Samsung Galaxy hərəkətlərimi səsləndirdiyi halda, nə etmək lazımdır
TalkBack rejimi aktiv olduğu halda, smartfon istifadəçinin etdiyi hərəkətləri səsləndirir. Bu funksiyanın digər bir adı Voice Assistant-dir (ad Android versiyasından asılıdır). Bu rejim görmə qabiliyyəti pozuntuları olan şəxslər üçün nəzərdə tutulub. TalkBack (Voice Assistant) funksiyasını telefonun tənzimləmələrində deaktiv etmək olar.
Smartfonun idarə olunması TalkBack rejimində dəyişdirilir. Aşağıda cihazın TalkBack (Voice Assistant) rejimində necə idarə edilməli olduğu barədə söhbət açmış və müxtəlif Android versiyaları üçün bu funksiyanın deaktiv edilməsi ilə bağlı ətraflı təlimat vermişik.
TalkBack funksiyası aktiv edilmiş smartfonu necə idarə etmək olar
Menyu bəndini seçmək üçün: əvvəlcə bəndin üzərinə bir dəfə basın, həmin bənd çərçivəyə alındıqda isə, ekrana ardıcıl olaraq iki dəfə toxunun.
Ekranı aşağı çəkmək üçün (menyu, sürüşən düymələr): iki barmağınızı ekranın üzərində sürüşdürün.
Bildirişlər panelini («pərdəni») açmaq üçün: iki barmağınızı ekranın üzərində yuxarıdan aşağı çəkin.
Menyunun bir bəndindən digərinə keçmək (başqa bəndi işarələmək) üçün: ya lazım olan bəndin üzərinə basmaq, ya da ekranda barmağı sağa və ya sola çəkmək olar.
Android 11, 12-də TalkBack funksiyasını necə deaktiv etmək olar
Bunun üçün tətbiqlərin əks olunduğu menyunu açmaq lazımdırsa, iki barmağınızı ekranın aşağısından yuxarıya doğru çəkin.
Tənzimləmələr düyməsinə basın — onun ətrafında çərçivə çıxacaq. Daha sonra ekrana iki dəfə basın.
Android 10, 9-da TalkBack funksiyasını necə deaktiv etmək olar
Bunun üçün tətbiqlərin əks olunduğu menyunu açmaq lazımdırsa, iki barmağınızı ekranın aşağısından yuxarıya doğru çəkin.
Tənzimləmələr düyməsinə basın – onun ətrafında çərçivə çıxacaq. Daha sonra ekrana iki dəfə basın.
Android 8, 7-də TalkBack funksiyasını necə deaktiv etmək olar
Bunun üçün tətbiqlərin əks olunduğu menyunu açmaq lazımdırsa, iki barmağınızı ekranın aşağısından yuxarıya doğru çəkin.
Tənzimləmələr düyməsinə basın – onun ətrafında çərçivə çıxacaq. Daha sonra ekrana iki dəfə basın.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.