Layfxaklar

One UI nədir və smartfonla işi necə asanlaşdırmaq olar?

Ekosistemin qadcetlərə yanaşmanı necə dəyişdiyini göstəririk

03.06.2025 |   ~8 dəq.

Samsung cihazları One UI proqram təminatında işləyir. Biz onu xüsusilə qadcetlərimiz üçün hazırlamışıq. Bununla siz lazımsız düymələri gizlədə, məlumatları qoruya və ya qadcetləri sənət əsərinə çevirə bilərsiniz. Fərqlənməyi sevənlər üçün One UI-nin 10 funksiyasını göstəririk.

One UI nədir?

One UI Galaxy smartfonları üçün Android əsaslı proqram təminatıdır. One UI bütöv bir ekosistem daxilində gadceti saatlar, qulaqlıqlar, noutbuklarla birləşdirir. Sağlamlıq haqqında məlumatlar dərhal smart saatdan smartfona ötürülür, fayllar bir neçə saniyə ərzində planşetdən noutbuka göndərilir və qulaqlıqlar One UI ilə digər qadcetlərlə dərhal qoşulur.

Həyatı asanlaşdıran 10 One UI funksiyası

Gözəl iş masasından (desktop) rahat jestlərə qədər gün ərzində ehtiyacınız ola biləcək hər şeyi bir məkanda topladıq.

1. Desktop və kilid ekranınızı fərdiləşdirin

Desktop üçün görüntüləri sosial şəbəkələrdə axtarmağı sevirsinizsə, bu opsiyaya diqqət yetirin. Bununla siz desktopun rəngini, vidcetin ölçüsünü və hətta AI divar kağızını fərdiləşdirə bilərsiniz.

Beləliklə, bu gün Y2K stilində smartfonunuz olacaq - 2000-ci illərin ruhuna uyğun. Sabah - balerinaların üslubunu əks etdirən Coquette Core ruhunda. Əlinizdə sadəcə bir gadcet deyil, istənilən üslubla uyğunlaşacaq texnoloji aksesuar olacaqdır.

2. Edge kənar menyusu

E-poçtunuza, kalkulyatora və ya tez-tez istifadə etdiyiniz hər hansı digər tətbiqə tez daxil olmağa kömək edir. Bunu etmək üçün qovluqlarda işarəni axtarmağa ehtiyac yoxdur - sadəcə ekranı sağa sürüşdürün və sürətli işə salma panelini görəcəksiniz.

3. Səs yazılarının transkripti

Siz jurnalist və ya layihə menecerisinizsə, artıq diktofondakı bir neçə saatlıq səs yazılarına qulaq asmağa ehtiyac yoxdur, çünki onlar mətnə ​​çevrilə bilər. Bunun üçün 4 addımı yerinə yetirin:

  • 1. Diktofonda lazımi yazını seçin.

  • 2. «Transkripsiya etmək» üzərinə vurun.

  • 3. Dil seçin və yenidən «Transkripsiya etmək» üzərinə vurun.

  • 4. Transkripsiya ilə işləyin


Transkripsiya üzrə köməkçi bununla məhdudlaşmır: bununla siz səs yazısının xülasəsini yarada və hətta onu ingilis və ya çin kimi 16 dildən birinə tərcümə edə bilərsiniz.

4. Bölünmüş ekran

Birdən çox tətbiqi işə salmaq üçün iki smartfona ehtiyac yoxdur. İndi bir cihazdan bir neçə tətbiqlərdə işləmək olar.

Məsələn, Galaxy Z Fold kimi qadcetlərin ekranlarını iş zonalarına bölmək mümkündür: birində podkasta baxmaq, digərində isə işgüzar söhbəti aparmaq mümkündür. Adi, çevik olmayan ekranlı cihazlarda da bir neçə pəncərə aça bilərsiniz - məqalədən tutmuş sevimli televiziya serialınadək. Bunu belə etmək olar:

  • ● Edge kənar panelini açın.

  • ● Aktiv tətbiqlərdən birinin işarəsi üzərinə vurun və gözləyin.

  • ● Onu ekranın yuxarı və aşağı hissəsinə çəkin.

  • ● Ekranın boş hissəsi üçün tətbiqi seçin.


Bundan əlavə bir neçə proqramdan toplunu yadda saxlamaq olar Siz hər gün eyni tətbiqlərdən istifadə edirsinizsə bu olduqca faydalıdır. Ekrandakı pəncərələr arasındakı üç nöqtə üzərinə, sonra isə ulduz işarəsinin üzərinə vurun. Onu desktopa və ya Edge panelinə əlavə edin.

5. Cihazlar arasında sürətli məlumat mübadiləsi

One UI Quick Share opsiyasını dəstəkləyir — bir neçə dəfə vurmaqla şəkil, video və mətnlərin göndərilməsi. Onunla Bluetooth və ya Wi-Fi-ya ehtiyac qalmır: bir neçə düymə üzərinə vuraraq faylı Galaxy smartfonuna göndərmək kifayətdir. Dostlarınızın cihazı One UI ilə işləmirsə, məzmun göndərmək və onu dostunuza göstərmək üçün QR kodu yarada bilərsiniz.

6. Sensor düymələrin əvəzinə jestlər

Ekrandakı sensor düymələrini sevmirsinizsə, onlardan qurtula və düymələri əvəz etmək üçün alternativ jestlər əlavə edə bilərsiniz.

Onları işə salmaq üçün One Hand Operation+ tətbiqini endirin və svayp və toxunuşları tənzimləyin. Əlvida, düymələr - salam unikal jestlər, onlarla rahatlığınızı təmin edə bilərsiniz.

7. PDF faylların mətnə çevrilməsi

Samsung Galaxy telefonu və ya planşetini necə yeniləmək olar?

PDF Overlay Translation — One UI 6.1.1.-in yeni funksiyalarından biridir. Onunla pdf sənədindəki mətni transkripsiya və tərcümə edə bilərsiniz.

Opsiyanı işə salmaq üçün, Galaxy Notes açın və onları pdf faylına yükləyin. Daha sonra Galaxy AI işarəsinə toxunun - onu tanımaq asandır, ikonun üzərində 3 ulduz var. Aktivləşdirmək istədiyiniz rejimi seçin, məsələn «Mətnin tərcüməsi» Bir neçə dəqiqə ərzində tərcümə hazırdır.

8. Sketch-to-Image

Bu funksiya layihəni şəkillərə çevirir. Onunla işləmək üçün, qeydləri açın və layihə (sketç) yaradın. Bundan sonra AI rejimini seçin və süni intellektə etibar edin: funksiya onu tamamlayacaq.

Sketch-to-Image opsiyası ilə moodboard qurmaq, sosial media üçün illüstrasiyalar yaratmaq və ya desktop üçün qeyri-adi divar kağızı yaratmaq asandır. Rəqəmsal dünyadan uzaqdasınızsa belə bu funksiya lazım ola bilər. Uşağınıza sənət dərsləri üçün hazırlanan layihə ilə kömək etmək və ya brend hədiyyələr üçün şəkillərin yaradılmasını asanlaşdırır.

9. Sağlamlığın yoxlanılması (mini çekap)

Galaxy Watch saatları real vaxt rejimində ürək döyüntüsünüzü, nəbzinizi və yuxu keyfiyyətinizi izləyir və sonra bütün məlumatları smartfonunuza ötürür. Cihazınız sağlamlıq problemi aşkar edərsə, siz Samsung Health* tətbiqində EKQ testindən keçmək üçün bildiriş görəcəksiniz.

10. AI köməkçisi vasitəsilə çat

Həmkarınıza nəzakətlə necə cavab vermək barədə düşünmək lazım deyil: ağıllı köməkçi sizin yerinizə hər şeyi edəcək.

Sadə işləyir: yazışmaları açın, Galaxy AI rejimini seçin, sonra «Mətn Generatoru» əmrini verin. Rəqəmsal köməkçi söhbətə necə davam etmək barədə seçimlər təklif edəcək.

Qaralama hazırlamısınız, o isə çox qəzəblidir, problem deyil: mətni seçin, Galaxy AI rejimini yenidən işə salın, mesajın tonunu və növünü seçin – smart köməkçi mətninizi işgüzar yazışmaların bütün qaydalarına uyğun tərtib edilmiş məktuba çevirəcək.

Yeni One UI-də hansı maraqlı funksiyalar var?

Yenilənmə vaxtıdır

  • *One UI, Edge, Sketch-to-Images, Z Fold, Ultra, Pro, Z Flip, Samsung Health, Quik Share, One Hand Operation, PDF Overlay Translation, Galaxy Buds3 Pro.
  • *Fitnesslə məşğul olduqda və ümumi fiziki qiymətləndirmədə istifadə üçün nəzərdə tutulub. Hər hansı xəstəliyin diaqnostikası və ya müalicəsi üçün nəzərdə tutulmamışdır. Nəticələr yalnız məlumatlandırma məqsədi daşıyır. Zəhmət olmasa ixtisaslı tibb mütəxəssisi ilə məsləhətləşin.

Digər hekayələri oxuyun