Layfxaklar

Tapmaq olmaz itirmək: SmartThings Find vasitəsilə cihazların axtarışı üzrə təlimatlar

Sizin şəxsi xilaskarınız itirilmiş Samsung cihazlarını tapmağa kömək edəcək.

27.11.2025   |   ~ 6 dəq.   |   Kseniya Bondarenko, bu funksiya ona və onun ailə üzvlərinə üç dəfə kömək edib

Qulaqlıqlarınız haradasa itib, telefonunuz çantanızda "yoxa çıxıb", hətta metroda düşüb... Təşvişə düşməyin! SmartThings Find istifadə edərək itirilmiş cihazınızı tapmağa cəhd edə bilərsiniz. Bu xidmət mənə üç dəfə kömək etdi: Avtobusda unudulmuş telefonu tapdım, planşeti divanın altından tapdım və bacımın şəxsi məlumatlarını xilas etdim. Bu məqalədə cihazlarımı tapmaq üçün SmartThings Find-dən necə istifadə etdiyimi paylaşacağam.

SmartThings Find nədir?

SmartThings Find - Samsung-un təqdim etdiyi cihazların (smartfon, planşet, qulaqlıq, noutbuk və ya saat) axtarışı üçün nəzərdə tutulmuş xüsusi xidmətdir. Xadmətə veb sayt və ya tətbiq vasitəsilə daxil ola bilərsiniz.

Xidmət vasitəsilə aşağıdakıları edə bilərsiniz:

  • • Cihazın keçdiyi yolu və yerləşdiyi yeri xəritə vasitəsilə izləmək olar. Cihazın enerjisi olduğu müddətcə onun bütün hərəkətlərini izləyə bilərsiniz.

  • • Səs siqnalını işə sala bilərsiniz. Cihaz səssiz rejimdə olsa belə, bir dəqiqə ərzində yüksək səslə zəng edəcək.

  • • Ekranı bloklamaq. Cihaz əlçatan olmayacaq, yalnız əlaqə məlumatlarınızla mətn əks olunacaq.

  • • Cihazdakı bütün məlumatları silmək. Bu fövqəladə vəziyyətlər üçün nəzərdə tutulmuş bir tədbirdir: bütün hesablar silinəcək və telefon kartda əks olunmayacaq.

Hər bir funksiya haqqında ətraflı məlumatlar təqdim ediləcəkdir.

Cihazın IMEI kodunu necə öyrənmək olar?

Telefonu tapmaq üçün sizə həmçinin cihazın unikal kodu - IMEI lazım olacaq. Həmin unikal kod vasitəsilə polisdə telofonun sizə məxsus olması təsdiq olunur. Kod menyunun "Parametrlər → Telefon haqqında məlumatlar" bölməsində və zavod qutusunda göstərilir. Kodu bloknotda qeyd edin — SmartThings Find funksiyası vasitəsilə telefonu tapa bilməsəniz, bu kod sizə lazım olacaq.

SmartThings Find funksiyasını necə aktivləşdirmək olar

SmartThings Find funksiyalarından istifadə etmək üçün əvvəlcə cihazınızın axtarışına icazə verməlisiniz. Bunu necə etmək olar:

  1. 1. "Parametrlər" bölməsinə keçin.

  2. 2. "Samsung hesabı"na keçin.

  3. 3. "Cihazın axtarışı" bölməsini tapın və seçin.

  4. 4. "Bu cihazın axtarışa icazə verin" funksiyasını aktivləşdirin. İndi yerləşmə yerini izləyə, səs siqnalını işə sala və ya bütün məlumatları silə bilərsiniz. Aşağıda bu prosesin addımları izah ediləcək.

Oğlum dostları ilə oynayırdı, axşam isə planşeti tapa bilmədik. Veb sayt vasitəsilə axtarışı işə saldıq və əmin olduq ki, cihaz evdədir. Bu anda səsli axtarış funksiyası işə yaradı: siqnalı aktivləşdirdik və planşeti divanda tapdıq.

SmartThings Find vasitəsilə telefonu necə axtarmaq olar

Təəssüf ki, bu baş verdi: telefon itdi. Ciblərinizi, çantanızı və onun düşə biləcəyi bütün yerləri yoxladınız, amma yenə də cihazı tapa bilmədiniz. Smartfonunuzu axtarmaq üçün SmartThings Find xidmətindən istifadə etməyin əsl vaxtıdır (digər cihazlar üçün alqoritm eynidir):

  1. 1. Veb sayta daxil olun. Cihazın qeydiyyatdan keçirildiyi e-poçt ünvanına ehtiyacınız olacaq.

  2. 2. Siyahıda lazımi cihazı seçin. Yuxarıda qeyd edildiyi kimi, telefonda axtarışa icazə verilibsə, cihaz əks olunacaq.

  3. 3. Xəritə vasitəsilə telefonun yerləşdiyi yeri müəyyən edin. Telefon aktivdirsə, onun yerləşdiyi yer hər 15 dəqiqədən bir yenilənəcək. Telefonun enerjisi bitərsə və ya telefon sönərsə, xəritədə onun sönməzdən əvvəlki yerləşmə yeri əks olunacaq.

  1. 4. Telefon yaxınlıqdadırsa, siqnalı aktivləşdirin. Bu funksiya "Zəng" adlanır. "Vibrasiya" və ya "Səssiz" rejimləri aktiv olsa belə, bir dəqiqə ərzində Smartfonda tam səs səviyyəsində melodiya çalır. Telefon uçuş rejimindədirsə, xidmət vasitəsilə onu tapmaq mümkün olmayacaq.

    Zəngi istənilən məsafədən aktivləşdirə bilərsiniz, lakin smartfondan uzaqda olsanız, bu üsul işləməyəcək: siqnal eşidilməyəcək.

  1. 5. Telefon uzaqdadırsa, onun axtarışını xəritə vasitəsilə aparın. Batareyanın səmərəli işi üçün enerjiyə qənaət rejimini aktivləşdirin.

Samsung Find tətbiqinin bütün xüsusiyyətləri haqqında məlumatlar təqdim edirik.

Samsung smartfonunuzu, qulaqlıqlarınızı və digər cihazlarınızı tapmağın başqa bir yolu - Find tətbiqindən istifadə. Bu tətbiq vasitəsilə bütün Galaxy cihazlarının (sizin və ailə üzvlərinizin) yerləşmə yerini izləyə bilərsiniz.

Find tətbiqində hər dəfə giriş məlumatlarını daxil etməyə ehtiyac yoxdur. Bundan əlavə, sizə yaxın insanın telefonunda bu tətbiq quraşdırılıbsa, smartfonunuzu onun telefonu vasitəsilə tapa bilərsiniz.

Cihazınızı itirmisinizsə və kiminsə onu tapdığından narahatsınızsa, ekranı bloklayın. Bunu necə etmək olar:

  1. 1. "Bloklamaq" düyməsinin üzərinə klikləyin. Pəncərə açıldıqdan sonra göstərilən addımları yerinə yetirməlisiniz.

  2. 2. PIN yaradın və onu Addım 1-də qeyd edin.

  3. 3. Addım 2-də əlaqə telefon nömrənizi daxil edin.

  4. 4. Addım 3-də cihazınızı tapan şəxs üçün mesaj yazın.

  5. Pəncərənin altındakı "Bloklamaq" düyməsi üzərinə vurmaqla bloklamanı təsdiqləyin.

Bundan sonra cihazınızı blokdan çıxarmaq və ya söndürmək mümkün olmayacaq, lakin telefonu tapan şəxs sizinlə təqdim etdiyiniz nömrə vasitəsilə əlaqə saxlaya biləcək.

Telefonu avtobusda unutmuşam. SmartThings Find vasitəsilə smartfonu blokladım və bloklama ekranında həyat yoldaşımın əlaqə nömrəsini qeyd etdim. Bundan əlavə, enerjiyə qənaət rejimini də aktivləşdirdim, çünki telefondakı enerji həcmi cəmi 5% idi. Amma heç kim zəng etmədi...

Mən cihazın yolunu izləməyə qərar verdim. Məlum oldu ki, o, avtoparka "gəlib". Mən oraya yollandım və vəziyyəti təhlükəsizlik xidmətinin işçilərinə izah etdim, tətbiq vasitəsilə telefonun yerləşdiyi yeri göstərdim. Mənə işçinin müşayiəti ilə park ərazisinə daxil olmaq icazəsi verildi. “Zəng” funksiyasını işə saldım və avtobuslara daxil olmağa başladım. Telefonu sayca 5-ci avtobusda tapdım - telefon oturacağın altına düşmüşdü. Avtobus sürücüsü yoxlama zamanı onu görməyib.

Kimsə telefonu tapıbsa nə etməli?

Smartfonu onu sahibinə qaytarmaq niyyəti olan bir şəxs tapsa, yaxşı olar. Bəs cihaz şəxsi mesajları və korporativ şənlikdən fotoşəkilləri internetdə paylaşmaq istəyən fırıldaqçıların əlinə düşərsə nə baş verəcək? Bu cür insanları şifrələr belə dayandıra bilməz.

Şəxsi məlumatlarınızın internetə sızmasının qarşısını almaq üçün SmartThings Find funksiyasından istifadə etməklə onları itirilmiş telefondan silin. Bunu necə etmək olar:

  1. 1. Digər smartfondan istifadə etməklə SmartThings Find tətbiqini işə salın və ya saytına daxil olun.

  2. 2. Lazımi cihazı seçin.

  3. 3. "Məlumatları silmək" düyməsini seçin.

  4. 4. Şəxsiyyətinizi təsdiqləmək üçün e-poçt şifrənizi daxil edin.

  5. 5. Seçiminizi təsdiqləyin.

Məlumatlar silindikdən sonra cihaz xəritədə yox olacaq: bütün profillər və hesablar silinəcək və yerləşmə yerini izləmək mümkün olmayacaq. Bundan sonra cihazı yalnız IMEI kodu vasitəsilə tapmaq mümkündür: bunu etmək üçün polisə müraciət etməlisiniz.

Bir gün bacımın telefonunu onun sinif yoldaşı oğurladı - bacımın diqqətini çəkməyə çalışırdı. Şifrəni gizlicə öyrənmişdi. Axşam zəng etdi: şəxsi şəkilləri və yazışmalarını ümumi çatda paylaşmaq niyyətində idi. Bacım xidmətdən istifadə edərək hesabını sildi və bununla da bütün şəxsi məlumatlara giriş də itirdi. Ertəsi gün heç bir məlumat olmayan telefon qaytarıldı.

Bütün ən maraqlı şeylər Instagram kanalında! Bütün ən maraqlı şeylər Instagram kanalında!

Samsung

@samsungaze ilə hamısını izləyin

Texnologiya | Yeni funkisyalar | Layfhaklar | Cəmiyyət

Tapılması asan olan 3 cihaz

Digər hekayələri oxuyun