Game launcher
Oyun kainatı ilə tanış olun
Mobil oyunları daha yüksək səviyyəyə qaldırın. Oyun başladıcı sizin artıq sevdiyiniz şeyləri tapmaq, oynamaq üçün daha çoxunu kəşf etmək, dəbdə olanlarla tanış olmaq, oyun məlumatınızı paylaşmaq üçün hər şeyi özündə ehtiva edən bir mərkəzdir.
Həyacanlı və problemsiz təcrübədən zövq almaq üçün sizə lazım olan bütün xüsusiyyətlər bir yerdə.
Hər şey oyun haqqında. İstənilən yerdə,
istənilən vaxtda.
Sevdiyiniz oyunlara qaldığınız yerdən davam etmək üçün Oyun başladıcı tətbiqini açın. Toplama funksiyası sizə oyun oynama vaxtı və missiyalar əsasında müxtəlif monstrlara qalib gəlmək və mükafatları əldə etmək imkanını verir. Sadəcə bir kliklə siz əyləncə zonasına qərq olursuz.
Çevik, asan oyun təşkili
Oyun başladıcı tətbiqi ilə hər bir şeyi bir yerdə saxlayın. Bütün sevidiyniz oyunları, oyunlara aid əlfəcinləri və təsvirləri sizə lazım olanda asanlıqla tapmaq üçün idarə edin. Yeni oyun endirərkən o, birbaşa Oyun başladıcı * tətbiqinə göndərilir ki, siz onu tapıb oynamağa başlaya biləsiz.
* Bəzi oyunlar avtomatik olaraq Oyun başladıcı tətbiqinə göndərilə bilər.
Nəyin baş verdiyindən xəbərdar olun
Hər şeydən xəbərdar olun. Oyun başladıcı tətbiqi dəbdəbəli oyunlar, oyun reytinqi, populyar YouTube videoları ilə doludur və burada Galaxy Store istifadəçiləri üçün eksklüziv təkliflər var. Etibarlı yeniləmələr üçün müxtəlif tətbiqlər arasında keçid etməyə ehtiyac yoxdur —onların hamısını buradan əldə edin.
* Faydalar oyun və tədbir məzmununa görə fərqlənə bilər.
Bir neçə platforma üzərində oyun oynayan
dostlarınızla Discord vasitəsilə əlaqə saxlayın
Dostlarınızın nə oynadığını, nə zaman oynadığını öyrənin və onlarla danışmaq üçün qoşulun - bütün bunların hamısı birbaşa Oyun başladıcı tətbiqində!
Discord tutuşdurması kimin tətbiqləri dəyişmək məcburiyyətində olmadan danışdığını asanlıqla göstərir.
- * UX/istifadəçi interfeysi dəyişə bilər.
- * Oyun və funksiyanın mövcudluğu ölkə və ya cihazdan asılı olaraq dəyişə bilər.
- * Cihaz və ekran təsvirləri əyani nümunə məqsədləri üçün simulyasiya olunub.