Soundbar HW-R550
Gallery popup
QR kodunu smartfonunla skan et və obyekti otağına yerləşdir.
Əsas məqamlar
Özəlliklər
Simsiz sabvufer güclü basları ilə televizorunun səs keyfiyyətini yeni zirvələrə çadırın.
Bas gücləndirmə funksiyası aşağı bas tezliyinin keyfiyyətini yaxşılaşdıracaq
Naqillər evin dizaynını pozmasın. Simsiz sabvuferi otağınızın istənilən yerinə yerləşdirin və özünüzü güclü, dərin bas ilə əhatə edin.
Ətraf səs funksiyası
Ətraf səs funksiyası səsin əhatə dairəsini saundbarın sağına, soluna və yuxarısına doğru genişləndirir. İndi siz tam immersiv effektlə ətraf səsin realizmini yaşayıb həzz ala bilərsiniz.
Oyunlar üçün səs optimallaşdırma rejimi. İndi bütün imkanlar sizin əlinizdə
Oyun konsolunuzu qoşun və həyəcan verici səsdən həzz alın. Oyun rejimində avtomatik səs optimallaşdırma ekranda baş verənlərdən asılı olaraq səs mənbəyini daha yaxşı lokallaşdırmağa imkan verir ki, bu da qalib gəlməyinizə kömək edəcək.
* Bu funksiya yalnız oyun konsolu HDMI vasitəsilə Samsung 2019 televizorlarına (bütün NU7400 seriyalı QLED televizorlar və ya daha yüksək) qoşulduqda dəstəklənir. PlayStation 4 və Xbox oyun konsolları dəstəklənir. Dəstəklənən televizorlar və oyun konsolları dəyişdirilə bilər. ** Oyun konsolu ayrıca satılır.
Simsiz musiqi axını
Samsung Soundbar digər cihazlara simsiz qoşulmaq üçün Bluetooth-dan istifadə edir. Mobil cihazınızdan simsiz olaraq soundbarınızdan səsləndirilən yüksək keyfiyyətli musiqidən həzz alın.
TV-yə simsiz qoşulma
Bluetooth bağlantısı vasitəsilə səs panelini simsiz olaraq Samsung TV*-yə qoşun. İndi siz mükəmməl səs müşayiəti altında məzmununuzdan həzz ala bilərsiniz.
*Seçilmiş Samsung Bluetooth televizorları ilə uyğundur.
Uzaqdan idarəetmə pultu ilə bütün sistemi idarə edin
Bir neçə pulta ehtiyacınız yoxdur. Samsung TV pultu ilə güc, səs səviyyəsi və hətta səs effektləri kimi əsas soundbar funksiyalarını birbaşa televizorunuzdan idarə edin.
* Faktiki məhsul televizor modelinə və satış bölgəsinə görə dəyişə bilər. ** Seçilmiş Samsung televizorları ilə uyğundur. Əlavə məlumat üçün mağaza ilə əlaqə saxlamağınız xahiş olunur.
* Faktiki məhsul televizor modelinə və satış bölgəsinə görə dəyişə bilər. ** Seçilmiş Samsung televizorları ilə uyğundur. Əlavə məlumat üçün mağaza ilə əlaqə saxlamağınız xahiş olunur.
Müxtəlif məzmun üçün optimallaşdırılmış səs
Soundbar avtomatik olaraq səs siqnalını təhlil edir və məzmuna əsasən səsi optimallaşdırır. İstər idman verilişlərini izləyirsiniz, istərsə də tamaşadakı aktyorların dialoqunu dinləyirsiniz, siz televizor ekranınızda səhnəni izlədiyiniz zaman ən yaxşı səs keyfiyyətini təmin etmək üçün soundbara etibar edə bilərsiniz.
Simsiz arxa akustika üçün dəstək
Simsiz arxa akustika dəsti* kabellərə ehtiyac olmadan soundbarınızı və əsl ətraf səsi genişləndirməyi asanlaşdırır**. Dəst və soundbar ilə siz hərtərəfli ətraf səs sistemini yarada bilərsiniz.
* Simsiz arxa akustika dəsti ayrıca satılır (Model: SWA-8500S). ** Simsiz modul elektrik kabeli tələb edir. Arxa dinamiklər kabel vasitəsilə modula qoşulub.
Samsung Audio Remote mobil tətbiqi
Android™ smartfon və ya planşetinizdə quraşdırılmış Samsung Audio Remote mobil tətbiqindən istifadə edərək səs panelini idarə edin. Sadəcə olaraq mobil cihazınızı Bluetooth™ vasitəsilə soundbara qoşun və sevimli musiqinizi dinləyərkən bu tətbiqlə telefon və ya planşet ekranınızdan soundbarın bütün funksiyalarına nəzarət edin.
*Android Google Inc şirkətinin qeydə alınmış ticarət nişanıdır. Bluetooth Bluetooth SIG Inc şirkətinin qeydə alınmış ticarət nişanıdır.
*Android Google Inc şirkətinin qeydə alınmış ticarət nişanıdır. Bluetooth Bluetooth SIG Inc şirkətinin qeydə alınmış ticarət nişanıdır.