Asistent menyu

Asistent menyu

Asistent menyu

Assistant menu (Köməkçi menyu) motorika idarəetməsi və ya digər fiziki qüsurları olan şəxslər üçün nəzərdə tutulub.  Assistent menyusundan istifadə etməklə siz sadəcə toxunmaqla və ya sürüşdürməklə aparat təminatı düymələrinə və ekranın bütün hissələrinə daxil ola bilərsiniz.

Aparat təminatı klavişlərinə və düymələrinə basmaq

Assistent menyusu sizə aparat təminatı düymələrindən və ya ekran düymələrindən istifadə etmədən, aşağıdakı tapşırıqları yerinə yetirməyə imkan verir:

  • • Son açılan tədbiqlər

    Son açılan tədbiqləri işə salın.

  • • Əsas

    Əsas ekrana keçin.

  • • Geri

    Əvvəlki ekrana keçin.

  • • Kilid

    Telefonunuzun/planşetinizin ekranını söndürün.

  • • Səs

    Səs rejimini dəyişdirin və səs səviyyəsinə nəzarət edin.

  • • Ekran görüntüləri

    Ekran görüntüsünü çəkin.

  • • Söndürmə menyusu

    Gücü söndürün, yenidən başladın və təcili zəng edin.

  • • Bixby ilə danışın

     Bixby -ə zəng edin (yan düyməni uzun basın).

  • • Bixby-ni açın

    Bixby Home-a keçin (yan düyməni basın).

Ekranın bütün hissələrinə asan giriş

Ekranın istənilən yerindən bölmələrə asanlıqla daxil olun.

  • • Bildiriş paneli

    Bildiriş panelini açın və ya bağlayın.

  • • Barmaqla böyüt

    Bir toxunuşla böyüdün və ya kiçildin.

  • • Ekrana nəzarət

    Siyahıları yuxarı və aşağı sürüşdürmək və ya səhifələrdə naviqasiya etmək üçün dairəvi toxunma panelindən istifadə edin.

  • • Menyu parametrlər

    Assistent menyu parametrlərinə keçin.

  • • Parlaqlıq

    Ekran parlaqlığını dəyişin.

  • • Ekranın fırlanması

    Ekran oriyentasiya seçimlərinizi dəyişdirin.

  • • Kursor

    Kursoru ekranın istənilən hissəsinə aparmaq üçün toxunma panelindən istifadə edin.

  • • Böyütmə

    Böyüdücü pəncərəni açın və toxunma paneli ilə idarə edin.

  • İllüstrativ məqsədlər üçün simulyasiya edilmiş cihaz şəkilləri.