Samsung Galaxy-də köməkçi menyunu necə deaktiv etmək olar

Son yeniləmə tarixi : 27-04-2024

Köməkçi menyu smartfonun ekranında bütün pəncərələrin üstündə əks olunan dairəvi düymədir. Bu menyudan aparat düymələrinin və jestlərin alternativi kimi, habelə, tətbiqlərdə hərəkətlərin edilməsi və smartfon tənzimləmələrinin dəyişdirilməsi üçün istifadə etmək olar.

Köməkçi menyu

Köməkçi menyunu aktiv və ya deaktiv etmək üçün nə etmək lazımdır

Qeyd:

Cihazların skrinşotları və menyu bəndləri, cihazın modelindən və proqram təminatının versiyasından asılı olaraq, fərqli ola bilər.

Parametrlər > Xüsusi imkanlar keçin Parametrlər > Xüsusi imkanlar keçin

1. Parametrlər açın, Xüsusi imkanlar bölməsinə keçin.

Əlaqə və cəldlik keçin Əlaqə və cəldlik keçin

2. Əlaqə və cəldlik bölməsinə keçin.

Sürüşən düyməyə basın Sürüşən düyməyə basın

3. Bu funksiyanın aktiv və ya deaktiv edilməsi üçün Köməkçi menyu bəndinin yanındakı sürüşən düymənin üzərinə basın.

«İcazə ver» düyməsinə basın «İcazə ver» düyməsinə basın

4. Aktiv edərkən, funksiyanın telefonun idarəetməsinə keçid əldə etməsi üçün İcazə ver düyməsinə basın.
Deaktiv edərkən, təsdiq üçün Söndür et düyməsinə basın.

Köməkçi menyu düyməsinin əks etdirilməsini necə tənzimləmək olar

Köməkçi menyu funksiyasından istifadə edirsiniz, lakin onun markerinin yerləşdiyi yer narahatdır və ya ekranı tutursa, menyu düyməsinin tənzimləmələrində dəyişiklik edin:

  • işarəni ekranda başqa yerə keçirin, 
  • funksiyanın sürətli aktiv və deaktiv edilməsini tənzimləyin,
  • işarənin ölçüsünü dəyişin,
  • işarənin və menyunun şəffaflığını dəyişin, 
  • işarənin ekranın kənarına yapışması funksiyasını aktiv edin.

Təlimatı açmaq üçün lazım olan başlığın üzərinə basın.

İşarənin yerləşdiyi yeri dəyişmək üçün onun üzərinə basın və ekranda sizin üçün rahat olan yerə keçirin.

Köməkçi menyu işarəsinin yerinin dəyişdirilməsi

• Android 14-12 ilə işləyən smartfonlarda:


Parametrlər açın > Xüsusi imkanlar > Əlaqə və cəldlik > Köməkçi menyu və ya menyu işarəsinə basın və Menyu parametrləri bəndini seçin.

Köməkçi menyu qısayol bəndinin yanındakı sürüşən düymənin üzərinə basın. Ekranın sağ aşağı küncündə insan şəkli çıxacaq xüsusi imkanlar işarəsi — onun üzərinə basdığınız zaman köməkçi menyu funksiyası aktiv və ya deaktiv ediləcək.

Funksiyanın xüsusi imkanlar işarəsi vasitəsilə aktiv və deaktiv edilməsi

Köməkçi menyu qısayol tənzimləmələrinə daxil olsanız, köməkçi menyunu aktiv və ya deaktiv edəcək başqa hərəkətlər də təyin etmək olar:

  • ses artırma və azaltma düymələrinə basıb 3 saniyə saxla;
  • Yan və Səs artırma düymələrinə bas.

Bir hərəkət və ya bir neçə variant seçmək olar.

• Android 11-10 ilə işləyən smartfonlarda:


Köməkçi menyunun sürətli deaktiv edilməsi və ya gizlədilməsi imkanı mövcud deyil.

• Android 9 ilə işləyən smartfonlar üçün:

Köməkçi menyu işarəsini basıb saxlayın Köməkçi menyu işarəsini basıb saxlayın

1. Köməkçi menyu işarəsini basıb saxlayın.

Menyu işarəsini yuxarıdakı "x" işarəsinin üstünə aparın Menyu işarəsini yuxarıdakı "x" işarəsinin üstünə aparın

2. Menyu işarəsini ekranın yuxarı hissəsinə "x" işarəli düymənin («Burd gizlt») üzərinə aparın.

Bildirişlər panelini açın Bildirişlər panelini açın

3. Menyu işarəsi ekrandan yox olacaq. İşarəni geri qaytarmaq üçün bildirişlər panelini açmaq lazımdır. Bunun üçün barmağınızı ekranın yuxarısından aşağıya doğru çəkin.

«Xüsusi imkanlar — Köməkçi menyu» bildirişinin üzərinə basın «Xüsusi imkanlar — Köməkçi menyu» bildirişinin üzərinə basın

4. Bildirişlər panelində Xüsusi imkanları — Köməkçi menyu tapın. Bildirişi açın və basın. Menyu işarəsini yenə ekranda görəcəksiniz.

• Android 8 ilə işləyən smartfonlarda:

Köməkçi menyunun sürətli deaktiv edilməsi və ya gizlədilməsi imkanı mövcud deyil.

Parametrlər açın > Xüsusi imkanlar > Əlaqə və cəldlik > Köməkçi menyu və ya menyu işarəsinə basın və Menyu parametrləri bəndini seçin.

Köməkçi menyunun ölçüsü bölməsinə basın və lazım olan dəyəri təyin edin: kiçik, orta və ya böyük. Bu, basıldıqda açılan pəncərənin ölçüsünə təsir göstərməyəcək.

Menyu işarəsinin ölçüsünün tənzimlənməsi

Parametrlər açın > Xüsusi imkanlar > Əlaqə və cəldlik > Köməkçi menyu və ya menyu işarəsinə basın və Menyu parametrləri bəndini seçin.

Sürüşən düyməni şəffaflıq cədvəli üzərində sizin üçün uyğun olan dəyəri əldə edənə qədər hərəkət etdirin: «—»-dən (qeyri-şəffaf) «+»-dək (demək olar ki, şəffaf). Şəffaflığın tənzimlənməsi həm köməkçi menyusuna həm də hərəkətləri göstərən çıxan menyuya təsir göstərir.

Menyunun şəffaflığının tənzimlənməsi

Yalnız Android 10 və daha yeni versiya ilə işləyən smartfonlarda.

Parametrlər açın > Xüsusi imkanlar > Əlaqə və cəldlik > Köməkçi menyu və ya menyu işarəsinə basın və Menyu parametrləri bəndini seçin.

Edge işarəsi kimi göstər bəndinin yanındakı sürüşən düyməyə basın — köməkçi menyu düyməsi ekranın müəyyən bir hissəsində yarımdairə kimi əks olunacaq. İşarənin yerləşdiyi yeri dəyişmək üçün onun üzərinə basın və sizin üçün rahat olan yerə keçirin.

Edge işarəsi kimi göstər

Şərhiniz üçün təşəkkür edirik!