Yerləşdirdin və hazırdır:
Smartfonun simsiz enerji doldurma cihazı necə işləyir
Batareya niyə simsiz enerji yığır və texnologiya necə inkişaf edir.
09.07.2025 | ~7 dəq.
Simsiz enerji doldurma, daim kabel, adapter və enerji yuvası axtarmaq istəməyənlər üçün əsl həll yoludur. Sadəcə smartfonunuzu enerji doldurma stansiyasına yerləşdirin və enerji batareyaya ötürüləcək. Bu ideya necə yaranıb və gələcəkdə simsiz enerji doldurma cihazları necə inkişaf edəcək.
Texnologiya necə işləyir?
Simsiz enerji doldurma texnologiyası elektromaqnit induksiya fenomeninə əsaslanır. Dəyişən cərəyan enerji yuvasından enerji doldurma stansiyasına ötürülür, ötürücü silindr (katuşka) məhs burdadır. Elektrik enerjisi onun ətrafında dəyişən maqnit sahəsi yaradır. Smartfonda isə maqnit dalğalarının əks-sədası kimi elektromaqnit sahəsinin təsiri ərazisində elektrik cərəyanı yaranan daxili qəbuledici silindr (katuşka) var. Bu cərəyan dəyişməyən cərəyana çevrilir və batareyaya daxil olur.
Müasir simsiz enerji doldurma cihazlarının əksəriyyətində Wireless Power konsorsiumu tərəfindən təqdim olunmuş Qi ("çi" kimi tələffüz olunur) standartından istifadə edir. Standart 15 Vt-a qədər gücü dəstəkləyir və səmərəli və təhlükəsiz iş üçün enerji doldurma cihazı və qadcet arasında “əlaqə” yaradır. Məsələn, enerji doldurma cihazı üzərində açarlar, qaşıq və ya saç sancağı kimi yad obyektin olduğunu aşkar edə bilir və həddindən artıq isinəndə avtomatik sönür.
2023-cü ilin sonunda Wireless Power Consortium əsas yeniliyi maqnit tənzimlənməsi olan yeni simsiz enerji doldurma standartı olan Qi2 təqdim etdi. Stansiyaya quraşdırılmış maqnitlər cihazın silindrdən kənara düşməsinə yol vermir və yerdəyişmə səbəbindən səmərəsiz enerji doldurma problemlərini aradan qaldırır.
Smartfonun enerjisini... smartfon vasitəsilə doldurmaq mümkündür
Reversiv enerji doldurma funksiyasını cihazın parametrlərində "Batareya" və ya "Simsiz enerji doldurma" bölməsində aktivləşdirmək olar. Prosesi işə salmaq üçün qadceti “Galaxy” smartfonunun arxa panelinə qoşmaq lazımdır. Nəzərə alınmalıdır ki, axra paneldə batareyanın ən azı 30%-i qalmalıdır. Enerji səviyyəsi azalmış qulaqlıqları və ya iş telefonunu enerji ilə doldurmaq lazım olduqda, lakin yaxınlıqda enerji bankı və ya enerji yuvası olmadıqda olduqca rahatdır.
Simsiz enerji doldurma cihazı necə icad edildi?
Hələ 19-cu əsrin sonlarında Nikola Tesla qlobal simsiz elektrik şəbəkənin yaradılmasının mümkünlüyünə inanırdı.
Texnologiyanın yaranma tarixi 19-cu əsrin birinci yarısına, alim Maykl Faradeyin elektromaqnit induksiyası fenomenini kəşf etdiyi vaxta təsadüf edir. Əsrin sonunda Nikola Tesla bu ideyanı daha da inkişaf etdirdi: simsiz yanan lampaları geniş auditoriyaya nümayiş edən alim qlobal simsiz elektrik şəbəkəsi yaratmaq niyyətində idi. Lakin, o zaman texnologiyalar cərəyanı təhlükəsiz şəkildə məsafəyə ötürməyə imkan vermirdi.
Həmin vaxt bu ideyadan vaz keçdilər, lakin 2008-ci ildə texnoloji sıçrayış baş verdi. MIT şirkəti maqnit rezonansından istifadə etməklə enerjini bir neçə metr məsafəyə ötürən WiTricity texnologiyasını təqdim etdi. Bir il sonra Wireless Power Consortium Qi təqdim etdi. 2015-ci ildə isə Samsung şirkəti Qi standartını trendə çevirən Galaxy S6 smartfonunu təqdim etdi.
Enerji doldurma stansiyalarının daxilində hərəkət edən silindrlər smartfonun platformadakı mövqeyinə uyğunlaşmağa imkan verir.
Müasir dövrdə tərtibatçılar gücə deyil, simsiz cihazların daxili quruluşuna daha çox diqqət yetirirlər. Məsələn, gadgetı enerji platformasına yerləşdirərkən "məqsəd təyin etməməyə" imkan verən hərəkətli silindrlərdən istifadə etməyə başladılar. Daxili sensorlar cihazın harada olduğunu müəyyən edir və silindri lazımi mövqeyə köçürür.
Simsiz enerji cihazı niyə qızır?
Stansiya və smartfonun bir qədər isinməsi enerji doldurma prosesinin adi yan təsiridir. Bu təsir iş prinsipinə görə yaranır - elektromaqnit induksiyası zamanı platforma daxilindəki ötürücü stansiya cihazın qəbuledici silindrində elektrik cərəyanını induksiya edir. Enerjinin ötürülməsi zamanı onun bir hissəsi istilik şəklində ayrılır.
Simsiz enerji doldurmanın müsbət və mənfi tərəfləri
- + Rahatlıq: kabel tələb olunmur
- + Universallıq: müxtəlif cihazlarda istifadə edilə bilər
- + Detallarda daha az aşınma: bəli, enerji doldurma "yuvası" haqqında danışırıq
- + Fasiləsiz əlaqə imkanı: simsiz enerji doldurma cihazlarını, məsələn, kafelərdə tapmaq olar
- - Enerji doldurma üçün simli enerji doldurma cihazları ilə müqayisədə daha çox vaxt tələb olunur
- - Enerji doldurma zamanı smartfondan istifadə rahat deyil
- - Məhdud sayda uyğun smartfon keysləri: çox qalın material enerji doldurma prosesinə mane ola bilər. Üzərində "Simsiz enerji doldurma üçün uyğundur" yazısı olan keysləri seçin. Onlar prosesi asanlaşdırmaq üçün xüsusi olaraq hazırlanmışdır və onları çıxarmağa ehtiyac yoxdur.
Simsiz enerji doldurma cihazı işləmir? Mümkün səbəblər
Simsiz enerji doldurma cihazı gadgetınızı enerji ilə təmin etməyə bilər, lakin bu hal həmişə nəyinsə işləməməsini bildirmir. Xidmət mərkəzinə müraxiət etmədən aradan qaldırılan bəzi mümkün səbəblər bunlardır:
- 1. Simsiz elektrik enerji doldurma funksiyası olan cihaz platformaya düzgün yerləşdirilməyib. Smartfonunuzu mərkəzdə yerləşdirin.
- 2. Smartfona simli qulaqlıqlar qoşulub. Bu enerjinin doldurulmasına mane ola bilər.
- 3. Qadcetə digər enerji doldurma cihazı və ya USB kabel qoşulub. Onları deaktiv edin və yenidən cəhd edin.
- 4. Simsiz enerji doldurma cihazı şəbəkədən söndürülüb. Sadəcə elektrik yuvasına qoşun🙂
Texnologiya necə inkişaf edəcək?
Simsiz enerji doldurma texnologiyası okean dibinin kəşfiyyatı üçün sualtı stansiyalardan maqnit sahəsi vasitəsilə enerji doldurulacaq dronların yaradılmasına imkan verəcək.
Cihazlar üçün simsiz enerji doldurma texnologiyası inkişaf etməkdədir. Müxtəlif ölkələrdə olan alimlər bütün ətraf aləmi sözün əsl mənasında enerji təchizatı cihazına çevirəcək texnologiyalar üzərində işləyirlər. Masalar, rəflər və hətta simsiz enerji bankları olan avtomobil qoltuqları artıq reallıqdır.
Bundan əlavə, biotibb (kardiostimulyatorların əməliyyatsız enerji ilə təmin edilməsi), sənaye (okean dibinin kəşfiyyatı üçün sualtı dronlar), nəqliyyat (elektrikli nəqliyyat vasitələrinin enerji ilə təmin edilməsi üçün daxili maqnit silindrləri ilə yollar) və bir çox başqa sahələrdə işlər aparılmaqdadır.
Enerji alın və digərlərinə ötürün
Galaxy S25 Ultra
Galaxy Z Flip6
Galaxy Z Fold6