Arzumuzda olan 3 smartfon xüsusiyyəti
Texnologiyanın həyatımızı necə inkişaf etdirə biləcəyini düşünürük.
26.03.2025 | ~3 dəq.
Texnologiyalar sürətlə inkişaf edir: televizor filmin janrına uyğun görüntü tənzimləyir, soyuducu məhsulların istifadə müddətini izləyir, süni intellekt isə evin idarə olunmasına kömək edir.
Özümüzü gələcəyin dizaynerləri kimi gördük və smartfonların həyatımızı daha rahat və xoş edəcək yeni funksiyalarını kəşf etdik.
Heyvanların dilini başa düşmək
Təsəvvür et: smartfon pişiklərin miyoldamasını və itlərin hürməsini insan dilinə çevirir – "Topu bir də at!", "Qulağımın ardını qaşı!", "İnsan, su süz və məni rahat burax!"
Artıq heyvanların nə istədiyini təxmin etməyə ehtiyac qalmayacaq: yemək, gəzmək, yoxsa sadəcə öz xarakterini göstərmək? Pəncərədən səslənən bülbülün nə oxuduğunu anlayacaqsan – bəlkə də istidən şikayət edir. Hamster isə köhnə çarxda qaçmaqdan yorulub, yenisinə ehtiyacı olduğunu deyə biləcək. Pişiyinin dünyanı ələ keçirmək planlarını öyrənəcəksən... Bir sözlə, yeni texnologiya bizi təbiətə heç vaxt olmadığı qədər yaxınlaşdıracaq.
Jarqon tərcüməçisi
2030-cu il. Smartfonunda "Jarqon Tərcüməçisi" AI filtrini aktiv etmisən. Qardaşın oğlu səsli mesaj göndərir: "Deyirdim bir az keyf edim, anam da badalaq gəlir." Sən isə eşidirsən: "Bir az dincəlmək istəyirdim, anam isə acıqlanır." Hər şey aydın! Ya da uşaqlar küçədə nəsə müzakirə edirlər: "Şitini çıxarıblar, hamını biabır elədilər." Smartfonun isə bunu belə izah edir: "Uğursuz albom, digər musiqiçilərə hörmətsizlik."
Galaxy AI artıq bu istiqamətdə irəliləyir – o, mesajlaşma proqramında mətnin üslubunu dəyişə və ya xarici dildə danışan biri ilə söhbətini tərcümə edə bilər. Bu, təkcə əlavə funksiyalara sahib bir cihaz deyil, gündəlik həyatın əsl köməkçisidir.
Seçimləri analiz etmək
Spike Jonzenin, AI-ın Scarlett Johanssonun səsi ilə danışdığı "O" filminə baxmısan? Təsəvvür et ki, gələcəkdə süni intellekt bizi filmin baş qəhrəmanı qədər yaxşı tanıyacaq. O, duyğularımızı anlayacaq və bizə nə yemək, nə izləmək və hara getmək barədə məsləhət verəcək. Artıq əbədi seçim problemimizə cavab tapmaq mümkün olacaq: "Özümü daha yaxşı hiss etmək üçün nə etməliyəm?"
Bu belə görünə bilər: "Günün uğurlu keçdi? Adətən belə hallarda makaron yeməyi sevirsiniz – budur, maraqlı bir resept. Yeri gəlmişkən, bütün ərzaqlar artıq soyuducudadır." Ya da belə: "Deyəsən, həyat yoldaşınız sizə xoş bir sürpriz edib? Bəlkə, "Əsl sevgi" filmində cavab hədiyyəsi üçün ideya axtaraq?"
Gələcəyi yaxınlaşdıran cihazlar
Galaxy Z Fold6
Smart TV OLED
Soyuducu BESPOKE