Fotosessiya və videoçəkiliş üçün işıq necə tənzimlənməlidir
Shevchenko.air Telegram kanalının videooperatoru və müəllifi Aleksandr Şevçenko tövsiyə verir.
Aleksandr Şevçenko, videooperator, Aeroçəkiliş akademiyasının təsisçisi, Shevchenko.air Telegram kanalının müəllifi
20.01.2026 | ~8 dəq.
Görüntünün keyfiyyətini yeni səviyyəyə çıxarmaq üçün kameranı dəyişmək mütləq deyil: işığı düzgün tənzimləmək kifayət edir. Explore-un xahişi ilə, videooperator Aleksandr Şevçenko insan çəkilişi üçün baza prinsipləri və sxemləri haqqında söhbət açır. Bu tövsiyələr yeni başlayanlara kadrları gözəlləşdirməyə kömək edəcək və cəsur eksperimentlər üçün əsas təşkil edəcək.
Pulsuz: təbii işıqlandırma
Çəkiliş üçün ən sadə və əlçatan «lampa» günəşdir: sadəcə pərdəni açın. Lakin təbii gündüz işığından da istifadə etməyi bacarmaq lazımdır. Diqqət etməli olduğunuz üç bənd:
- • Modelin işıqlandırma mənbəyinə nisbətdə yerləşməsi. O, pəncərəyə nə qədər yaxın olarsa, kölgələr o qədər yumşaq olacaq –– bu yaxşı əlamətdir. Otağın mərkəzində modelin üzü tünd və yastı olacaq və əksinə: pəncərənin yanında çəkiliş obyekti həcm və canlı ifadə əldə edəcək.
- • Baxışın istiqamətləndirildiyi yer. İşığa doğru çevrilən kimi, gözlərin içində işıq əksi əmələ gələcək. Baxış alovlanır və, yenə də, canlı görünür.
- • Fon. Neytral fon seçin. Beləliklə, fon diqqəti öz üzərinə çəkməyəcək. Təbii işıqlandırmanın xüsusiyyəti ondan ibarətdir ki, o, həm üzü, həm də arxa fonu vurğulayır. Arxada bir topa əşya və ya rəngarəng xalça varsa, izləyicinin diqqəti oraya yönələcək.
Kinodakı kimi görüntünü necə əldə etmək olar?
Parlaq işıqlandırma şəraitində kölgələr xüsusi dərinlik əldə edir və nəzərə çarpır. Bəzən, burnun kölgəsi üzün yarısını tutur. Burada işıq dağıdıcılar imdada yetişir: tül, nazik ağ parça və ya hətta, işıq buraxırsa, ağ çətir. İşıq dağıdıcını modellə günəş arasında yerləşdirin və işıq yumşaq, kinodakı kimi olacaq. Adətən, peşəkarlar məhz bu sehrə görə pəncərənin yanında şəkil çəkirlər.
Pulsuz: əl altında olan mənbələr
Hər bir evdə eksperimentlərin keçirilməsi üçün istifadə oluna biləcək çoxsaylı işıq mənbələri var.
Tavandakı işıq, adətən, uyğun hesab olunmur, çünki gözlərin, burnun və çənənin altında kəskin kölgələri yaranmasına səbəb olur.
Adi masaüstü lampa isə, yaxşı işıq mənbəyi qismində çıxış edə bilər. Əsas olan məsələ birbaşa üzü işıqlandırmamaqdır. Əks halda, sərt, xoşagəlməz kölgələr əmələ gələcək. Lampanın işığını ağ divara, tavana və ya vatman vərəqinə yönəltmək olar. Səthdən əks olunan işıq yumşaq dağılmış axın verəcək.
Zəncirə, şam və ya torşer xüsusi əhval-ruhiyə formalaşdırmağa kömək edəcək. Onlar studiya keyfiyyətini təmin etməsə də, atmosfer unikal olacaq: isti ev işığı və hətta müəyyən dərəcədə kinematoqrafiya ab-havası. Yanan şamı obyektin üzünün sol tərəfində yerləşdirməklə, dramatik portret əldə etmək olar. Arxa planda duran zəncirə gözəl bulanıq işıq dairələrinə çevriləcək (boke effekti). Hətta telefon fənərinin işığını belə, su ilə dolu bir stəkandan keçirildikdə, maraqlı şəkildə qırıla bilər. Müxtəlif mənbələrin kadrda özünü necə apardığına baxın və ən yaxşı variantları seçin.
Galaxy AI gücünü fotoşəkillərdə necə istifadə etmək lazımdır
Galaxy smartfonlarındakı fotoşəkil assistenti yaradıcılıq ideyalarını düşündüyünüz kimi gerçəkləşdirməyə kömək edir. Onların köməyi ilə kadrdan artıq obyektləri silmək, fonu dəyişdirmək və ya bulanıqlıq vermək mümkündür. Ağıllı tövsiyələr funksiyası isə, həmişə nəyin daha yaxşı hala gətirilə biləcəyini deyəcək və şəkli saniyələr içində dəyişdirəcək.
AI redaktor fotoşəkillərdəki obyektlərin yerini dəyişməyə və ya kadrın əyilmə bucağını dəyişdirməyə, bu zaman əlavə fon əlavə etməyə imkan verir. Bu funksiyanı aktivləşdirmək üçün Qalereyada fotoşəkili açın və AI işarəsinə basın, obyekti haşiyəyə alın, yerini dəyiş opsiyasını seçin və Yarat düyməsinə basın.
Büdcənizə uyğun: halqa lampa
Halqa lampalar blogerlər, vizajistlər və tatu ustaları arasında məşhurdur. Belə işıq mənbəyi heç bir kölgəyə yer vermədən, bərabər işıqlandırma verir. Görüntü hamar və gözəl alınır. Dəridəki kiçik çatışmazlıqlar yox olur, gözlərdə halqa lampalara xas dairəvi əks əmələ gəlir.
Lakin mənfi bir cəhət də var: üz yastı, həcmsiz olur. Makiyaj, strim və ya alış-veriş icmalları üçün bu, ideal seçimdir. Lakin bədii portret və ya müəyyən ab-havalı kadr əldə etmək istəyirsinizsə, kölgələr əlavə edin: məsələn, yan tərəfdən masaüstü lampa qoyun və ya əlavə olaraq üzü işıq əks etdirən materialla, məsələn, zərvərəqlə işıqlandırın.
Halqa lampanı necə quraşdırmaq lazımdır?
Lampanı göz səviyyəsindən bir az yuxarı səviyyədə yerləşdirin. İşıq yuxarıda düşəcək və üz kadrda yastı görünməyəcək. Lampanın yeri bir az qırağa tərəf dəyişdirildiyi halda isə, maraqlı kontrast effekt əldə olunacaq.
Peşəkarlardakı kimi: studiya cihazları
Studiya işıqlandırmasının köməyi ilə siz əsl sehrbazlıq edə bilərsiniz.
Baza sxemində fotoqraflar üç mənbədən istifadə edirlər:
- • Əsas (təsvir edici) — adətən, ən parlaq olur, o, obyekti işıqlandırır və kadrın xarakterini müəyyən edir
- • Doldurucu — əsas işıqlandırmanın verdiyi dərin kölgələri yumşaldır
- • Kontr-işıqlandırma — arxada yerləşdirilir: modeli fondan ayırır, həcm əlavə edir.
Lakin bir cihazla da işləmək olar. Bir mənbəni müəyyən bucaq altında yerləşdirin və budur: nuar üslubunda dramatik kadr hazırdır. Bir neçə lampa –– və görüntünü artıq reklam bannerinə çap etmək olar. Hər şey qarşıda duran tapşırıqdan asılıdır: müsahibə, dəbli brend üçün çəkiliş, musiqi klipi –– hər bir janrın öz sxemləri var.
Lakin eksperimentlərə bir işıqlandırma mənbəyi ilə gerçəkləşdirilən üç klassik işıqlandırma sxemindən başlamaq olar –– onları hər kəsə sınaqdan keçirməyi tövsiyə edirəm.
|
İşıqlandırma sxemi |
Effekt |
Necə tənzimlənməlidir |
|---|---|---|
|
Rembrandt |
Üzün üzərindəki tünd və parlaq hissələr arasındakı kontrast sayəsində həcm verir. Xarakterik xüsusiyyəti –– üzün tünd hissəsində işıq üçbucağı, rəssam Rembrandt Van Reynin şəkillərindəki kimi. |
Belə bir effekt əldə etmək üçün işıqlandırma mənbəyini bir az yan tərəfdə, modelə nisbətdə təxminən 45 dərəcə bucaq altında. Modelə qədər olan məsafə –– təxminən 2 metr başın üzərində 1.5 metr hündürlükdə (mənbəni bir az aşağıya doğru əyin). |
|
Kəpənək |
Belə işıqlandırma burnu və almacıq sümüklərini vurğulayır –– insan daha incə, üz isə, vizual olaraq daha uzun görünür. Bu üsula kəpənək adı burnun altında əmələ gələn və forması kəpənəyə oxşayan kölgəyə görə verilib. |
İşıqlandırma mənbəyi yuxarıdan modelə yönəlir və kameranın üzərində yerləşdirilir. |
|
Kontr-işıqlandırma |
Bu üsul insanı fondan ayırmağa kömək edir. Qəhrəman tamaşaçının qarşısına çıxacaq. Kontr-işıqlandırma sayəsində çox dramatik kadrlar əldə etmək olar. |
İşıqlandırma mənbəyi modelin arxasında yerləşir, ənsəni və çiyinləri işıqlandırır. |
Hansı rəng temperaturunu seçmək lazımdır?
Rəng temperaturundan kadrın əhval-ruhiyyəsi də asılıdır. Rəng temperaturu kelvinlə ölçülür. Bir çox işıqlandırma mənbələrində bu dəyəri tənzimləmək mümkündür. Soyuq işıq (5000 К-dən başlayaraq) görüntünü ciddi, işgüzar görüntüyə çevirir. İsti işıq (2700–3500 K) — rahat və səmimi. Kinoda ofis və evdə şam yeməyi səhnələrinin necə fərqli hiss verdiyini xatırlayın. Bir çox aspektdə bu effekt düzgün seçilmiş rəng temperaturu sayəsində əldə olunur.
Galaxy telefonlarında Expert RAW tətbiqinin köməyi ilə kamera tənzimləmələrini dəyişmək və fotoşəkilləri RAW icazəsi ilə yaddaşda saxlamaq mümkündür*.
Küçədə necə şəkil çəkmək lazımdır
Açıq havada çəkiliş zamanı hər şey günün vaxtından asılı olur. Gün çıxandan dərhal sonra və ya gün batmazdan öncə «qızıl saat» hesab olunur: işıq yumşaq və isti, kölgələr isə, uzun və gözəl olur. Bu vaxt çəkilən kadrlar demək olar ki, həmişə uğurlu alınır.
Gündüz vaxtı birbaşa günəş şüaları altında şəkil çəkməmək daha yaxşıdır: günəş sərt işıq verir, işıq ləkələri əmələ gətirir və kəskin kölgələrlə üzü «qırır». Seçim yoxdursa, kölgədə, məsələn, divarın yanında və ya ağacın altında çəkməyə çalışın. İşıq daha yumşaq olacaq və model təbii görünəcək.
Özüm, adətən, buludlu havada çəkməyi sevirəm. Buludlar nəhəng işıq dağıdıcı qismində çıxış edir. İşıq bərabər və yumşaq olur.
Fon da əhəmiyyət kəsb edir. Universal variant –– uzaq arxa plan: orada nə baş verdiyindən asılı olmayaraq, o, kadrda bulanıq olacaq. Tünd birtonlu arxa fon üzü emosiyasız hala salacaq, arxada parlaq insan toplusunun olması isə, tamaşaçının diqqətini özünə cəlb edəcək.
Əlavə avadanlıqdan istifadə etmək istəyirsinizsə, küçədə əsas şey işıq əks etdiricidir: ucuz, sadə, lakin inanılmaz dərəcədə effektiv. Ağ əks etdirici yumşaq, gümüşü –– parlaq və soyuq, qızılı isə, isti və günəşli işıq verir.
Əks etdiricinin köməyi ilə üzü işıqlandırmaq, gözlərin altındakı kölgələri yox etmək və ya əks əlavə etmək asandır. Küçədəki bahalı projektorlar, adətən, fayda vermir, günəş, hər halda daha parlaq olur. Əks etdirici isə, işini məhz günəş işığı ilə görür və onu sizə lazım olan istiqamətə yönəldir.
Əks etdirici almaq mütləq deyil, əks etdirici qismində ağ karton vərəqi, bir parça zərvərəq və ya açıq rəngli divar çıxış edə bilər. Əsas məsələ bucağı tutmaqdır. Bir çox fotoqraf və operatorlar assistentlə işləyirlər, çünki assistent əks etdiricini tutur. Çəkilişi tək aparırsınızsa, sadəcə, onu hər hansı bir əşyaya söykəyin, divara yapışdırın və ya ştativdə bərkidin.
Məsələn, axşam çəkilişi zamanı mən qızılı əks etdiricidən istifadə etməyi sevirəm. Günəş artıq batsa belə, o, gün batımı hissini geri qaytarır, kadra istilik və sehr əlavə edir.
Nəticə olaraq
Pəncərənin yanında telefonlamı çəkiliş apardığınız, yoxsa studiyada peşəkar avadanlıqlardanmı istifadə etdiyiniz əhəmiyyət kəsb etmir. Hər şeyi həll edən işıqlandırmadır. İşıqlandırma üzü yumşaq və incə edə, habelə, onu dramatik bir maskaya çevirə bilər. Əsas məsələ: cəhd etməkdən, eksperiment aparmaqdan və işığın müxtəlif hallarda və mənbələrin müxtəlif yerləşməsi şəraitində özünü necə apardığını izləməkdən çəkinməyin.
Kontent-studiya sizin cibinizdə
Galaxy Z Fold7
Galaxy Z Flip7
Galaxy S25 Ultra