Galaxy S22-də displeylər üçün parlaqlıq və rahat skrollinq tənzimləmələri
Galaxy S22 seriyasından olan smartfonların təkmilləşdirilmiş displey texnologiyaları sayəsində siz onlardan istənilən işıqlandırma şəraitində: istər qaranlıq yerdə, istər parlaq günəş altında rahat şəkildə istifadə edə biləcəksiniz. Vision Booster texnologiyası və ekranın intellektual adaptiv yenilənmə tezliyi videoya baxarkən və kontenti vərəqləyərkən, yüksək parlaqlıq dərəcəsini və səlis görüntünü təmin edəcək.
Galaxy S22 Ultra smartfonu 16% artırılmış parlaqlığa və 3 000 000:1 kontrasta malik olan 6,8 düymluq Edge Quad HD + Dynamic AMOLED 2x displeyi ilə təchiz olunub. 120 Hz adaptiv yenilənmə tezliyi skrollinq zamanı görüntülərin səlis şəkildə dəyişməsini təmin edir.
Galaxy seriyasının Dynamic AMOLED 2X ekranı VDE Germany təşkilatı tərəfindən DCI-P3 rəng diapazonunda 100% rəng həcminin mövcudluğu ilə bağlı sertifikatlaşdırılıb.
Vision Booster texnologiyası
Vision Booster texnologiyası küçədə parlaq günəş altında görüntünün daha yaxşı əks etdirilməsi üçün ekranın parlaqlığını və kontrastını müvafiq şəraitə uyğunlaşdırır.
Vision Booster ağıllı alqoritmləri ekranda görüntünün histoqramnı analiz edir və hər bir piksel üçün dəyəri qiymətləndirir. Əldə olunan verilənlər əsasında rəng tonu və görüntünün dinamik diapazonu təkmilləşdirilir: tünd hissələr daha parlaq olur, rənglər isə, daha da zənginləşir. Nəticədə, ekranda aydın və parlaq görüntü əks olunur və bu görüntünü birbaşa günəş şüaları altında belə yaxşı görmək mümkündür.
Ekranın səlis (rahat) skrollinqi və ekranın titrəməsinin qarşısının alınması üçün ekranın yüksək yenilənmə tezliyindən (120 Hz) istifadə edin. Tezlik dəyərinin 60 Hz olaraq təyin edildiyi standart rejimdə batareyanın enerjisi sərfiyyatı daha az olacaq.
1-ci addım Tənzimləmələri açın, Displey bölməsinə keçin> Hərəkət səlisliyi.
2-ci addım Ekranın yenilənmə tezliyini lazım olan dəyərdə təyin edin.
- Adaptiv: Ekranın yenilənmə tezliyinin avtomatik olaraq 120 Hz-dək tənzimlənməsi funksiyası ilə daha səlis animasiya və skrollinq əldə edin.
- Standart: Batareya enerjisinə qənaət etmək üçün adi şəraitdə standart yenilənmə tezliyindən istifadə edin.
Qeyd:
- Adaptiv səlisləşdirmə rejimini tətbiq etdiyiniz halda, cihazınız, şəraitdən və baxılan kontentdən asılı olaraq, displeyin yenilənmə tezliyini avtomatik şəkildə dəyişəcək.
- Enerjiyə qənaət rejimi aktivdirsə, adaptiv səlisləşdirmə rejimindən istifadə, batareya enerjisinə qənaət səbəbi ilə, mümkün olmayacaq. Buna görə əvvəlcə enerjiyə qənaət rejimini deaktiv edin.
Cihazın displeyinin yenilənmə tezliyi 120 Hz olaraq təyin edildikdə, batareya, 60 Hz tezliklər müqayisədə, daha çox enerji sərf edə bilər. Smartfonun daha uzun müddət işləməsi üçün ekranın yenilənmə tezliyinin standart dəyərə təyin edilməsini tövsiyə edirik Tənzimləmələr > Displey > Hərəkət səlisliyi > Standart.
Batareyanın istifadə müddətinin optimallaşdırılması üçün Adaptiv akkumulyator rejimini aktiv etməyi (Tənzimləmələr > Cihaza qulluq > Batareya > Digər akkumulyator tənzimləmələri > Adaptiv akkumulyator rejimi) və ya istifadə olunmayan tətbiqləri gözləmə rejiminə keçirməyi tövsiyə edirik.
Qeyd:
- Batareyanın istifadə müddəti cihazın tənzimləmələrindən, istismar şərtlərindən və quraşdırılmış tətbiqlərdən asılıdır.
Adaptiv parlaqlıq
Tənzimləmələrə daxil olun > Displey > Adaptiv parlaqlığı aktiv edin və sizin telefonunuz parlaqlıq tənzimləmələrinizi yaddaşda saxlayacaq və onları analoji işıqlandırma şəraitində avtomatik olaraq tətbiq edəcək.
Əlavə parlaqlıq
Tənzimləmələrə daxil olun > Displey >Parlaqlığın artırılması bölməsini aktiv edin və otaqlarda parlaqlıq daha yüksək olacaq. Rejim Adaptiv parlaqlıq deaktiv olduqda işləyir.
Qeyd:
- Əlavə parlaqlıq rejimi enerji sərfiyyatını artıra bilər.
- Parlaqlığın artırılması zəruri deyilsə, onu deaktiv edib, Avtomatik parlaqlıqdan istifadə etmək daha yaxşıdır..
- Yüksək parlaqlıq rejimindən eyni tətbiqdə və ya sabit ekranda uzun müddət ərzində istifadə etdiyiniz halda, AMOLED texnologiyası səbəbi ilə ekranda ləkələr və ya qalıq görüntülər əmələ gələ bilər.
- Ekranda qalıq görüntülər və ya ləkələrlə bağlı problemləriniz yarandığı halda, ən yaxın Samsung servis mərkəzinə müraciət edin.
Qeyd:
Cihazların skrinşotları və menyu maddələri, cihazın modelindən və proqram təminatının versiyasından asılı olaraq dəyişə bilər.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.