Brend

Tozsoranların təkamülü: səs-küylü divdən
ağıllı ev köməkçisinə qədər

İnsan tozla necə mübarizə aparıb və necə qalib gəldi.

14.10.2025   |   ~8 dəq.

Hələ yüz il əvvəl adi yır-yığış üçün yarım gün, bir neçə ləyən su və güclü əsəb sistemi tələb olunurdu. Tozsoranlar hər şeyi dəyişdi. Əvvəlcə yavaş-yavaş, sonra sürətli şəkildə, müasir cihazlar isə, ümumiyyətlə sanki bir möcüzədir. Bu gün onlar müstəqil şəkildə işləyə, döşəmələri yuya, otaqların xəritələrini tərtib edə və smartfona bildiriş göndərə bilir. Və Samsung bu prosesdə böyük rol oynamışdır.

Gəlin, AI ilə təchiz olunmuş ağıllı köməkçilərin necə yarandığından və Samsung tozsoranın-u səs-küylü divdən evimizin sakit superqəhrəmanına necə çevrildiyindən söhbət açaq.

Hər şey necə başladı: tozsoran necə yarandı

Dünyada ilk elektrikli tozsoranı (tozu üfürən deyil, soran cihaz) Briraniyalı mühəndis Hubert But 30 avqust 1901-ci ildə patetntləşdirmişdir. Və bu, asanlıqla dolabda gizlədə biləcəyiniz bir cihaz deyildi. «Səs-küylü Billi» adlı ixtira benzinlə işləyir, traktor kimi səs salırdı. Bu cihaza nasos, parça filtrlər və güclü mühərrik daxil idi. Bu div təkərlər üzərində deyil, sözün əsl mənasında... atların üzərində hərəkət edə bilirdi. Çünki bu cihaz bir araba ölçüsündə idi. Cihaz binanın yanında quraşdırılır, otaqlardakı xalçalar isə, 30 metrlik şlanqla təmizlənirdi.

Demək olar ki, Butla eyni vaxtda Amerikalı Con Terri Qriffits əl nasosuna malik olan analoji variant tərtib etdi. Bu tozsorana velosiped təkəri kimi hava vurmaq laızm idi.

Lakin əsl inqilabı 1907-ci ildə Ceyms Spenqler etdi: o, elektrik mühərrikli və xəzdən hazırlanmış toz kisəli ilk yığcam tozsoran modelini yığdı. Bu cihazın kiçik ventilyator mühərriki və fırçası var idi.

1920-ci illərdə cihazlar evlərə girməyə başladı. Əvvəlcə bu cihazlardan varlı Amerikalılar istifadə edirdi, daha sonra onlar Avropaya keçdi.

Tozsoranlar hələ də böyük və bahalı idi, lakin artıq bizə məlum formalara bənzəməyə başlayırdı: təkərli korpus, şlanq, taxma, kisə.
Texnologiyalar inkişaf edirdi, lakin rahatlığz və sakit işləməyə hələ çox var idi. Yır-yığış yenə də bir mübarizəni xatırladırdı: şnurlar, ağırlıq, səs-küy. Lakin ilk addımlar artıq atılmışdı və həmin andan etibarən əsl rahatlıq yarışı başladı.

Tozsoranların inkişaf xronikası

Mühərrikin səs-küyü, vibrasiya, uzun şnur və sanki kötük daşıyırmışsan kimi ağır çəki - bütün bunlar artıq tarixə qovuşurdu.

1980-1990-cı illərdə sadəcə tozu deyil, həmçinin allergenləri tutub saxlayan incə təmizləmə filtrlərinin (HEPA) kütləvi tətbiqi başladı. Siklon texnologiyaları yarandı və bu texnologiyalar sayəsində toz havadan filtrin deyil, mərkəzdənqaçma qüvvəsinin köməyi ilə ayrılırdı. Bu o demək idi ki, konteyner dolduqda artıq sorma gücündə itkilər baş verməyəcəkdi.

Korpusların formasında da dəyişikliklər baş verirdi: irihəcmli «çəlləklər»dən — daha axıcı və mobil təkərli modellərə keçid edilirdi. Teleskopik borular, müxtəlif səthlər üçün taxmalar əlavə edilir, şlanqlar daha elastik və möhkəm olurdu.

Səs-küy səviyyəsi tədricən azalırdı, lakin tozsoranların əksəriyyəti hələ də evdə qırıcı təyyarə səsi çıxarırdı. Bütün bunlara baxmayaraq, rahatlıq artmağa davam edirdi, təmizlik işləri isə artıq bir cəza deyil, kifayət qədər idarə oluna bilən bir proses idi. Xüsusilə, o gəldiyi zaman.

Samsung necə oyuna daxil oldu: brendin modellərinin tarixi

VC-1350 (1981)

İlk Samsung tozsoranı çıxır — VC-1350 modeli. Bu rahat və texnoloji model müasir məişət cihazlarının simvoluna çevrildi. Cihaz müasir şəhər mənzilinin mütləq elementi kimi təşviq edilirdi. Dizaynı incə, mahiyyətcə baza parametrli bu model zamanında gələcəyə atılan bir addım idi.

Tozsoran elektrik enerjisi ilə işləyir, çıxan havanı filtrasiya edir və fırça ilə bir komplektdə təqdim olunurdu. Əsas üstünlüyü ondan ibarət idi ki, o, istifadəçiləri əllə yır-yığış etmək məcburiyyətindən azad etmişdi. Çatışmazlığı isə o idi ki, çəkisi hələ də ağır, səs-küy səviyyəsi isə, kifayət qədər idi. Ancaq cihazın evdə rahat istifadə edilə bildiyinə və əllə təmizlik tarixə qovuşduğuna görə, bütün bu çatışmazlıqları bağışlamaq olardı.

VC-5230 (1994)

13 il sonra Samsung VC-5230 modelini istehsal edir. Bu, nəm təmizləmə funksiyalı ilk model idi. Belə yuyucu tozsoran daha yüngül idi, ağırlıq mərkəzini isə mühəndislər aşağıda yerləşdirmişdilər. Bu həll cihazı daha dayanıqlı, onun istifadəsini isə daha rahat edirdi.

Su təmizləmə zonasına verilir, daha sonra isə, geriyə yığılırdı və döşəmə təmiz və təravətli qalırdı. Tozsoran sadəcə tozun yığışdırılmasına deyil, həmçinin, döşəmə örtüklərinin yuyulmasına əhəmiyyət verən istifadəçilərin xoşuna gəlmişdi. Bu, çoxfunksiyalı təmizliyə doğru atılan bir addım idi.

VC-7550 (1997)

VC-7550 modeli sakit inqilabın simvoludur. «Daha təmiz. Daha sakit» sloqanı ilə Samsung eyni vaxtda bir neçə problemi aradan qaldıran bir tozsoran hazırlayır: bu tozsoranda sorucu dəlikdə lampa (qaranlıq otaqlarda yır-yığış üçün), erqonomik tutacaq (manevrləmə zamanı rahatlıq üçün) və uzun elektrik şnuru (təmizlik zamanı daima elektrik yuvalarının dəyişdirilməsindən qurtulmaq üçün) təqdim olunur.

Tozsoran sadəcə funksionalına görə deyil, həmçinin, səs-küy səviyyəsinin azaldılmasına görə populyarlıq qazanmışdı. Bu isə, nazik divarlı şəhər mənzilləri üçün həqiqi bir nemət idi.

VC-8680C (2002)

Samsung bu modeli ilə müxtəlif növ zibillərlə nə etməklə bağlı əhəmiyyətli bir problemi aradan qaldırır. Bu problemin həlli ayrıca toplama sisteminin tətbiqidir. İri hissəciklər konteynerə toplanır, xırda toz isə, toz kisəsində filtrasiya olunurdu. Bu, cihazın təmizlənməsini asanlaşdırır və gigiyenanı yaxşılaşdırırdı.

Bu yanaşma filtrasiyanın effektivliyini artırmağa, ətrafa atılan toz və çirk miqdarını azaltmağa, habelə, tozsoranın özünün təmizlənməsi tezliyini azaltmağa imkan verdi. Bu model tozsoranlar heyvanların olduğu evlər üçün və uşaqları olan istifadəçilər tərəfindən yüksək dəyərləndirilmişdi.

VC-MBD915 (2005)

Kisəsiz və ağıllı konstruksiyalı tozsoran. VC-MBD915 Samsungun Twin Chamber* (toz kisəsində hava və toz axınlarını ayırd edən ikili kamera) texnologiyalı ilk modeli idi. Bu, filtrlərə düşən yükü xeyli azaldır və sorma gücünü artırırdı.

İstifadəçi sabit məhsuldarlıq, sərfiyyat materiallarına daha az xərclərin çəkilməsini və rahat təmizləmə əldə edirdi. Konteyner asanlıqla çıxarılır və suda yuyulurdu. Tozsoran yığcam, güclü və artıq bu gün norma olaraq qəbul etdiyimiz standartlara daha yaxın idi.

VC-RE70V (2008)

Soyuducunun tarixi
Qədim yaxçallardan süni intellektə qədər

Bu da robot. VC-RE70V, yaxud Hauzen* Samsungun yır-yığışın avtomatlaşdırılmasına doğru atdığı ilk addım idi. Bu cihaz 650 000-dən çox ev planı əsasında evin strukturunu analiz edən alqoritmlərlə təchiz olunmuşdu.

Robot özü istiqamət tuta, maneələri keçə və enerji yığmaq üçün bazaya qayıda bilirdi. Bu, hələ ideal olmasa da, artıq ağıllı hesab oluna biləcək, gələcəyin birbaşa divanın altından başladığını göstərən bir köməkçi idi.

Müasir robot modelləri daha çox şeyə qadirdir. Onlar, süni intellektin köməyi ilə, döşəmənin üzərində olan əşyaları müəyyən edir, onları asanlıqla keçməyi bacarır, yır-yığışdan sonra isə, müstəqil şəkildə taxmaları yuyur, sterilizə edir və qurudur. İnsan, artıq tozsoranın ilişməməsi üçün mebelin yerini dəyişməli, yaxud əski yumalı deyil. Sadəcə SmartThings tətbiqini açmaq və lazım olan parametrləri təyin etmək kifayət edir. Robotlar isə, bütün çirkli işləri öz üzərinə götürəcək.

Əlsiz!

Müasir Samsung robot tozsoranlarını sadəcə bir düyməyə basmaqla hərəkətə gətirməklə iş bitmir. Onları, harada olmağınızdan asılı olmayaraq, SmartThings mobil tətbiqi vasitəsilə smartfondan idarə etmək mümkündür. Yır-yığış qrafikini təyin edin, yığışdırılacaq zonaları seçin və cihaz işə başlayacaq! Hətta evdən getsəniz belə, robot lazım olan vaxtda işləməyə başlayacaq, sonra isə bildiriş göndərəcək: «Təmizlik başa çatdı. Toz yığışdırıldı». Artıq hərəkət olmadan tam nəzarət.

Samsung ev təmizliyinin gələcəyini necə dəyişir

Bu gün Samsung sadəcə tozsoran istehsal etmir. Samsung dünyaya ağıllı ev köməkçilərini təqdim edir. Bu, Bespoke AI ağıllı ev texnologiyasının sayəsində mümkündür. AI Cleaning 2.0 rejimi ilə cihaz səthin necə təmizlənməli olduğunu özü başa düşür. Xalça? Parket? Tozsoran örtüyü tanıyır və lazım olan rejimi və sorma gücünü seçir. Yeri gəlmişkən, ən son modellərdə bu güc göstəricisi 400 Vt təşkil edir. Universal stansiya tozlu konteyneri təmizləyir və paralel olaraq cihaza enerji verir. Bundan əlavə, müasir dizayn sayəsində, o, qonaq otağında art obyekt kimi görünür və interyeri korlamır.

Qısa olaraq əsas məsələ haqqında

  • ● Hər şey atların üzərində daçınan ağır maşınlardan başladı. İndi tozsoran örtük növlərini tanıyır, gücü özü tənzimləyir və smartfona bildiriş göndərir.

  • ● Samsung sadəcə texnika istehsal etmir. Samsung yeni yır-yığış fəlsəfəsini yaradır: təmassız, səssiz, kompromissiz yır-yığış.

  • ● Yır-yığış artıq yorucu bir məşğuliyyət və qızmış mühərrik deyil. İndi yır-yığış bir qayğıdır. Sakitlikdir. Rahatlıqdır.

Bütün ən maraqlı şeylər Instagram kanalında! Bütün ən maraqlı şeylər Instagram kanalında!

Samsung

@samsungaze ilə hamısını izləyin

Texnologiya | Yeni funkisyalar | Layfhaklar | Cəmiyyət

İdeal təmizlik

Digər hekayələri oxuyun