Mikrodalğalı sobanın tarixi: ilk modellərdən tutmuş
hər bir mətbəxdə inqilabadək
Bəs ərinmiş şokoladın bunlarla nə əlaqəsi var?
16.10.2025 | ~5 dəq.
Uzun müddətdir ki, soba olmayan mətbəxlər yalnız uzaq gələcəkdəki fantastika kimi qəbul edilirdi. Mikrodalğalı soba isə xəyalları reallığa çevirdi. Düyməni basırsiniz və nahar artıq hazırdır: alov, his, istilik olmadan. Sadəcə dalğaların sehri.
Mikrodalğalı sobalar nə vaxt təqdim olunub?
Mikrodalğalı sobanın əsas elementi maqnetrondur. Ultra yüksək tezlikli elektromaqnit dalğaları yayan bu cihaz mikrodalğalı soba icad edilməmişdən əvvəl təqdim edilmişdir. Burada ofis mətbəxində balıq yeməklərini qızdırmaq fürsətinə görə kimə təşəkkür etməliyik sualı yaranır. Gəlin məsələni təhlil edək.
1912-ci ildə isveçrəli fizik Heinrix Qreinaher elektronun kütləsini ölçmək üçün üsul tapmağa çalışdı. Bu onun bir hobbisi idi. Qreinaher müasir maqnetronun prototipinə çevrilən bir cihaz icad etməyi bacardı.
Davam edirik. 1921-ci ildə amerikalı alim Albert Hall maqnit sahələri vasitəsilə elektrik cərəyanını idarə edən lampalar yaratdı. Və hətta "maqnetron" icad etdi. Bundan sonra müxtəlif ölkələrdən olan bir sıra fiziklərin işi ultra yüksək tezliklər yaymaq qabiliyyətinə malik cihazın yaranmasına gətirib çıxarır.
1933-cü ildə Çikaqoda keçirilən Ümumdünya sərgisində Westinghouse əməkdaşları gələcəyin kulinariya şousunu təqdim etdilər. Onlar iki metal elektrodu 10 kilovatlıq, 60 meqagerslik qısadalğalı ötürücüyə birləşdirərək, tamaşaçıların gözü qarşısında yemək bişirməyə başladılar. Steyk və ya kartof bir neçə dəqiqə ərzində hazırlanırdı!
1941-ci il. İngilis alimləri içi boş rezonator maqnetron yaradırlar. Bu cihaz əvvəlkilərlə müqayisədə daha yığcam və güclü idi və radiolokasiyanın inkişafı üçün həlledici oldu. Daha sonra bu tip maqnetronlar mikrodalğalı sobalarda istifadə edilmişdir. Bə ən maraqlısı edə burada başlayır.
1945-ci il. Mühəndis Persi Spenser Amerikanın Raytheon hərbi texnologiya korporasiyasında radarın yaradılması üzərində işləyir. Təcrübə apararkən mühəndis cibinə şokolad qoyur və onun dərhal əridiyini təəccüblə qeyd edir! Müəyyən edilir ki, radarın əsas elementi olan maqnetron suyu və yağları qızdıran elektromaqnit dalğaları yayır. Digər məhsullar üzərində aparılan sınaqlar bu ehtimalı təsdiqlədi: qarğıdalı dərhal popkorna çevrilirdi, yumurtalar isə buxarın təzyiqindən partlayırdı. Mikrodalğalı soba ideyası belə yarandı.
Nəticə: Heinrix Qreinaher maqnetronu icad etdi sonradan isə digər elm adamları onu təkmilləşdirdilər. Persi Spenser isə mikrodalğalı sobanı icad etdi və ilk dəfə ondan yemək hazırlamaq üçün istifadə etdi və texnologiyanı Raytheon ilə patentləşdirdi.
İlk mikrodalğalı soba modelləri necə idi?
1946-cı ildə Raytheon yemək bişirmək üçün maqnetronun istifadəsi üçün patenti rəsmiləşdirdi. Cəmi bir il sonra Raytheon ilk kommersiya elektromaqnit sobasını təqdim etdi - təxminən 2 metr hündürlükdə, 340 kq ağırlığında və 5,000 dollara başa gələn Radarange. Bu səliqəli mətbəx üçün deyil, fabriklər və restoranlar üçün nəzərdə tutulmuş texnika idi. 20 ildən sonra hər şey dəyişdi.
1955-ci il - Tappan şirkəti Raytheon lisenziyası əsasında evdə istifadə üçün nəzərdə tutulmuş mikrodalğalı sobanı təqdim etdi. Cihaz divara bərkidilməli idi, onun qiyməti isə 1,295 ABŞ dolları, yəni avtomobilin satıldığı qiymələ eyni idi.
1967-ci ildə məişət texnikası istehsalçısı Amana ilk ev üçün nəzərdə tutulmuş modeli təqdim etdi. Mikrodalğalı sobanın qiyməti 500 dollar idi, o vaxtlar üçün bu yüksək qiymət idi, lakin eyni zamanda əlçatanlığı təmin etmək üçün vacib bir addım idi. Əsl irəliləyiş 1970-ci illərdə baş verdi, Litton sobanın formasını dəyişdirərək, onun hündürlüyünü azaltdı, enini isə genişləndirdi. Bu dizayn artıq bizə tanış olan mikrodalğalı sobalara bənzəyirdi və cihazın kütləvi populyarlığına səbəb oldu.
SSRİ-də mikrodalğalı sobalar (qeyd edilən dövrdə onlar soba-şkafları adlanırdı) 1960-cı illərdə ortaya çıxdı. Cihazlar həqiqətən şkaflara bənzəyirdi: böyük və çəkisi təxminən 100 kq. Tanıdığımız formada modellər növbəti onillikdə istehsal olunmağa başladı.
Sonra isə Samsung dövrü başladı
Samsung bu yarışa daha gec qoşuldu, lakin bu fakt brendin mikrodalğalı sobaların geniş yayılmasında əsas rol oynamasına mane olmadı. Şirkət onun ilk soba modeli olan RE-700D-ni onun üzərində 2 il işlədikdən sonra 1978-ci ildə buraxdı. Bu Koreyanın ilk mikrodalğalı sobası idi - Koreya üçün olduqca əhəmiyyətli hadisə. 1980-ci ildə RE-705TC ixrac məqsədli model təqdim edildi: ilk 100 000 ədəd mikrodalğalı sobanın vətəni olan ABŞ-a göndərildi.
Bazarda mövqelərini möhkəmlənmək və komponent təchizatçılarından asılı olmamaq üçün Samsung öz maqnetronunu inkişaf etdirməyə qərar verdi. Dünyada cəmi üç şirkət onu istehsal edirdi, bu hissə olmadan isə mikrodalğalı sobanı yığmaq mümkün deyildi. Və yenidən uğur əldə edildi: 1982-ci ildə Samsung Suvonda maqnetron istehsalına start verdi. Bu andan etibarən brend inamla inkişaf etməyə başlayıb.
Samsung-un ən tanınmış mikrodalğalı soba modelləri
Bu nə ilə nəticələndi?
1999-cu ildə Samsung qlobal mikrodalğalı soba bazarında liderə çevrildi. İllər keçib, bugünkü modellər artıq sadəcə şorba qızdırmaq üçün bir qutu deyil. Şirkət əsas diqqəti daxili premium cihazlara və smart funksiyalara yönəldir. Müasir soba qril, buxarlı bişirici və mini soba kimi istifadə edilə bilər. Bundan əlavə model istənilən mətbəx üslubuna uyğunlaşır. Modelləri SmartThings tətbiqi vasitəsilə smartfonunuzdan idarə edə bilərsiniz: rejimi təyin edin və ya yeməyin hazırlığını birbaşa telefon ekranından yoxlayın.
Məsələn, demək olar ki, yağ istifadə etmədən xırtıldayan yeməklər hazırlayan SlimFry* texnologiyası ilə "hamısı birində" cihazlarını götürək. Fermentasiya rejimi ev yoqurtu və ya xəmiri hazırlamağa kömək edir. Avtomatik reseptlər sayəsində parametrləri əl ilə tənzimləmək ehtiyacı aradan qalxır, konveksiya sobada bişmiş yeməklər üçün xüsusilə vacib olan bərabər istiliyi təmin edir. Soba həmçinin isti saxlama, buxarda bişirmə, qızartma funksiyalarına və qidaların rütubət səviyyəsinə nəzarət edən və bişirmə prosesini tənzimləyən ağıllı sensora malikdir.
Beləliklə, mikrodalğalı soba artıq sadəcə dünənki pizzanı isitmək üçün bir cihaz deyil. Bu gün bu universal bir mətbəx cihazıdır, bu cür alətlər olmadan həyatı təsəvvür etmək belə çətindir.
Mükəmməl mətbəx üçün texnika
Mikrodalğalı soba
Konveksiya ilə Qara
Mikrodalğalı Soba
MW3500K Qril ilə
Bespoke
Mikrodalğalı Soba MW5000T