Smartfonun PIN-kodunu unutduqda, onun kilidini necə açmaq olar?
Panikaya düşməyin — bunun bir neçə effektiv həll yolu mövcuddur.
09.09.2025 | ~7 dəq.
Müasir smartfonların əksəriyyəti biometrik məlumatlar vasitəsilə — üz tanıma (Samsung Recognition və Face ID) və ya barmaq izi skaneri ilə açılır. Bəzi hallarda bu üsullardan istifadə mümkün olmur və həmin vaxt cihaz sahibindən PIN-kod — ya rəqəm, ya da qrafik açar daxil etməyi tələb edir. PIN-koddan uzun müddət istifadə etmədiyiniz üçün onu unutmusunuzsa, bu halda nə etməli olduğunuzu izah edirik.
Vacibdir: Bloklanmış smartfonun kilidini açarkən cihazın yaddaşındakı məlumatlar silinə bilər. Əhəmiyyətli məlumatların daim əlçatan olması üçün əvvəlcədən buludla sinxronizasiya edin. Məsələn, Samsung Galaxy smartfon istifadəçiləri Samsung Cloud ilə sinxronizasiya edə bilərlər: burada təqvim, qeydlər, kontaktlar, qalereyadakı fayllar və hətta smartfon parametrləri saxlanıla bilər. Beləliklə, cihazı məcburi sıfırlama və ya dəyişdirmə halında məlumatları bərpa edə, həmçinin müxtəlif qurğulardan onlara giriş əldə edə biləcəksiniz.
1-ci üsul: Smart Lock funksiyası
Android əməliyyat sistemi ilə işləyən smartfonlarda quraşdırılmış funksiya müəyyən addımların icrası zamanı telefonu zavod parametrlərinə qaytarmadan kiliddən çıxarmağa imkan verir. Onu müxtəlif yollarla, demək olar ki, bir neçə dəqiqə ərzində tənzimləmək mümkündür. Məsələn, smartfona simsiz qulaqlıqlar və ya smart saat qoşulduqda, həmçinin cihazın coğrafi mövqeyini müəyyən etdiyi zaman — əgər qacet sahibinin evində olduğunu aşkar edərsə.
Gecikmiş kilidləmə funksiyasından istifadə etmək üçün onu əvvəlcədən aktivləşdirmək lazımdır (ən yaxşısı, bunu indi qurun). Cihazın parametrlərində «Kilid ekranı və AOD» bölməsini tapın, «Gecikmiş kilidləmə» bölməsini seçin və smartfonun nə zaman kilidlənməyəcəyini və nə zaman açılacağını müəyyən edən ssenariləri təyin edin.
Galaxy smartfonunuzu uzaqdan necə kilidləyə bilərsiniz?
Samsung SmartThings Find vasitəsilə. Bəli, Samsung smartfonunun bu funksiyasını yalnız cihazı xəritədə tapmaq üçün deyil, həm də lazım olduqda öz cihazınızı uzaqdan kilidləmək üçün istifadə etmək olar:
- 1. Kompüterdə servisin saytına daxil olun və Samsung hesabınız vasitəsilə avtorizasiyadan keçin.
- 2. Mövcud cihazlar arasından smartfonu seçin və “Kilidlə” düyməsini klikləyin.
2-ci üsul: köhnə PIN-koddan istifadə edin
Yaxın zamanlarda köhnə PIN-i dəyişdirib yeni PIN-i unudanlar üçün ayrıca üsul mövcuddur. Əgər Galaxy smartfonda ekranın kilidini açmaq üçün rəqəmsal və ya qrafik kodu beş dəfədən çox yanlış daxil etsəniz, cihaz “PIN-kodu xatırlamırsınız” seçimini aktivləşdirir. Bu vasitə ilə smartfonu əvvəlki parol və ya qrafik açarla açmaq mümkündür — şərt odur ki, bu üsul parolu yalnız 72 saat əvvəl və ya daha sonra dəyişdirdiyinzə mümkündür. Bunun üçün:
- 1. Ekranda “PIN-kodu xatırlamırsınız?” mesajı göründükdə onun üzərinə klikləyin. Telefon yeni parolu köhnə parol vasitəsilə sıfırlamağı təklif edəcək.
- 2. Əvvəlki giriş açarını daxil edin və OK düyməsini klikləyin.
- 3. Bundan sonra sistem unutduğunuz yerinə başqa PIN-kod təyin etməyi təklif edəcək.
- 4. Yeni giriş açarını iki dəfə daxil etdikdən sonra telefon kiliddən çıxacaqdır.
PIN/parol/qrafik açarı xatırlamırsınız” funksiyasının işləməsi ilə bağlı vacib məqamlar:
- ● Funksiyanın işləməsi üçün Galaxy smartfonunda One UI 6.1 proqram təminatı və ya onun daha sonrakı versiyası quraşdırılmış olmalıdır.
- ● Bu funksiyanı hər ekran kilidi növü üçün (PIN-kod, parol və ya qrafik açar dəyişdikdən sonra) yalnız bir dəfə istifadə etmək olar.
- ● Ekran kilidinin PIN-kodunu, parolunu və ya qrafik açarını dəyişdikdən sonra əvvəlki ekran kilidi məlumatları 72 saat müddətinə saxlanılır, bundan sonra silinir — bu zaman funksiyadan istifadə etmək mümkün olmayacaqdır.
- ● Əvvəlki parolu düzgün daxil etmək üçün sistem sizə 3 cəhd imkanı verəcək.
3-cü üsul: Android Find xidmətindən istifadə edin
Bu üsul, smartfonu tam olaraq zavod parametrlərinə qədər sıfırlamağa imkan verir. Radikal üsuldur — bütün məlumatlar silinəcək, amma cihazı sonra istifadə etmək mümkün olacaq. Lakin qeyd olunan üsulu yalnız telefonun bağlı olduğu Google hesabının parolunu xatırlayırsınızsa istifadə etmək məsləhətdir. Əməliyyat sxemi belədir:
- 1. Kompüterdən Android Find saytını açın və Google hesabınız vasitəsilə daxil olun.
- 2. Mövcud cihazlar arasından smartfonu seçin və “Cihaz parametrlərini sıfırla” düyməsini klikləyin.
- 3. Bundan sonra cihazın oğurluq və icazəsiz girişdən qorunması üçün quraşdırılmış sistem — Google FRP işə düşəcək. Kimsə məlumatları sıfırlamazdan öncə Google hesabını silmədikdə, bu sistem cihazı bloklayır. Smartfonun kilidini açmaq üçün eyni Google hesabına yenidən daxil olun — beləliklə telefonun parametrlərini tənzimləməyə davam etmək mümkün olacaqdır.
- 4. Yeni giriş açarını iki dəfə daxil etdikdən sonra telefon kiliddən çıxacaqdır.
Əgər hesabın parolunu unutmusunuzsa, bu zaman Google hesabının bərpa rejimindən istifadə edin. Əgər hansı e-poçtun cihazla bağlı olduğunu xatırlamırsınızsa, Samsung servis mərkəzinə müraciət edin. Özünüzlə alışı təsdiq edən çap olunmuş və ya elektron şəkildə olan sənədləri götürün: çek, zəmanət sertifikatı və ya kredit müqaviləsi. Bu sənədlər olmadan cihazın kilidini açmaq mümkün olmayacaq.
Məlumatların həmişə əlçatan olması üçün cihazın vaxtaşırı ehtiyat sürətini çıxarın. Galaxy smartfonlarında bunu etmək üsullarından biri Smart Switch tətbiqi vasitəsilədir. Bunun üçün:
- ● Smartfon və kompüterə Smart Switch tətbiqini quraşdırın.
- ● Daha sonra smartfonu USB kabeli ilə kompüterə qoşun.
- ● Kompüterdə Smart Switch tətbiqini açın və “Ehtiyat sürətinin yaradılması” seçimini edin.
- ● Saxlamaq istədiyiniz məlumatları seçin və təsdiqləyin.
- ● Məlumatların harada saxlanılacağını göstərin — kompüterdə, SD kartda və ya USB yaddaş qurğusunda.
- ● Koçürmənin bitməsini gözləyin.
Dəqiq unutmayacağınız parolu necə yaratmaq olar
- 1. Parol cümlələr Təsadüfi simvollar dəstindən istifadə etmək əvəzinə, aydın bir təsviri olan konkret bir ifadədən istifadə edin. Məsələn: “Mənim_itim_səhər_8_də_südsüz_kefiri_içməyi_sevir”. Belə ifadəni unutmaq daha çətindir.
- 2. Akronimlər Yəni konkret cümlədəki sözlərin ilk hərflərindən istifadə edin. Eyni cümlə “Mənim itim səhər 8-də südsüz kefir içməyi sevir ” “Mis8dskis” və ya “Mslpkv8u” üçün əsas ola bilər.
- 3. Dəyişdirilmiş tarixlər. Məşhur hadisələrə istinad edə bilərsiniz: parol kimi, məsələn, kosmosa ilk uçuşun tarixi (120461) və ya Samsung şirkətinin təsis tarixi (130169) istifadə oluna bilər. Lakin öz doğum gününüzdən və yaxınlarınızın məlumatlarından istifadə etməyin.
- 4. Rəqəmsal assosiasiyalar. Mən 77 regionunda doğulmuşam, 13 isə mənim sevimli rəqəmdir’ cümləsi sizə 7713 kodunu verəcək.
- 5. Məna daşıyan qrafik açar. Dörd nöqtədən çox olan fiqurları seçin və onlara şəxsi assosiasiyalar əlavə edin. Məsələn, sevdiyiniz bürcün formasını çəkin. Kvadratlar və ürəklər kimi sadə fiqurlardan çəkinin.
Bu sadə üsullar yalnız yeni təhlükəsiz parolu yadda saxlamağa kömək etmir, həm də kodu kağıza yazmadan ipucunu qeyd etməyə imkan verir.
Hər vəziyyətdə sizin köməkçiləriniz
Galaxy S25 Ultra
Galaxy Z Fold7
Galaxy A56