Samsung televizorlarIn ekranInda olan xətlər, zolaqlar, tünd ləkələr, bulanlig ləkələri

Bu məqalədə televizor ekranında görünüş qeyri-səlis və ya bulanığ olduğu halda tövsiyələri tapacaqsınız.

Addım 1. Ekranı diqqətlə nəzərdən keçirin

Ekranda heç bir mexaniki zədələnmə olmadığına əmin olun: çatlar, doymalar, zərbənin izləri.

Əgər mexaniki zədələr yoxdursa, növbəti tövsiyəyə keçin.
Əgər mexaniki zədələr varsa, Samsung servis mərkəzinə müraciət edin.

Addım 2. Görüntü testini başladın

Görüntü testi nə olub-olmadığını yoxlamağa kömək edəcək: TV və ya Siqnal.

Görüntü testində qüsur varsa, Samsung servis mərkəzinə müraciət edin.
Heç bir qüsur yoxdursa, növbəti tövsiyəyə keçin.

Addım 3. "Hərəkətin işıqlandırılması" funksiyasını söndürün

"Əgər həmin funksiya televizorunuzda varsa, funksiyanı söndürün. Daxil olun - "Ayarlar"" - "Ümumi" - "Qənaət (Eco) rejimi" - "Hərəkətin işıqlandırılması" funksiyasını söndürün. Görüntünü yoxlayın.

Əgər qüsur itibsə, deməli televizorla hər şey qaydasındadır,ondan istifadə edə bilərsiz.
Qüsur davam edərsə, növbəti tövsiyəyə keçin.

Addım 4. Servis mərkəzinə müraciət edin

Yuxarıda göstərilən tövsiyələr kömək etmirsə, televizor qüsurludur. Təmir üçün Samsung servis mərkəzinə müraciət edin.

[Əgər televizor soyuq mühitdə saxlanılıbsa]

Əgər televizor soyuq mühitdə saxlanmış/daşınmışdısa və ekranda bulanlıq ləkələri görünürsə, onu yandırın və ən azı üç saat işləməyinə imkan yaradın. Bulanıq ləkələri kondensatın az miqdarda yıgılması səbəbindən ortaya çıxar və iş zamanı buxarlanacaq.



keywords: samsung televizorunda zolaqlar, samsung televizorunda çat əmələ gəlib, samsung televizorunun ekranı açılmır, Samsung televizorunun ekranı yanıb/p>