Samsung televizorunda rəqəmsal siqnal haqqında məlumata necə baxmaq olar
Siqnal məlumatını yoxlamaq üçün əvvəlcə mənbə kimi TV seçildiyinə əmin olun (Menyu > (Qoşulu Chihazlar) > Mənbə > TV).
- 2020-ci ildən sonra buraxılmış televizorlarda yol belədir: Menyu > Parametrlər > (Bütün Parametrlər) > Dəstək > Cihaza Qayğı > Özünüdiaqnostika > Siqnal məlumatı.
- 2020-ci ilə qədər televizorda Menyu > Parametrlər > Dəstək > Özünüdiaqnostika > Siqnal məlumatı bölməsini açın.
Pultda INFO düyməsini basıb 10 saniyə saxlayın. Bu funksiya E seriyasından başlayaraq televizorlarda var.
Smart Touch Control pultlarında bu üsul işləmir!
Siqnal məlumatının mümkün variantları
- Kanallar qurulub, amma ekranda görüntü yoxdur.
Kanalları yenidən qurun. Kabelin zədələnmədiyini və televizora möhkəm taxıldığını yoxlayın.
Kanalları qurmaq üçün Menyu > Parametrlər > (Bütün Parametrlər) > Yayımalamaq > (Avtomatik Sazlama Parametrləri) > Avtomatik sazlama bölməsini açın.
- Ekranda görüntü var, amma keyfiyyəti pisdir. Bit xətası göstəricisi yüksəkdir. Siqnalın səviyyəsi və keyfiyyəti qeyri-sabitdir və ya 70%-dən aşağıdır.
- Görüntü aydındır, pozuntu (artefakt) yoxdur. Bit xətası azdır, siqnalın səviyyəsi və keyfiyyəti 70%-dən yüksəkdir.
Ekran şəkilləri və menyu cihazın modelindən və proqram təminatının versiyasından asılı olaraq fərqli ola bilər.
Tövsiyələr Samsung şirkəti tərəfindən təqdim edilib və yoxlanılıb.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.