Smartfonda nə qədər boş yerin olduğunu necə başa düşmək olar
Və yaddaş bitdikdə, nə baş verəcək
18.03.2026 | ~7 dəq.
Hər şey öz qaydasında idi və qəfil telefon daha çox düşünməyə başladı. Kamera açılmır, foto yaddaşda saxlanmır, tətbiqlər donur. Tanış vəziyyətdir? Böyük ehtimalla, telefonun yaddaşı dolub –– çatlardakı minlərlə foto, video və fayl onu tamamilə doldurub. Smartfon sadəcə bu rəqəmsal baqajı daşımaqdan yorulub. Gəlin ona asanlıq verək –– tez, sadə və əhəmiyyətli faylları itirmədən.
Mündəricat
Hansı yaddaş növləri var
Smartfonda iki yaddaş növü olur, hər birinin öz vəzifəsi var:
- • ROM (Read Only Memory) — daimi yaddaş. Bu, sizin bütün fayllarınızın (foto, video, tətbiq, sənədlər) və Android əməliyyat sisteminin özünün yerləşdiyi saxlanc yeridir. Daimi yaddaşa düşən hər şey, siz onu pozmadıqca, yerində qalır.
- • RAM (Random Access Memory) — operativ yaddaş. Bu, smartfonun real vaxt rejimində bütün həyatının keçdiyi yerdir. Burada açılmış tətbiqlərin, əlavələrin və proseslərin müvəqqəti verilənləri saxlanılır. RAM nə qədər çoxdursa, cihaz o qədər sürətli işləyir: heç nə donmur, bir tapşırıqdan digərinə keçid dərhal həyata keçir.
Daha sadə şəkildə desək: ROM anbar, RAM isə, iş masasıdır. Anbar həddindən artıq dolu olarsa, əşyaları saxlamağa yer qalmaz. Masada həddindən çox əşya olarsa, orada işləmək narahat olur. Onlar arasında balansın qorunub saxlanması smartfonu yüngül, sürətli və tez reaksiya verən hala gətirir.
Telefondakı boş yer haraya gedir
Adətən, yaddaşı yüksək icazəli foto və videolar tutur. Messencerlərin də payı az deyil: WhatsApp və Telegram telefonda yaddaş tutur — yaddaş hər bir səs, stiker və gif üçün lazımdır. Oyun və digər «ağır» tətbiqlər də xeyli pay götürə bilər. Poçtu da unutmayaq: telefonun yaddaşı mətn ismarışlarına və əlavələrə sərf olunur. Belə fayllar lazımsız hala gəldikcə, silinməlidir. Foto və video arxivlərini isə, buludda saxlamaq və ya xarici sərt diskə köçürmək daha rahat olur.
Bundan əlavə, keş də var. Keş qorxmadan silə biləcəyiniz müvəqqəti fayllardır: Tənzimləmələr → Tətbiqlər → tətbiqi seç → Saxlanc yeri → Keşi təmizlə. Bu, tozsorandan tozu, mühərrikə toxunmadan, çırpmağa bənzəyir. Belə təmizlikdən sonra smartfon dərindən nəfəs alacaq, buna görə bunu mütəmadi olaraq, məsələn, həftədə bir dəfə etmək lazımdır.
Galaxy smartfonlarında hər şey daha da asandır: avtomatik optimallaşdırmanı aktivləşdirin və sistem keçi özü təmizləyəcək: Tənzimləmələr → Cihaza qulluq → Avtomatik optimallaşdırma.
Aşağıdakı cədvəldə biz hansı bölmələrin telefonun yaddaşı tuta biləcəyini və nəyi təmizləyə biləcəyinizi ətraflı şəkildə göstərmişik.
|
Bölmə |
Bu nədir? |
Silmək olarmı |
|
Əlavələr |
Proqramların özləri |
Bəli, əllə |
|
Multimedia |
Foto, video, musiqi |
Bəli, seçməklə |
|
Keş |
Tətbiqlərin müvəqqəti faylları |
Bəli, keşi təmizləmək smartfonun fəaliyyətinin sürətlənməsi üçün faydalıdır |
|
Sistem |
Android faylları və qişalar, məsələn One UI |
Xeyr |
Nə qədər yerin qaldığını necə başa düşmək olar
Yaddaşın nə vəziyyətdə olduğuna birbaşa Tənzimləmələrdə baxmaq olar: Cihaza qulluq → Saxlanc yeri. Burada hər şey aydındır: ümumi həcm, kateqoriyalara görə diaqram və yaddaşın harada boşaldıla biləcəyinə dair xatırlatmalar. Bir neçə toxunuş və siz artıq ən çox yaddaşın nəyin tərəfindən yeyildiyini bilirsiniz.
Artıq faylları, itkilərə yol vermədən, necə yığışdırmaq olar
Cihaza qulluq bölməsini açın → Saxlanc yeri: sistem növlərinə görə faylları, dublikatları, böyük faylları və çoxdandır istifadə olunmayan tətbiqləri göstərəcək. Lazımsız faylları seçin və silin — burada bunu demək olar ki, bir neçə toxunuşla etmək olar.
Yaddaşı təmizləyirik
Əllə operativ yaddaşı təmizləmək daha da asandır: Cihaza qulluq → Yaddaş → Təmizlə.
Nadir hallarda istifadə olunan tətbiqləri silirik
Hər şeyi nəzarət altında saxlamaq istəyirsiniz? Tənzimləmələrə daxil olun → Tətbiqlər: hər bir tətbiqin nə qədər yaddaş yediyini öyrənin. Proqram uzun müddət ərzində açılmayıbsa, onu rahatlıqla silə bilərsiniz. Tez-tez istifadə olunan tətbiqlərdə isə, keşi təmizləmək kifayət edir və smartfon artıq bir neçə saniyədən sonra daha sürətli reaksiya verməyə başlayacaq.
Bulud yaddaşından istifadə edirik
Foto və videoları buluda, məsələn, Google Drive və ya OneDrive yerləşdirmək daha yaxşıdır. Fayllar ilkin keyfiyyətdə saxlanılır və cihazda yaddaşı boşaldır. Bundan əlavə, buluddan həmin faylları istənilən cihazdan açmaq olar, istər planşet olsun, istər noutbuk.
Yaddaşı yaddaş kartının köməyi ilə genişləndiririk
Smartfon microSD yaddaş kartını dəstəkləyirsə, belə bir karta foto, video və digər «ağır» faylları köçürmək olar. Bu, verilənləri itirmədən, «dolabı genişləndirməyin» ən sadə üsuludur. Əsas məsələ odur ki, bəzən kartı yoxlamaq və əhəmiyyətli faylların ehtiyat surətini yaratmaq lazımdır: dəyərli olan hər şey etibarlı şəkildə qorunmalıdır.
Yaddaş kartları köhnəlir
Zamanla yaddaş kartları sıradan çıxmağa başlaya, habelə, yerə düşdükdə, həddindən artıq qızdıqda və ya rütubət səbəbi ilə zədələnə bilər. Lap baza modellər hətta faylları «itirə» bilər, xüsusilə, 4K və daha yüksək keyfiyyətdə videolar çəkildiyi zaman. Buna görə microSD tək arxiv kimi deyil, müvəqqəti saxlama üçün əla variantdır. Əhəmiyyətli faylları və fotoları buludda saxlamaq daha yaxşıdır.
Xaosa yol verməmək və boş yersiz qalmamaq üçün nə etmək lazımdır
Ən sadə üsul yaddaşın təmizlənməsini bir vərdiş halına gətirməkdir. Ayda bir dəfə bir neçə dəqiqənizi ayırın və cihaz sürət və sabitliklə cavab verəcək. Köhnə skrinşotları, lazımsız arxivləri, yaddan çıxmış sənədləri və messencerlərin keşini silin. Foto və videoları buludda saxlayın + tətbiqləri yoxlayın. İki həftədən artıqdır istifadə etmirsiniz? Əminliklə silə bilərsiniz: telefon sizə təşəkkür edəcək, siz isə, yüngüllük hiss edəcəksiniz.
Avtomatik təmizləməni təyin edin. Bu funksiya Cihaza qulluq bölməsində var.
Ehtiyat surəti yaratmağı da unutmayın: Samsung Cloud və ya Google Drive bütün əhəmiyyətli faylları ehtiyatla saxlayır. Siz smartfonunuzu dəyişdirsəniz belə, heç bir şey, nə fayllar, nə tənzimləmələr itməyəcək.
Yaddaşı xilas edə biləcək 3 vərdiş
- 1. Həftədə bir dəfə Qalereyanı təmizləyin
- 2. Ayda bir dəfə böyük faylları və tətbiqləri yoxlayın
- 3. Rübdə bir dəfə ehtiyat surəti yaradın. Galaxy smartfonlarında ehtiyat surətlər hər 24 saatdan bir avtomatik olaraq yaradılır və Samsung Cloud-da saxlanılır. Eyni zamanda surətləri Google Disk-də də yaratmaq olar. Surəti əllə yaratmaq üçün Tənzimləmələrə daxil olun → Hesablar və arxivləşdirmə → Verilənlərin ehtiyat surətinin yaradılması.
FAQ: smartfonun yaddaşı ilə bağlı tez-tez verilən suallar
Normal işləməsi üçün telefonda nə qədər boş yaddaş olmalıdır?
Ekspertlərin sözlərinə görə, cihazın effektiv şəkildə işləməsi üçün onun yaddaşının ən azı 20%-i boş qalmalıdır.
Mən heç nə quraşdırmasam belə, cihazın yaddaşı niyə dolur?
Müvəqqəti fayllar (keş, messencerlərin verilənləri, sistem loqları) yaranır. Hətta çatlardan olan yazışmalar və göndərilən fotolar belə giqabaytlarla yer tuta bilər.
Keş nədir və nə üçün lazımdır?
Keş tətbiqlərin işə salınmasını sürətləndirən müvəqqəti verilənlərdir. Məsələn, görüntülər və ya tənzimləmələr saxlanılır ki, hər dəfə onları yükləməyə ehtiyac olmasın. Lakin, zamanla keş böyüyür və sistemi ləngidir. Onu bir-iki həftədə bir dəfə əllə təmizləmək və ya avtomatik təmizləmə təyin etmək lazımdır.
Telefon tətbiqi niyə çox yer tutur?
Bunun səbəbi istifadəçi verilənlərinin (kontaktların, ismarışların, qeydlərin) və sistem verilənlərinin miqdarının çox olması ola bilər. Və mütəmadi olaraq təmizlənməli olan həmin o keş.
Təmizləmə üçün kənar tətbiqlərdən istifadə etməyə dəyərmi?
Dəyməz. Daxili Galaxy alətləri, məsələn, Cihaza qulluq aləti eyni şeyi daha təhlükəsiz və effektiv şəkildə edir, çünki xüsusi olaraq bu smartfonlara uyğun olaraq tərtib olunub. Kənar «təmizləyici tətbiqlər», adətən, sadəcə yer tutur, sistemi ləngidir və bezdirici reklam göstərir.
Yaddaş niyə təkrar dolur?
Bu, normal prosesdir. Təmizlikdən dərhal sonra tətbiqlər təkrar müvəqqəti fayllar və keş yaradır.
Yaddaş dolduğu zaman nə baş verəcək?
Yaddaş dolarsa, smartfon donacaq və xəta verəcək. Ondan rahatlıqla istifaəd edə bilməyəcəksiniz: yeni tətbiqlər quraşdırılmayacaq, foto və videolar yaddaşda saxlanmayacaq, fayllar endirilməyəcək, yenilənmələr zamanı nasazlıqlar baş verə bilər. Bunun baş verməməsi üçün mütəmadi olaraq smartfonu təmizləmək və nə qədər yaddaşın qaldığını yoxlamaq kifayət edir. Yaddaşı tamamilə doldurmaq lazım deyil: yaddaşın həmişə 20%-nin və daha çox hissəsinin boş olması məsləhətdir. Bu, smartfona sabit və sürətli işləməyə kömək edəcək.
WhatsApp və Telegram-da media faylların avtomatik yüklənməsini necə deaktiv etmək olar?
Qəbul edilən foto və videoların cihazın yaddaşında avtomatik saxlanmaması üçün onların avtomatik yüklənməsini deaktiv etmək və cihazın yaddaşına qənaət etmək olar.
WhatsApp-da Tənzimləmələrə daxil olun → Verilənlər və yaddaş → Medianın avtomatik yüklənməsi.
Telegram-da: Tənzimləmələr → Verilənlər və yaddaş.
Yekun
Boş yaddaş sadəcə tənzimləmədə bir rəqəm deyil, smartfonun sağlamlıq göstəricisidir. Cihaz üçün yer kifayət qədər olduqda, o, tətbiqləri anında işə salır, çəkilişləri gecikməyə yol vermədən edir və xətasız yenilənir.
Ən azı ayda bir dəfə yaddaşı yoxlayın və rəqəmsal zibilləri silin: böyük faylları buluda köçürün, lazımsız olan hər şeyi silin. Sizə bu işdə quraşdırılmış Galaxy alətləri kömək edəcək. Onlar telefonun daha çox yaşaması və daha sürətli işləməsi üçün yaradılıb. Bir az diqqət və smartfon təkrar rahat nəfəs alır.
Hər şey yaddaşdadır
Galaxy Z Fold7
Galaxy Z Flip7
Galaxy S25 Ultra