Layfxaklar

Smartfonda ekranda necə videoqeyd yaratmaq olar

Android cihazları üçün aydın təlimat.

08.08.2025   |   ~6 dəq.

Bu opsiyanın nədən ibarət olduğu, ondan necə istifadə edilməli olduğu və ümumiyyətlə ekranda baş verənlərin nə üçün qeydə alındığı barədə söhbət açırıq.

Ekran videosunun qeydə alınması funksiyası necə işləyir?

Bu funksiya real vaxt rejimində cihazın ekranında baş verənləri qeydə alır, qeydiyyat prosesi başa çatdıqdan sonra isə, qalereyada video yaddaşda saxlanılır. Hər şey kameralı, montaj otaqlı, səs operatorlu və postprodakşn bölməli mikrokinostudiya kimi işləyir. Özünüz şahidi olun.

Kamera. Siz ekranın videoqeydə alınmasını aktivləşdirdiyiniz zaman smartfon fasiləsiz skrinşot etməyə başlayır.

Montaj. Sistem bütün çəkilişləri maksimum yüksək keyfiyyətdə yaddaşda saxlasa idi, onlar smartfonun yaddaşında həddindən çox yer tutardı. Buna görə qeydiyyat prosesində çəkilişləri dərhal videoformat şəklində qablaşdıran və daha az yaddaş tutması üçün faylı optimallaşdıran aparat videokoderi iştirak edir.

Saundtrek. Telefon sanki özü-özünü dinləyir: səs gücləndiricilərdən gələn səsləri qeydə alır, onların şəkillə birləşdirir.

Postprodakşn. Standart olaraq qeydə alınmış video, kameraya çəkilmiş çarx kimi, smartfonun qalereyasında yaddaşa yazılır.

Telefonda ekranın videoqeydə
alınması necə idarə olunur

Telefonda ekranın videoqeydə alınması necə idarə olunur
Samsung Galaxy smartfonlarında ekranın videoqeydə alınması parametrlərini tənzimləmək olar. Bunun üçün Tənzimləmələr menyusunu açın → Əlavə funksiyalar → Çəkilişlər və ekranın videoqeydə alınması

Daha sonra lazım olan opsiyaları seçin:

  • ● Video keyfiyyəti: 480р, 720р və ya 1080р
  • ● Səsin qeydə alınması
  • ● Toxunuşları göstər
  • ● Ekran qeydinin yaddaşda saxlanması üçün yer

Ekranı necə videoqeydə almaq olar?

Androidlə işləyən ekranın videoqeyd alınmasının ən sadə üsulu sürətli tənzimləmələr panelindən istifadə etməkdir:

  1. 1. Ekranda barmağınızı aşağıya doğru çəkərək, bildirişlər panelini açın. Ekranın videoqeydə alınması işarəsini tapın. Galaxy smartfonlarında bu funksiya dəyirmi kənarlara malik kvadratla və onun içində balaca kamera görüntüsü ilə işarələnib.

  2. 2. Ekranın videoqeydə alınması prosesini başlatmaq üçün nişanın üzərinə basın. İlk dəfə işə salındıqda, smartfon audionun və ekran videosunun qeydə alınması üçün icazə istəyə bilər.

  3. 3. Ekranın videoqeydə alınması prosesini dayandırın. Ekranda barmağınızı yuxarıdan aşağıya doğru çəkin, bildirişlər paneli açılacaq. Daha sonra ekran qeydinin dayandırılması nişanının üzərinə basın (adətən, kvadrat şəklində olur). Standart olaraq, qeyd qalereyada, Screen Recordings (Ekran qeydləri) qovluğunda yaddaşda saxlanılır.

Bundan əlavə, ekran qeydinə qabaq kameradan çəkilmiş videonu əlavə etmək olar

Bu zaman quraşdırılmış videoselfi ilə ekran qeydi alınacaq. Lap strimlərdək kimi. Qabaq kameradakı videonu əlavə etmək üçün, qeyd prosesi başladıqdan sonra ekranın sağ yuxarı küncündəki insan piktoqramının üzərinə basın – qabaq kameradakı görüntünün əks olunduğu kiçik dairə çıxacaq. Onun yerini qeyd aparıldığı zaman dəyişmək olar.

Bildirişlər panelində lazım olan nişan yoxdursa, ekranın videoqeydə alınması prosesini smartfonun tənzimləmələrindən aktivləşdirmək olar.

Galaxy smartfonlarında ekranın videoqeydə alınması prosesinin işə salınması üçün alternativ üsullar var.

  1. 1. Qidalanma düyməsi vasitəsilə. Bunun üçün tənzimləmələrdə yan düymənin parametrlərini dəyişdirmək lazımdır (düymənin ikidəfə basılması variantları arasında Samsung Çəkilişi, onun içində isə, Ekranın videoqeydə alınması var).

  2. 2. Yan panel vasitəsilə. Onu tənzimləmələrdə Displey bölməsində aktivləşdirmək və onun içinə ekranın videoqeydə alınması prosesinin tez işə salınması üçün yarlıq əlavə etmək olar.

  3. 3. Game Launcher-də. Oyunlar işə salındığı zaman avtomatik olaraq ekranın videoqeydə alınması üçün düymə ilə oyun paneli çıxır.

Ekranın videoqeydə alınması nə zaman faydalı olur?

Nə isə izah etmək lazım olduqda. Məsələn, valideynlərə yeni tətbiqin necə işlədiyini göstərmək. Ekranı qeydə alın və, mikrofondan audio qeydini aktivləşdirərək, səs izahları əlavə edin.

Nə isə başa düşməyə kömək etmək lazım olduqda. İnsan nəyi isə edə bilmirsə, məsələn, tətbiqi quraşdıra bilmirsə, ondan ekranı qeydə almasını və sizə göndərməsini xahiş edin. Siz nəyin səhv olduğunu başa düşə və həll yolunu göstərə biləcəksiniz.

Hər hansı məqamı tutmaq lazım olduqda. Məsələn, oyunda boss üzərində qələbəni, yaxud, əksinə, epik məğlubiyyəti.

Nasazlığı qeydə almaq lazımdırsa. Tətbiq və ya oyun yanlış işlədikdə, kənaraçıxmanı qeydə almaq və tərtibatçılara göndərmək olar.

Videonu yaddaşda saxlamaq lazım olduqda. Lakin, unutmayın ki, videoçarx müəliflik hüququ ilə qoruna bilər.

Ekranın videoqeydləri harada yaddaşda
saxlanılır və onları necə paylaşmaq olar?

Asanlıqla! Qlaereyada videonu tapın və işarələyin, Paylaş ikonuna basın və faylı haraya (poçta, sosial şəbəkəyə və ya messencerə) göndərmək istədiyinizi seçin.

Samsung Galaxy smartfonunda birbaşa qalereyada videonu kəsmək və ya onun içinə mətn əlavə etmək (qələm işarəsi ilə işarələnmiş redaktə funksiyasından istifadə etmək) olar.

Niyə bəzən ekranı qeydə almaq mümkün olmur?

Bunun bir neçə izahı ola bilər.

Knox nədir
Və verilənlərinizi
necə qoruyur

  1. 1. Kontent qeydəalma funksiyasından qorunmuş ola bilər. Ödənişli videolatformalarda yerləşdirilmiş film və seriallar, bəzi strimlər və oyunlar, müəlliflik hüquqlarının qorunması üçün ekranın videoqeydə alınmasını blok edə bilər.

  2. 2. Yüksək müdafiə rejimi aktivləşdirilib. Galaxy smartfonlarında Samsung Knox təhlükəsizlik sistemi yüksək müdafiə səviyyəli tətbiqlərdə ekranın videoqeydə alınması funksiyasını blok edir. Məsələn, bank tətbiqlərində. Bu, istifadəçilərin həssas məlumatlarını qorumaq üçün zəruridir.

  3. 3. Lazım olan icazələr yoxdur. Məsələn, mikrofon səsi ilə ekranı qeydə almaq üçün cihaza onun istifadəsi üçün icazə verilməlidir. Əks halda, qeyd səssiz yaddaşda saxlanılacaq və ya dayandırılacaq.

  4. 4. Kifayət qədər yaddaşın olmaması. Smartfonun yaddaşında 10–15%-dən az boş yer qaldıqda, sistem qeydin aparılmasını dayandıra bilər. Vəziyyəti düzəltmək üçün lazımsız faylları silin.

  5. 5. Tətbiqlər arasında ziddiyyət. Rekorderin fəaliyyətinə onunla eyni zamanda ekranı istifadə edən proqram təminatı da, məsələn, kliner maneçilik törədə bilər. Sadəcə lazımsız tətbiqləri bağlayın.

İmkanlardan maksimal
dərəcədə istifadə edin

Digər hekayələri oxuyun