Layfxaklar

Mətbəxinizin uzun müddət səliqəli saxlanılması

“Explore” oxuyucusunun şəxsi təcrübəsi

22.08.2025   |   7 dəq.   |   Vasiliy İmayev, redaktor və rahatlığa dəyər verənlərdən biri

Mənim üçün ideal mətbəx sosial şəbəkələr üçün ideal bir şəkil deyil, şəxsi rahatlıq və atmaq lazım olmayan yeməklər haqqında bir hekayədir. Şkaflar, çəkməcələr və soyuducuda rahat saxlamanı necə təşkil etdiyim haqqında danışıram. Bu metodlar universal deyildil, lakin sizi mətbəxinizi dəyişməyə ilhamlandıracaq.

Mətbəxdə rahatlığın vacib
olduğunu nə vaxt və necə başa düşdüm

Mətbəximdə səliqə yaratmaq qərarını verməzdən əvvəl o, mənim üçün həmişə bir növ Bermud üçbucağını xatırladırdı: təmizlənməsindən bir həftə keçməmiş bıçaqlar və istiot-duzdan başqa bütün ədviyyatlar itib-batır, taxıllar rəflərə səpələnir, soyuducudan isə saxlama müddəti keçmiş məhsullar atılmalı olurdu.

Bir gün soyuducuda iki eyni sous və üç yarımboş kərə yağı tapdım. Bu zaman qərara gəldim ki, yemək atmağı dayandırmağın və evdə olanları almağı dayandırmağın əsl vaxtıdır. Soyuducu və şkafları bir neçə dəfə təmizləyib-yoxladıqdan sonra anladım ki, birdəfəlik təmizliklə vəziyyəti dəyişmək mümkün deyil – səliqə üçün sistem lazımdır.

Soyuducudan başladım: onu zonalara ayırdım ki,
hər məhsulun öz yeri olsun

Zonalaşdırma yanaşmamı dəyişdirdiyim əsas məsələdir. İndi məhsullar öz yerlərindədir:

  • Üst rəflər hazır yeməklər və içkilər üçündür. Hər şey soyuducunun modelindən asılıdır. Mənim soyuducu modelimdə ən sabit temperatur məhz burada olduğu üçün tez xarab olan məhsullar daha uzun müddət qalır. Həm də onları götürmək daha rahatdır.

  • Orta rəflər — süd məhsulları, yoqurt, pendir.

  • Aşağı rəflər ət, balıq və dəniz məhsulları üçündür: ən aşağı temperatur buradadır, çiy ət üçün uyğundur.

  • Aşağı çəkməcələr meyvə və tərəvəzlər üçün nəzərdə tutulub: oradakı optimal mikroiqlim onların daha uzun müddət təzə qalmasına və qurumamasına kömək edir.

  • Dondurucuda da zonalar var. Bir bölmədə dondurulmuş tərəvəz və giləmeyvələr, digərində ət, üçüncüsündə isə nimçələrdə saxlanılan souslar, bulyonlar və yağda göyərti məhsullar yerləşir.

Heç nəyi itirməmək üçün stikerlər və kontenynerlər aldım

Şəffaf qapaqlı plastik qablar aldım və üzərinə stikerlər yapışdırdım. Şərti olaraq, "Pendir", "Souslar", "Şam yeməyi". Şəffaf qablar – içində nə olduğunu və nə qədər qaldığını dərhal görmək üçün. Bu, vizual nəzarəti asanlaşdırır və məhsulları unutmamağa kömək edir.

Evə yorğun qayıdanda soyuducunu açıb “nə hazırlayım?” deyə fikirləşməmək üçün də stikerlər köməyə gəlir. Konteynerlər üzərindəki yazılar menyunu planlaşdırmağa və bişirməyə saatlarla vaxt sərf etmədən, mikrodalğalı sobada qızdırıla bilən yeməkləri dərhal seçməyə imkan verir.

Əgər stikerlərə vaxt sərf etmək istəmirsinizsə, qabları adi lövhə markeri ilə işarələyə bilərsiniz – yazılar ilıq su və bir damla yuyucu vasitə ilə asanlıqla təmizlənir. Bu rahatdır: içində nə olduğunu göstərirsiniz, son istifadə və ya hazırlama tarixini yazırsınız – və iş bitdi.

Tezliklə tükənəcək hər şey üçün ayrıca konteyner əlavə etdim

Konteynerlərdən birinə “Tezliklə bitəcək” yazısı ilə stiker yapışdırdım. Məsələn, mən ora sousların qalıqlarını, pendirin son hissələrini və dilimləri qoyuram. Hər iki gündən bir ona baxıram və qərar verirəm: sabah ondan nəsə bişirəcəyəm, yoxsa bu gün atacam.

Bu üsul xarab olan yeməyin miqdarını minimuma endirdi: əvvəllər müntəzəm olaraq “hər ehtimal” məhsulları atırdım, çünki onların nə qədər saxlandığı bilinmirdi. İndi konteynerdəki qalıqlardan daha tez-tez yemək bişirirəm: bu yaxınlarda sərt pendir və döş ətinin qalıqları ilə makaron hazırladım.

İstifadə müddəti bitmiş məhsulların miqdarını azaltmağın başqa bir yolu onların məlumatlarını SmartThings proqramına daxil etməkdir. Mağazadan evə gələn kimi son istifadə tarixlərini daxil edib onları rəflərə qoymağa başlaya bilərsiniz. Beləliklə, siyahı həmişə əlinizdə olur və soyuducuya baxmadan südün bitdiyini və ya yoqurtun müddətinin bitdiyini xatırlaya bilərsiniz.

Soyuducunun qapısında da səliqə yaratdım ki, souslar illərlə orada qalmasın

Adətən soyuducu kamerasına yerləşməyən və ya mane olan məhsulları soyuducunun qapısına qoyurdum. Orada yumurtalarla yanaşı, keçən ilki souslar və başqa çoxlu istifadə olunmayan məhsullar saxlanılırdı. Bu səbəbdən soyuducunun qapısı üçün də öz sistemimi yaratdım:

  • ● Üst rəfdə yumurta və ilk yardım dəsti.

  • ● Orta rəfdə souslar. Zövqə görə sıralayıram: solda ədviyyatlı, sağda qaymaqlı və şirin.

  • ● Alt rəfdə isə içkilər, süd və bitki əsaslı alternativlər.

Mən ayda bir dəfə soyuducudakı hər məhsulun son istifadə tarixini yoxlamağı vərdiş etdim. Bundan əlavə, saxlama müddətindən asılı olmayaraq, bir aydan çox əvvəl açılmış məhsulları atıram. Bu qayda olmasa, bəzi souslar illərlə qala bilər – amma orqanizm buna görə bizə təşəkkür etməyəcək.

Şkaflarda mətbəx qablarını istifadə tezliyinə görə çeşidlədim

Mətbəxin təmiri zamanı bütün şkafları boşaltmalı oldum. Bundan sonra, tənbəlliyimlə birgə kiçik təcrübə etdim — hər şeyi birdəfəlik yığmadım, qutulardan yalnız həqiqətən lazım olanları çıxardım. Məlum oldu ki, gündəlik yemək hazırlamaq üçün bir bıçaq, bir tava, bir qazan, bir kəsmə taxtası və bir neçə spatula kifayətdir. Qalan hər şey bir neçə həftə qutularda qaldı.

Beləcə, hər gün istifadə etdiklərim indi sözün həqiqi mənasında əlimin altında — yuxarı çəkməcələrdə və asma şkafların aşağı rəflərində saxlanılır. Spatulalar, sürtgəclər, salfetlər və bıçaqlar sobanın yanında yerləşir. Daha az istifadə olunan zəncəfilli peçenyelər üçün formalar, mikser və vafli hazırlamaq üçün cihaz uzaq şkaflarda saxlanılır.

Taxıl və ədviyyatları etiketli şəffaf qablara yerləşdirdim

Növbəti mərhələ — şkaflarda saxlanılan ərzaq məhsullarıdır. İndi mən Provans otları arasında xmeli-suneli axtarmağa vaxt itirmirəm və evdə çayın olub-olmadığını xatırlamağa çalışmıram.

Taxılları — düyü, qarabaşaq yarması, kinoa, bulqur — makaronla birlikdə şəffaf, qapaqlı və eyni qablara qoyub skikerləri əlavə etdim.

Ədviyyatları bankalara tökdüm və yazılarla stikerlər yapışdırdım. İndi şkaflara heç bir şey tökülmür və hər hansı məhsulu almağın lazım olub-olmaması həmişə aydındır.

Qəlyanaltılar və sneklər üçün yuxarıda ayrıca bir çəkməcə ayırmışam: qoz-fındıq, peçenye və şokolad hər zaman göz qarşısında deyil. Eyni zamanda, onlar həmişə bir yerdə saxlanılır ki, ehtiyatın kifayət olub-olmadığını hər zaman biləsiniz — birdən-birə desertsiz qalmaq təəssüf doğuran bir haldır.

Çox kömək edən sürətli həllər

Bəzən kiçik dəyişikliklər səliqə yaratmaq üçün kifayətdir. Mənə ilk növbədə çəkməcə bölücüləri kömək etdi — artıq bıçaqlarda qaşıq axtarmıram və spatulaları çeşidləməyə vaxt sərf etmirəm. Bundan əlavə çay paketləri üçün orqanayzer hazırladım və onları dadına, növünə görə çeşidlədim. İndi lazımi dadı tapmaq üçün karton qutuları bir-bir çıxarmıram.

Mağazaya getməzdən əvvəl alış-veriş siyahısı tərtib edirəm və eyni zamanda mətbəxdə reviziya aparıram — soyuducu, dondurucu və şkafları yoxlayaraq nəyin qaldığını, nəyin isə istifadə edilib tamamlanmalı olduğunu və nəyin çatışmadığını aydın şəkildə başa düşürəm.

"Tezliklə tükənəcək" konteyneri kömək edir: içində yaxın günlərdə istifadə olunmalı məhsullar yerləşir. Eyni zamanda, artıq açıq olanları görüb əlavə ketçup almamağa diqqət edirəm.

Soyuducunun qapısında çox yerə qənaət edən bir qayda da tətbiq etmişəm: beşdən çox sous varsa, ən azı birini tam istifadə etmədən yenisini almıram.

Gündəlik həyatda kömək edən səliqə

Mənim üçün mətbəxdə təşkil olunmuş sahə ideal interyer və perfeksionizm deyil, yeməyin israf edilməməsi, yemək bişirmə və ərzaq alışının xoşagələn və az vaxt aparan bir prosesə çevrilməsidir. Sistemli yanaşma, konteynerlər, üzərində yazılar olan qutular və avadanlıq – və mətbəx sizin üçün işləyir.

Dərhal qeyd etdim ki, daha az məhsul atıram, lazımsız məhsul almıram və yemək bişirmə prosesindən daha çox həzz alıram. Ümumiyyətlə, mətbəximdə səliqə təmin olunub.

Mətbəxinizin yeni imkanları

Digər hekayələri oxuyun