Samsung
Böyük Müəssisə üçün
Niyə böyük müəssisələr üçün Samsung?
Samsung Galaxy biznesinizə uyğun texnologiya təqdim edir — çoxşaxəli cihazlar, optimallaşdırılmış performans və etibarlı təhlükəsizliklə biznesiniz ətrafında quraşdırılıb.
Biznesiniz komandalarınızın ən yaxşı işlədiyi şəkildə irəliləyə bilər.
Biznesinizə uyğunlaşan çeviklik
Samsung Galaxy cihazları ilə düzgün alətləri seçmək üçün çeviklik və hər şeyin problemsiz işləməsini təmin edən əlaqəli təcrübə əldə edirsiniz.
Galaxy Rugged seriyası çətin şəraitə tab gətirmək üçün hazırlanıb və komandaları harada işləməsindən asılı olmayaraq əlaqədə və məhsuldar saxlayır.
Galaxy Enterprise Edition uzunmüddətli sabitlik və idarəetmə üçün hazırlanmış, biznesə hazır mobil cihazlar və xidmətlərdən ibarət kompleks paketdir.
İş üçün bütün güc, birbaşa cihazınızda
Daha çox işi daha ağıllı şəkildə görməyin yolları. Galaxy AI və optimallaşdırılmış performans gündəlik tapşırıqları daha sürətli, asan və səmərəli edir — beləliklə komandalar həqiqətən vacib olan işlərə fokuslana bilir.
Galaxy AI iş üçün daha təhlükəsizdir – IT administrator AI istifadəsini şirkət siyasətlərinə uyğun şəkildə tənzimləyə bilər və komandalar "Samsung Account for Business" vasitəsilə AI-yə təhlükəsiz şəkildə daxil ola bilər.
Samsung DeX ilə Galaxy cihazları problemsiz çoxtapşırıqlı iş üçün daha böyük ekrana keçir və komandaların məhsuldarlığını artırmağa kömək edir.
Geniş miqyasda təhlükəsizlik.
İdarəetmə sadələşdirilib
Güclü təhlükəsizlik, ağıllı idarəetmə və ekspert dəstəyi. Samsung Galaxy biznesinizi qorumağa kömək edir və eyni zamanda IT administratorlarının işini asanlaşdırır.
Samsung Galaxy, hökumət səviyyəli Knox Security Platformu ilə qoruma üçün qurulub və Zero Trust hazırlığı ilə müasir təhlükəsizlik yanaşmasını təmin edir. Cihaz səviyyəsində tam görünürlükdən və problemsiz inteqrasiyalardan tutmuş bulud əsaslı idarəetməyə qədər güclü qoruma biznesinizin inamla irəliləməsinə imkan verir.1, 2
Müəssisə mobilliyi üçün Knox həlləri
Təhlükəsizləşdirmə. Yerləşdirmə. İdarəetmə. Hər şeyi Knox-a həvalə edin. Knox təşkilatınızdakı bütün cihazları IT nəzarətində asanlıqla saxlamaq üçün hazırlanmış tam müəssisə həllər paketidir. İstənilən vaxt. İstənilən yerdə. İstənilən sənaye üçün.
Təhlükəsilik Knox tərəfindən təmin edilir
Hökumət səviyyəli təhlükəsizlik platforması
Biznes Xidmətləri
Tək bir əlaqə vasitəsi ilə IT komandanızın sadə və səmərəli işləməsini təmin edən Samsung müəssisə mobilliyi üzrə mütəxəssisləri ilə texnologiyaya invesitisiyanızı artırın.
Samsung-un cihaz qoruma planı təşkilatınıza iş cihazlarınızın təmiri və gözlənilməz zədələr üçün genişləndirilmiş əhatə təmin edir.
Samsung ilə iş tərzini dəyişdirən təşkilatlarla tanış olun
Biznesə hazır smartfonlar və planşetlər
Galaxy Enterprise Edition cihazları biznes üçün hazırlanıb.
- Samsung Knox dünyanın müxtəlif hökumətləri və böyük müəssisələri tərəfindən müəyyən edilmiş ciddi təhlükəsizlik tələblərini uğurla qarşılamışdır və biznes istifadəçilərinə güclü mobil təhlükəsizlik həlli təqdim edir. https://www.samsungknox.com/en/knox-platform/knox-certifications. Müəyyən cihazlara şamil olunmaya bilər. https://www.samsungknox.com/en/knox-platform/supported-devices.
- Knox Platform 3.2 Gartner hesabatında 30 mümkün qiymətləndirmədən 27 “Güclü” qiymət almışdır. Gartner, Inc. Mobil əməliyyat sistemləri və cihaz təhlükəsizliyi: Platformaların müqayisəsi, Patrick Hevesi, 6 may 2019.