Baqaja və ya salona? Təyyarəyə hansı texnikanı götürməliyəm,
bəs hansını evdə saxlamalıyam?
Batareyalar, noutbuklar, fenlər və digər elektron cihazlarla necə davranacağımızı müzakirə edirik.
03.06.2025 | ~7 dəq.
Səyahət öncəsi hazırlıq məsuliyyət tələb edən bir prosesdir. Hər şeyin səliqəli şəkildə təşkil olunması vacibdir ki, hava limanında əşyalarınızı əl çantanızdan çamadanınıza və ya əksinə qoymaq məcburiyyətində qalmayasınız. Əşyaların əl yükü və qeydiyyata alınan baqaj arasında necə düzgün bölüşdürülməli olduğunu müzakirə edirik – bu, uçuş qaydalarına riayət olunma baxımından olduqca vacibdir.
Enerji bankın (powerbank) təyyarədə daşınması: qaydalar və məhdudiyyətlər
Portativ xarici batareyalar əl yükündə daşınır. Onları baqajda yerləşdirməyə icazə verilmir. Sizdən onu əl yüküdə daşımağı xahiş edəcəklər. Yoxlama zamanı çamadanın sahibini tapmasalar isə, həmin əşya müsadirə edilə bilər.
Ümumi qaydaya görə, 100 Vt⋅saat gücə malik enerji banklarını sərbəst şəkildə təyyarənin salonunda daşına bilər. Əksər 10 000–20 000 amper/saat güclü modellər bu kateqoriyaya aiddir. Gücü 100 Vt⋅saatdan 160 Vt⋅saata qədər olan daha iri cihazlar üçün isə aviaşirkətdən xüsusi icazə alınmalıdır. Bir qayda olaraq, gücü 160 Vt⋅saatdan yüksək olan enerji banklarının daşınmasına icazə verilmir və ya belə cihazlar yük kimi rəsmiləşdirilir və xüsusi şərtlərlə daşınır.
Səfər zamanı problem yaşamamaq üçün enerji bankınızın texniki göstəricilərini öncədən yoxlayın. Bu məlumatlar cihazın üzərində aydın şəkildə qeyd olunmalıdır. Ehtiyac yarandığı təqdirdə, hava limanının təhlükəsizlik xidmətinə təqdim olunan istehsalçıdan sənədlər də mövcud olmalıdır.
Vacib məqam: adətən aviaşirkətlər təyyarə salonunda enerji banklarından istifadəni tövsiyə etmirlər. Buna görə də, yola düşməzdən əvvəl cihazlarınızın enerjisini tam doldurun. Getdiyiniz məkanın hava limanında planşetiniz və ya smartfonuzun enerjisinin tam olmasını istəyirsinizsə, A tipli yuvası olan USB kabelini götürməyi unutmayın – çünki əksər təyyarələrdə məhz bu tip portlar mövcuddur. Qeyd etmək lazımdır ki, bəzi hava gəmilərində artıq USB-C portları da quraşdırılıb.
Noutbuk və planşet: salonda və ya baqajda daşınmalıdır?
Planşet kimi noutbuk da həm baqajda, həm də salonda daşına bilər. Ancaq cihazı özünüzə yaxın, əl baqajınızda saxlamaq daha təhlükəsizdir. Beləliklə, çamadanınız itərsə, cihazınıza görə narahat olmayacaqsınız. Və ya yükləmə-boşaltma xidmətlərinin diqqətsiz işləməsi səbəbindən sınmış ekranı harada təmir edəcəyiniz haqqında düşünməli olmayacaqsınız.
Yola düşməzdən əvvəl təyyarədə istifadə etməyi planlaşdırmadığınız noutbuk və ya planşetinizin enerjisinin dolu olmasından əmin olun. Uçuşdan əvvəlki nəzarət zamanı, təhlükəsizlik xidməti cihazı işə salmağı xahiş edə bilər.
Serial həvəskarlarına tövsiyə: təyyarəyə naqilli qulaqlıqlar götürün. Birincisi, batareyanın enerjisi bitməyəcək, ikincisi isə, Bluetooth-un söndürülməsi noutbuk və ya planşetin avtonom iş vaxtını uzadacaq.
Noutbuk və planşetinizi tez-tez səyahətə götürürsünüzsə, yumşaq divarları olan qoruyucu keyslər almağa dəyər - bu, cihazları zədələnmədən qoruyacaqdır.
Fenlər, elektrikli ülgüclər, epilatorlar: nə hara gedir?
Bu çox sadədir: demək olar ki, bütün kiçik məişət texnikası salonda daşına bilər. İstisna, 60 mm-dən uzun çıxarıla bilən ülgücləri olan təhlükəli qurğulardır. Beləliklə, əgər siz ananıza hədiyyə kimi mətbəx kombaynı və ya blender aparırsınızsa, onu mütləq baqajınıza qoymalısınız. Lakin fen, saç düzləşdirici, elektrik fırça, elektrik ülgüc, trimmer və epilator təhlükəsiz şəkildə əl yükündə aparıla bilər.
Uçuşdan əvvəl cihazları söndürmək və batareyaları və akkumulyatorları çıxarmaq tövsiyə olunur. Akkumulyator quraşdırılıbsa, cihazı qoruyucu keysdə və ya markalı qablaşdırmada daşıyın - bu, uçuş zamanı avadanlıqların təsadüfən işə düşməməsi və batareyanın enerjisinin bitməməsi üçün lazımdır.
Səs gücləndiriciləri təyyarəyə götürmək olarmı?
Portativ səs gücləndiricilər və akkumulyatoru olan digər cihazların tutumu icazə verilən hədlər daxilindədirsə, problem yaranmayacaq. Qaydalar enerji banklarına tətbiq edilənlərlə eynidir.
Uçuş zamanı qulaqlıqlar, bu normaldır?
Qulaqlıqlar salona götürülə və uçuş zamanı istifadə edilə bilər. Uzun səfərlər üçün simli qulaqlıqlar daha uyğundur, ehtiyat da götürülməlidir, bu cihazların enerjisinə qənaət etməyə kömək edəcək.
Təyyarədə fotoapparat: olar və ya olmaz?
Fotoapparatınıza zərər verməmək üçün onu əl baqajınızda aparmaq daha yaxşıdır. İrihəcmli avadanlığı bağaja verirsinizsə, onu zədələnmədən qorumaq üçün təhlükəsiz şəkildə qablaşdırın. Batareyalar və akkumulyatorlar kameradan ayrıca daşınmalıdır. Bu, çıxarıla bilən batareya ilə digər avadanlıqlara da aiddir.
Akkumulyatorlar: necə qablaşdırmaq olar?
Litium akkumulyatorlarda kontaktların metal əşyalarla təmasına yol verməmək üçün izolent və ya skotç istifadə edilməlidir.
Batareyalar: necə daşımaq olar?
Təhlükəsizlik nəzarətindən daha tez keçmək üçün batareyaları çıxarıb ayrı çantada saxlamaq tövsiyə olunur. Qələvi batareyalar isə, ehtiyac yarandıqda, baqajda yerləşdirilə bilər.
Ütü və iri cihazlar:
baqaja vermək?
Ütülər, perforatorlar, portativ masaj aparatları, tam ölçülü ştativlər - bunların hamısını dərhal baqaja yerləşdirmək məqsədəuyğundur. Uçuşdan əvvəlki yoxlama zamanı irihəcmli əşyalar soyuq silah kimi qəbul edilə bilər ki, bunların daşınmasına icazə verilmir. Bundan əlavə, iri avadanlıq əl yükü üçün icazə verilən ölçüləri aşa bilər. Adətən tələb 55x40x23 santimetr və 8–10 кq-dir. Loukosterlərdə tələblər daha sərt ola bilər.
Ütülənmiş paltar və sevimli qəhvədəmləyəndən kofesiz səyahət edəcəyinizi təsəvvür edə bilmirsinizsə, avadanlığı ölçün və göstəriciləri aviaşirkətin saytında yerləşdirilən daşıma qaydaları ilə müqayisə edin. Tez-tez uçursunuzsa, adi məişət texnikanızın kompakt versiyasını almağı nəzərdən keçirin. Səfər zamanı səyahət üçün ütü (və ya əl buxarlayıcısı), qatlanan fen və portativ qəhvədəmləyən daha məqsədəuyğundur.
Bir qayda olaraq baqajınızda istənilən məişət texnikasını daşıya bilərsiniz, o şərtlə ki, onlar müəyyən edilmiş çəki və ölçü hədlərini aşmasın, akkumulyatorun tutumu isə 160 Vt/s-dan çox olmasın.
Uçuşdan öncə texnikanı necə qablaşdırmalı?
Kiçik həcmli texnika (fenlər, saç üçün düzləşdiricilər, diş fırçaları) sərt keysə qoyulmalıdır. Keys yoxdursa, cihazları hava qabarcıqlı polietilen, kağız və ya paltara sarıyın.
Mümkün olduqda, iri cihazları hissələrə bölün, belə halda onları yerləşdirmək və təhlükəsizliyini təmin emtək daha asan olacaq.
Cihazlar çemodanın mərkəzi və ya aşağı hissəsində yerləşdirilməlidir. Cihazların yolda titrəməməsi üçün onları digər əşyalarla sabitləşdirin.
Batareyalar və çıxarılan akkumulyatorlar cihazlardan ayrıca daşına bilər.
Səyahətçilərin ən yaxın dostları
Galaxy S25 Ultra
Galaxy Buds3 Pro
Galaxy Tab S10 FE