Android smartfonunun displeyini TV ekranında necə yayımlamaq olar
İşlək üsulların qarışığı.
18.11.2025 | ~8 dəq.
Təsəvvür edin, dostlarınızla evdə yığışmışsınız və səyahətdə çəkdiyiniz fotoşəkilləri göstərmək istəyirsiniz. Bunu, mobil cihazların displeyi ilə müqayisədə, televizorun böyük ekranında etmək daha rahatdır. Belə olan halda hər kəs hər şeyi görə bilir, deməli hər kəs atmosferə dala və sizin ağıllı şərhlərinizdə nədən bəhs etdiyinizi başa düşə biləcək. Gəlin, Android ekranının birbaşa TV-ə necə paylaşılmalı olduğu barədə söhbət açaq.
Üsul №1: Smart View
Üsul Wi-Fi Direct texnologiyasına əsaslanır və ekranın smartfondan televizorda əks etdirilməsi kimi tətbiq olunur. Əlavə olaraq, görüntülər və videolar göndərilərkən, kontentin kənar şəxslərdən qorunması funksiyası mövcuddur. Smart View işə salmaq üçün bu texnologiyanı dəstəkləyən telefon və Smart TV lazım olacaq.
Necə qoşmaq lazımdır:
- 1. Televizorun tənzimləmələrində «Şəbəkə» və ya Wi-Fi bölməsinə keçin.
- 2. Smart View seçin — TV qoşula biləcək cihazları axtarmağa başlayacaq.
- 3. Smartfonun tənzimləmələrində «Qoşulu cihazlar» → «Smart View» bölməsinə basın. Funksiyanı aktivləşdirin.
- 4. Mövcud cihazlar arasında televizoru seçin. Ekran yayımı bağlantı yaranandan dərhal sonra başlayacaq.
Üsul №2: SmartThings
Galaxy smartfonlarının ekranından görüntünü SmartThings tətbiqinin köməyi ilə Samsung televizorlarına yayımlamaq olar.
SmartThings nədir və nə bacarır?
SmartThings ağıllı evin idarə edilməsi üçün Samsung tətbiqidir. Burada cihazların istifadəsi ilə bağlı ssenarilər yaratmaq, {elektrik enerji sərfiyyatına nəzarət etmək}, dünyanın istənilən nöqtəsindən texnikanı idarə etmək və evdə olmadığınız müddət ərzində ev heyvanlarınızın qayğısına qalmaq mümkündür.
Necə qoşmaq lazımdır:
- 1. Smartfonda SmartThings tətbiqini açın, mövcud cihazların siyahısında televizoru seçin.
- 2. «Ekranın surətinin çıxarılması» «Ekranın əks etdirilməsi» və ya Smart View bölməsinə basın. Seçimi təsdiqləyin və yayıma başlayın.
İlk TV pultları necə olub?
Televizorların idarə edilməsi üçün pultlar 20-ci əsrin ortalarında yaranmış və əsl texnoloji irəliləyiş olmuşdur, baxmayaraq ki, siqnalı simlə ötürürdü. Bu, istənilən halda, hər dəfə, kanalı dəyişmək və ya səsi tənzimləmək üçün divandan qalxmaqdan daha rahat idi.
İlk simsiz pult 1956-cı ildə təqdim edilmiş, müasir infraqırmızı cihazlar isə, demək olar ki, 20 il sonra, yəni 1974-cü ildə yaranmışdır.
Üsul №3: Wi-Fi Direct*
Eyni Wi-Fi şəbəkəsində işləyən cihazları birləşdirmək üçün rahat bir üsul. Özü də Wi-Fi Direct vasitəsilə qadcetlər, router olmadan, birləşdirilir. Smart TV televizoru və Wi-Fi Direct texnologiyalarını dəstəkləməlidir.
Necə qoşmaq lazımdır:
- 1. Televizorun tənzimləmələrində «Şəbəkələr» bölməsini seçin. Wi-Fi Direct funksiyasını aktivləşdirin.
- 2. Smartfonun tənzimləmələrində «Simsiz şəbəkələr» → Wi-Fi → Wi-Fi Direct bölməsini seçin.
- 3. Qoşulma üçün mövcud cihazların siyahısında televizoru seçin. Smartfonda TV ekranında çıxacaq ədədi kodu daxil edin.
- 4. Displeyi yayımlamağa başlamaq üçün telefonun ekranında «Göndər» bölməsinə basın.
Üsul №4: Bluetooth
TV-də Bluetooth modul varsa, əlavə cihaza ehtiyac olmayacaq. Modul yoxdursa, xarici Bluetooth adapter lazımdır.
Bluetooth modullu televizora necə qoşmaq olar:
- 1. Hər iki cihazda Bluetooth aktivləşdirin.
- 2. Televizorun tənzimləmələrində Bluetooth bölməsini açın, mövcud cihazların siyahısında smartfonu seçin və qoşulmanın həyata keçirilməsini gözləyin.
Bluetooth adapter vasitəsilə necə qoşmaq olar:
- 1. Adapteri televizora qoşun.
- 2. TV tənzimləmələrini açın, mövcud cihazların siyahısında smartfonu seçin və qoşulmanın həyata keçirilməsini gözləyin.
Üsul №5: HDMI kabeli
HDMI kabelinin köməyi ilə qoşulma zamanı televizorun ekranı monitor kimi işləyir. Foto və videoları yüksək icazədə yayımlamaq olar: standart HDMI 2.0 — 4К-dək, HDMI 2.1 isə, 8-10К.
Qoşulma üçün nə lazım olacaq:
- ● HDMI kabeli
- ● HDMI keçiricisi — Type-C
- ● HDMI slotlu televizor
Necə qoşmaq lazımdır:
- 1. Adapteri kabelə və Type-C birləşdiricisini isə, telefona qoşun.
- 2. HDMI birləşdiricili tərəfi TV-nin slotuna taxın. HDMI üçün yuva bir neçə dənədirsə, istənilən birini seçin, lakin onun nömrəsini yadda saxlayın.
- 3. Pultun üzərində Source (Mənbə)/Input* düyməsinə basın və lazım olan HDMI slotun nömrəsini seçin. Qoşulma həyata keçirildikdən sonra telefondakı görüntü televizorun ekranına ötürüləcək.
Üsul №6: HDMI donql
HDMI donql HDMI porta qoşulan və adi televizoru «ağıllı» televizora çevirə cihazdır.
Necə qoşmaq lazımdır:
- 1. HDMI donqlu televizorun HDMI portuna taxın.
- 2. Wi-Fi-a qoşulmanı yoxlayın: donql və smartfon eyni şəbəkədə olmalıdır.
- 3. Smartfonun ekranının bütövlükdə yayımlanması üçün tənzimləmələrdə «Yayım» bölməsini seçin.
- 4. Yalnız foto və videoları göstərmək istəyirsinizsə, smartfonda baxış üçün yayım funksiyasını dəstəkləyən tətbiqi açın. Məsələn, Google Foto. Cast düyməsinə basın.
Üsul №7: USB kabel
Bu üsul telefondan foto və videoların çıxarılması üçün uyğundur: smartfondan oyun oynaya və ya sənədlərlə işləyə bilməyəcəksiniz. Mahiyyətcə, USB kabel vasitəsilə qoşulduqda, telefon fleş kart kimi işləyir, yəni görüntülər və videoçarxlar televizora quraşdırılmış fayl meneceri vasitəsilə açılır.
Qoşulma üçün nə lazım olacaq:
- ● USB kabel. Məsələn, USB və Type-C birləşdiricili enerjidoldurma cihazının şnuru uyğun gələr.
- ● USB slotlu televizor.
Necə qoşmaq lazımdır:
- 1. USB birləşdiricini televizora, Type-C-ni isə, telefona taxın
- 2. TV avtomatik olaraq telefonu xarici daşıyıcı kimi tanımırsa, TV-nin uzaqdan idarəetmə pultunun üzərində Source (Mənbələr)/Input* düyməsinə basın və USB qoşulmanı seçin.
- 3. Smartfonun ekranında qoşulmanı təsdiqləyin.
Telefondan televizora yayımda niyə ləngimələr var
Bəzən görüntü düşünüldüyü kimi ötürülməyə bilər. Qoşulma kəsilir və ya video donursa, tənzimləmələri və qoşulmanın sabitliyini yoxlayın. Ən geniş yayılmış problemlər aşağıdakılardır:
- • Zəif Wi-Fi qoşulma. Ola bilər ki, router qoşulan cihazlardan uzaqdadır və buna görə siqnal zəif ola və ya kəsilə bilər. Eyni zamanda, ləngimələr router həddindən çox yükləndikdə də əmələ gəlir. Bu, routerə eyni zamanda bir neçə cihaz qoşulduqda baş verir. Bundan əlavə, bəzi router modelləri kontentin ötürülməsi üçün lazımı sürəti dəstəkləmir. Belə olan halda başqa qoşulma üsullarından istifadə etmək lazımdır.
- • Səhv tənzimləmələr. Addım-addım smartfondakı və televizordakı tənzimləmələrin düzgünlüyün yoxlayın. Ola bilər ki, hər hansı parametr pozulub. Wi-Fi vasitəsilə qoşulmuşsunuzsa, cihazların eyni şəbəkə diapazonuna (2,4 GHs və ya 5 GHs) qoşulu olduğundan əmin olun.
- • Cihazların və proqram təminatının fəaliyyətində sıradançıxmalar. Cihazları təkrar işə salmağa və ən yeni versiyalara quraşdırılmayıbsa, proqram təminatını yeniləməyə çalışın. Antivirus verilənlərin ötürülməsini blok edirsə, onun müvəqqəti olaraq söndürülməsi də kömək edə bilər. Telefondan yayımı başa çatdırdıqdan dərhal sonra müdafiəni aktivləşdirməyi unutmayın.
Smartfondan ekrana görüntü göndərmək asandır. Yüksək icazəli görüntünü minimal ləngimələrlə yayımlamağın ən etibarlı üsulu bunu HDMI kabel vasitəsilə simli şəkildə etməkdir. Galaxy smartfonlarının, Samsung televizorlarının sahibləri üçün ən rahat variant SmartThings tətbiqinin istifadə edilməsidir. Digər Smart TV-lər üçün Wi-Fi ilə müxtəlif qoşulma üsullarından istifadə etmək olar. Şəbəkə sabit olmadıqda isə, Bluetooth-dan istifadə edin.
Birlikdə daha maraqlıdır
Galaxy Z Fold7
Galaxy Z Flip7
Neo QLED 4K QN90D
OLED 4K S95F