Samsung Galaxy-də barmaq izini necə təyin etmək olar
Barmaq izi mobil cihazda şəxsiyyətin yoxlanması üçün sürətli və rahat üsuldur. Barmaq izi skaneri ilə təchiz edilmiş Samsung Galaxy smartfonlarında siz onları telefonun kilidinin açılması və ayrı- ayrı tətbiqlərə və servislərə keçid üçün istifadə edə bilərsiniz.
Qeyd:
- Barmaq izi skanerinin mövcudluğu smartfonun modelindən asılıdır. Sizin modelinizdə sensorun mövcudluğunu və yerləşdiyi istifadəçi təlimatında yoxlamaq olar.
Smartfonunuza barmaq izi əlavə etmək üçün cihazınızda quraşdırılmış Android versiyasını dəqiqləşdirin və müvafiq təlimatlardakı tövsiyələrə riayət edin.
Android 13-14
Barmağınızı barmaq izi skanerinin üzərində yerləşdirin və, ekranda göstərilən təlimatları yerinə yetirərək, onu yavaş-yavaş hərəkət etdirin. Barmaq izi qeydə alındıqdan sonra onu yaddaşda saxlamaq üçün Tamamla düyməsinə basın. Daha bir barmaq izi əlavə etmək istəyirsinizsə, Əlavə et düyməsinə basın.
Qeyd:
Barmaq izi skaneri smartfonunuzun qabaq, arxa və ya yan hissəsində yerləşə bilər. Ekranda göstərilən təlimatlara riayət edin.
Android 12 və daha aşağı versiyalar üçün
Barmağınızı barmaq izi skanerinin üzərində yerləşdirin və onu yavaş-yavaş hərəkət etdirin.
Barmaq izi qeydə alındıqdan sonra onu yaddaşda saxlamaq üçün Tamamla düyməsinə basın. Daha bir barmaq izi əlavə etmək istəyirsinizsə, Əlavə et düyməsinə basın.
Qeyd:
Barmaq izi skaneri smartfonunuzun qabaq, arxa və ya yan hissəsində yerləşə bilər. Ekranda göstərilən təlimatlara riayət edin.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.