Soyuducunun tarixi: nə vaxt yaranıb
və müasir modelləri necə işləyir
Qədim yaxçallardan süni intellektə qədər.
23.09.2025 | ~6 dəq.
Soyuducular olmadığı dövrlərdə insanlar yenə də qidanı saxlamağın yollarını tapırdılar. Əcdadlarımızın hansı ixtiraçılıq möcüzələrini göstərdikləri haqqında və müasir texnologiyaların necə işlədiyindən bəhs edirik.
İlk texnologiyalar
İsti iqlimli olan İranda ustalar yaxçal adlanan — hündürlüyü onlarla metrə çatan yeraltı otaqları olan gil günbəzlər tikirdilər. Hər şey çox sadə işləyirdi. Payızda yaxçala su gətirilir və zirzəmi su ilə doldurulurdu, qışda isə həmin su donurdu. Bu buz qidanı bütün il boyu saxlamağa kömək edirdi.Koreyada isə sokbinqo adlanan buz anbarlarından istifadə olunurdu. Rusiyada da oxşar quruluşlu buzxanalar inşa edilirdi. Ümumiyyətlə, o vaxtlar buz olmadan demək olar ki, heç nə işləmirdi.
Bu, 1756-cı ilə qədər davam etdi — həmin vaxt şotland Uilyam Kallen ilk dəfə süni soyutma qurğusunu nümayiş etmişdi. O, soyuqluq yaratmaq üçün vakuumda dietil efirinin buxarlanmasından istifadə etmişdi. Qulağa mürəkkəb səslənsə də, efirdən soyuducu kimi istifadə ideyası soyuducu texnikasının inkişafında ilk addımlardan biri olmuşdur.
Bir əsr sonra amerikalı Con Qori gələcək soyuducuların prototipi olacaq buz istehsal edən qurğu yaratmışdı. Bu aparatda artıq insanlığın bu günə qədər istifadə etdiyi kompressiya dövriyyəsi prinsipi tətbiq olunurdu (bir az sonra onun necə işlədiyini izah olunacaq). Daha sonra fransız Ferdinand Karre absorbsiya prinsipini təklif etdi. Ammonyak buxarlanaraq ətraf mühitdən istiliyi götürürdü. Sonra onu su udurdu. Ammonyakı sudan ayırmaq lazım olduqda isə su qızdırılırdı — və dövrü yenidən təkrarlamaq mümkün olurdu.
İlk soyuducu modelləri texniki baxımdan maraqlı idi, lakin evdə istifadə üçün uyğun deyildi — çox böyük, çox səsli idi, üstəlik sağlamlıq üçün təhlükəli ammonyakdan istifadə olunurdu. Lakin hər şey 1913-cü ildə dəyişdi — bazarda ilk elektrikli soyuducu DOMELRE satışa çıxdı. O, hələ də mürəkkəb və bahalı idi, amma artıq məişət üçün nəzərdə tutulmuşdu. Hətta Albert Eynşteyn belə spirt soyuducu agent əsaslı soyuducu modelini patentləşdirmişdi. Bu, 1930-cu qəzetdə Berlindəki bir ailənin soyuducudan sızan kükürd dioksidlə zəhərlənməsi haqda oxuduqlarından sonra baş vermişdi. Alim daha təhlükəsiz bir prototip yaratmaq qərarına gəldi, amma həmin model heç vaxt istehsala buraxılmadı. Yalnız yeni tip soyuducu agent — freon yarandıqdan sonra soyuducular həm təhlükəsiz, həm də əlçatan oldu.
Və məhz bu anda səhnəyə Samsung çıxır.
Samsung dünyanı necə təəccübləndirir
1974-cü ildə Cənubi Koreyada şirkət dolayı soyutma ilə işləyən SR‑180 modelini təqdim edir. Heç bir buz yoxdur — yalnız təmiz soyuq. Həqiqi möcüzə.
1982-ci ildə SR‑210 modeli ortaya çıxır. Onun xüsusiyyəti — soyuducu kameranı dondurucuya çevirmək imkanıdır. Və əksinə! O dövr üçün həqiqi irəliləyiş idi.
1994-cü ildə Samsung əsas diqqəti ekoloji soyuducu agentlərə yönəltmişdi. Şirkət ozon qatına dağıdıcı təsir göstərən freon əvəzinə siklopentandan istifadə edir. Bu, dünyada ekoloji yönümlü olan ilk soyuduculardan biri idi. Və o, “yaşıl” standartlar yaranmazdan çox əvvəl təqdim olunmuşdu.
1995-ci ildə əsas xüsusiyyəti — xüsusi konstruksiyaya malik olan fırlanan pərlər vasitəsilə soyuğun bərabər paylanmasını təmin edən SR‑5184 modeli çıxır. İndi soyuducunun içində temperatur fərqləri yoxdur — texnologiyalara alqış!
1997-ci ildə şirkət SR‑S6586 modelini təqdim edir. Soyuducu və dondurucu bölmələri üçün iki müstəqil soyutma sistemi olan model. Nəticə etibarilə kameralar arasındakı hava qarışmırdı, məhsullar qurumur və qoxular bir-birinə keçmirdi. Həmçinin soyuducu enerjiyə qənaət edir, demək olar ki, səssiz işləyir və daha effektiv soyudur.
2012-ci ildə dünya T9000 ilə tanış oldu. Terminator deyil, amma modullu arxitekturaya malik premium dörd qapılı soyuducudur. Yuxarı hissə təzə məhsulların saxlanması üçün nəzərdə tutulmuşdu. Aşağı hissə isə seçilmiş rejimdən asılı olaraq həm dondurucu, həm də soyuducu ola bilirdi. Model dərhal ən çox satılan oldu və satış rekordlarını qırdı: yalnız ilk ayda 10 000 ədəd soyuducu satıldı.
Müasir soyuducu necə işləyir
İndi əsas proses — soyuğun yaranmasına nəzarət yetirək. Sonra isə ən müasir texnologiyalara keçək.
Əvvəlcə kompressor qaz halındakı soyuducu agenti sıxır — nəticədə o, qızır.
Daha sonra qızmış qaz kondensatora daxil olur — bu, soyuducunun arxa və ya yan divarından keçən borulardır. Burada qaz soyuyur və maye halına keçir, istiliyi xaricə ötürür — məhz buna görə soyuducunun divarı isti olur.
Daha sonra — ən vacib an. Maye halında olan soyuducu agent çox dar bir dəlikdən və ya kapilyar borudan keçir. Maye yenidən qaz halına çevrilir və bu zaman soyuducu kameradan istiliyi götürür. Soyuq burada yaranır!
Kompressorlu müasir soyuducunun iş sxemi
Bu soyuq qaz buxarlandırıcıya daxil olur — məhsulların saxlanıldığı hissədə yerləşən həmin bölməyə. Məhsullar daha uzun müddət təzə qalsın deyə orada soyuq qaz, bütün artıq istiliyi alır.
Daha sonra qaz kompressora geri qayıdır və dövr yenidən başlayır. Beləliklə, soyuducu daim soyuqluğu saxlayır. Və bütün bunlar — heç bir sehr olmadan baş verir. Yalnız fizika və dəqiq mühəndislik.
İrəliləyiş, daha bir irəliləyiş
Bu gün soyuducu — artıq sadəcə soyuq şkaf deyil. Bu, ağıllı və texnoloji bir ekosistemdir.
Süni intellekt
Samsung-un BESPOKE AI* yeni nəsil soyuducuları sadəcə soyuq saxlamaqla kifayətlənmir. Quraşdırılmış süni intellekt kameradakı məhsulları tanıyır! O, məhsulları avtomatik olaraq kateqoriyalara ayırır və onların istifadə müddətinə nəzarət etməyə kömək edir. Soyuducunun içində yerləşən kamerası məzmunu qeydə alır, Vision AI* sistemi isə milyonlarla şəkildən ibarət bazaya əsaslanaraq 33 növ məhsulu tanıya bilir.
Siz evdən uzaqda olarkən belə soyuducu, içində nələrin olduğunu göstərə bilər — kifayətdir ki, tətbiqi açasınız. Əgər məhsulun istifadə müddəti bitməyə yaxınlaşırsa, sistem xəbərdarlıq edir. Həmçinin alış-veriş siyahısını hazırlayır və birbaşa smartfona göndərir Əgər nə bişirəcəyinizi bilmirsinizsə, BESPOKE AI evdəki mövcud inqrediyentlərdən resept təklif edəcək. Və hazırlıq prosesini addım-addım soyuducunun ekranında və ya smartfonda göstərəcək.
İdarəetmə çevikləşib: Wi-Fi və mobil tətbiq vasitəsilə rejimi dəyişmək, sürətli soyutmanı aktivləşdirmək və ya kameranı tərəvəz saxlama rejiminə keçirmək bir neçə toxunuşla mümkündür. Hətta tətil zamanı və gecə yatarkən istifadə üçün ssenarilər mövcuddur. Hər şey əvvəlcədən düşünülüb.
Soyutma texnologiyalarının gələcəyi
Samsung soyuducuları soyuducu agentsiz istehsal etməyə imkan verən sistem gələcəyin texnologiyasını təqdim edib.
Bəlkə də yaxın gələcəkdə Samsung soyuducuları tamamilə soyuducu agentsiz — Peltye effekti əsasında termoelementli soyutma qabaqcıl texnologiyası ilə işləyəcək. Şirkət bu innovasiyanı Cons Xopkins Universiteti (ABŞ) ilə birlikdə hazırlayıb və 2025-ci ilin baharında təqdim edib.
İdeyanın mahiyyəti: lövhə şəklində termoelement mövcuddur. Lövhə boyunca elektrik cərəyanı keçdikdə, onun bir tərəfi qızır, digər tərəfi isə soyuyur. Belə elementi soyuducunun ayrı kameralarına yerləşdirmək və yalnız həmin kameranın rejimini tənzimləmək mümkündür. Texnologiyanın üstünlükləri: tam səssizlik, təyin edilmiş temperaturun yüksək dəqiqliklə saxlanması, az enerji sərfi, lövhənin yüngüllüyü və yığcamlığı, parametrlərin dəyişməsinə demək olar ki, dərhal reaksiya verilməsi.
İnanmaq çətindir, amma cəmi yüz il əvvəl soyuducu lüks əşya sayılırdı. Daha əvvəl isə — tamamilə elmi fantastika idi. Bu gün isə o, həyatımızın ayrılmaz hissəsinə çevrilib: cihaz yalnız məhsulları uzun müddət təzə saxlamır, həm də qidalanmanı planlaşdırmağa, yemək bişirməyə və alış-veriş siyahılarını hazırlamağa kömək edir. Soyuducuların təkamülü — bizim rahatlığımızın təkamülüdür. Və Samsung bu tarixin vacib hissəsidir.
Mətbəx ən son texnologiya ilə
Bespoke AI Soyuducu French Qapılı AI Home ilə Mirvari
Soyuducu İki Qapılı Buz və Su Dispenserli Metal Cooling™