanmadığı barədə məlumat çıxacaq. OK-a basın.

1 Proqramı işə salın və cihazı kabel vasitəsilə kompüterə qoşun. Restore düyməsinə basın.
Restore düyməsinə basın.
2 Proqram özü son ehtiyat surəti tapacaq. Restore düyməsinə basın.
Restore düyməsinə basın.
3 Verilənlərin bərpası başlayacaq.
Verilənlərin bərpası başlayacaq.
4 Hansı verilənlərin bərpa olunduğuna dair məlumat çıxacaq. OK-a basın.
OK-a basın

Windows əməliyyat sistemli kompüter smartfonu və ya planşeti tanımırsa

1. Qoşulma üçün orijinal kabeldən istifadə edin! Orijinal olmayan bir çox kabellərin birləşmələrinin lehimləməsi fərqli olur, buna görə onlar Samsung cihazları ilə işləməyə də bilər.

2. Qoşulma üçün Samsung-dan heç bir əlavə drayver tələb olunmur. Cihaz Windows-a quraşdırılmış MTP protokolu ilə qoşulur. Cihazınız kompüterə qoşulmursa, deməli, əməliyyat sistemində problem var. Windows üçün son yeniliklərin və Windows Media Player-in aktual versiyasının quraşdırılıb- quraşdırılmadığını yoxlayın.

3. Cihazda qoşulma üçün verilənlərin ötürülməsi rejiminin seçilib- seçilmədiyini yoxlayın. Bunun üçün: əsas ekranda iki dəfə əlinizi yuxarıdan aşağıya doğru çəkin → cihazı kabel vasitəsilə kompüterə qoşun → USB qoşulmanın tənzimlənməsi üçün bənd çıxacaq, onun üzərinə basın → Bu telefon və Faylların ötürülməsi bəndlərini seçin.

USB qoşulmanın tənzimlənməsi üçün bənd çıxacaq, onun üzərinə basın → Bu telefon və Faylların ötürülməsi bəndlərini seçin

4. Cihazın qoşulmasını başqa kompüterdə yoxlayın. Qoşulma zamanı daha çox problem lisenziyasız Windows XP və 7 əməliyyat sistemləri ilə yaranır. Windows 10 istifadə etmək tövsiyə olunur.

Verilənləri bir cihazdan digərinə necə köçürmək olar

Verilənlərin bir Galaxy-dən digərinə və ya iPhone-dan Galaxy-ə keçirilməsi üçün Smart Switch Mobile proqramından istifadə edin (Google Play-də mövcuddur).

Verilənləri yaddaşda saxlaya və ya köçürə bilmədinizsə

Verilənləri yaddaşda saxlaya bilmədinizsə və ya başqa suallarınız yarandısa, fərdi konsultasiya üçün dəstək xidmətinə müraciət edin. Köçürmə prosesi ilə əlaqədar çoxlu nüanslar var və bu nüansları texniki mütəxəssislə müzakirə etmək daha yaxşı olardı.


Şərhiniz üçün təşəkkür edirik!