Sağlamlıq

Əziyyətsiz qurutma: qurutma maşınları
və buxar dolabları necə işləyir

Bir-iki saat və budur: paltarı geyinə bilərsiniz.

13.01.2026   |   ~7 dəq.

Qurutma maşınları, günəşin, küləyin və qızdırıcıların işini öz üzərinə götürüb, sadəcə hər şeyi daha tez, daha səssiz edir və çox yer tutmur. Bunu necə edə bildiklərini danışırıq.

Qurutma maşını necə işləyir?

Özünüzə paltaryuyan maşındakı kimi bir baraban təsəvvür edin. Sadəcə bu barabanda paltar suyun çində deyil, hava axınında hərəkət edir. Hava isinir, fırlanan paltarın üstünə bərabər şəkildə vurur, parçalardakı nəmi yox edir və geriyə quru şəkildə qayıdır. Sehr? Xeyr, sadəcə fizika. Lakin bu o qədər də vacib deyil. Əhəmiyyətli olanı odur ki, qurutma proqramı başa çatdıqdan sonra siz, mənzildəki rütubətdən və küçədəki havadan asılı olmayaraq, maşından ideal şəkildə qurumuş paltar çıxarırsınız.

Qurutma maşınları hansı qruplara bölünür?

Ayrıca modellər


Qurutma maşınları aləminin əsl nəhəngləri. Dəsmallardan pərğu ədyallara qədər hər şey yerləşəcək. Tez, diqqətli qurudur, illərlə işləyir və məzuniyyət istəmir. Çirkli paltar səbətinin Böyük həftəlik alış-verişdən sonra soyuducudan daha tez dolduğu ailə üçün ideal seçimdir.

Paltaryuyan və qurutma maşınları 2-i 1-də


Südlü qəhvə kimi: bir korpusda iki həzz. «Eyni vaxtda hər şey» formatında olan qurğular əvvəlcə paltarları yuyur, daha sonra isə, onları dərhal qurudur. Sviterlər, pərğu gödəkcələr, incə parçalar yumşaq şəkildə hava axınına verilir, həddindən artıq qızdırılmır. Bespoke AI* modellərində süni intellekt hər bir parça növü ilə necə davranacağına dair qərarı özü verir ki, qayğı maksimal dərəcədə ehtiyatlı olsun.

Buxar dolabı: paltara dəbli
qayğı

Tipik hekayə: qarderobunuzda xüsusilə sevdiyiniz və qoruduğunuz bir paltar var. Onu paltaryuyan maşına yumaq olmaz, tez-tez kimyəvi təmizləməyə getmək isə, istəmirsiniz. Nəticə olaraq, bu paltarı, demək olar ki, geyinmirsiniz. Buxar dolabı vəziyyəti dəyişə bilər: o, köynəklər, sviterlər, paltolar, pərğu gödəkcələr və adi qaydada yuyulması uyğun olmayan digər paltarlar üçün ideal seçimdir.

Dual JetSteam* buxarla ikiqat təmizləmə sistemi dezinfeksiya edəcək, xoşagəlməz qoxuları, tozcuqları və mikroorqanizmləri yox edəcək. Güclü hava axınları parçanın liflərinə dərindən nüfuz edir və onu tozdan ehtiyatlı şəkildə təmizləyir. AI Dry* intellektual sistemi isə, optimal qurutma vaxtını özü hesablayır.
Paltar gündən genə yeni kimi görünür. Bu, soyuq mövsümdə xüsusilə aktualdır. Qurutma dolabında yağışdan sonra paltonu qurutmaq, islanmış ayaqqabıları qoymaq, iş günündən sonra pencəyi havalandırmaq, uşaqlar üçün yumşaq oyuncaq gözlənilməz şəkildə asfalta düşdüyü halda, onu dezinfeksiya etmək olar. Təmiz, təravətli və əziyyətsiz.

Mühərriklər: maşının ürəyi

Qurutma maşınlarında iki əsas mühərrik növü istifadə olunur: ənənəvi kollektor və müasir invertor mühərriki.

  • ● Kollektor mühərriki zamanla yoxlanmış, lakin bir az səs-küylü bazadır. Belə motor fırlanan hissəyə cərəyan verən fırçalarla (qrafitdən!) işləyir. Sürtünmə səbəbi ilə qızır və səs salır, lakin "dürüst" şəkildə xidmət edir.

  • ● İnvertor mühərriki daha sakit, daha davamlı, daha qənaətcildir və daha uzun müddət işləyir. Sürtünmə yoxdur –– sadəcə maqnit sahəsi və qəfil hərəkət olmadan səlis işləmə. Etibarlılıq sayəsində, istehsalçıların belə mühərriklər üçün zəmanəti, adətən, daha uzun olur. Məsələn, Samsung-da — 10 il.

Qurutma növləri

Üç əsas qurutma növü var:

  1. Kondensasiya qurutması
    Mənzillər üçün klassika. Nəmi bir konteynerə yığır — sadəcə suyu tökün, vəssalam. Asan quraşdırılır, minimal qulluq tələb olunur.

  2. Ventilyasiya qurutması
    Həyət evləri üçün: isti havanı şlanqla çölə buraxır. Bir az daha tez qurudur, lakin, bunun üçün havaçıxarma sistemi tələb olunur.

  3. İstilik nasosu
    Özünü həm mənzillərdə, həm də həyət evlərində yaxşı nümayiş etdirən qabaqcıl texnologiya. Barabana verilməzdən öncə, hava təkrar qızdırılmır, təkrar istifadə olunur – təxminən, kondisionerdəki kimi, sadəcə tərsinə. Belə qurutma maşınlarında paltarlar sabit və orta temperaturda qurudulur, həddindən artıq qurumur və formasını itirmir. Daha az enerji sərf edir, paltara daha çox qayğı göstərir.

Enerji effektivliyi:
qurutma maşını nə qədər enerji sərf edir?

Markalamadakı hər bir "+" işarəsi elektrik enerjisi hesabında daha çox qənaəti bildirir. A+, A++, A+++ — "+" işarəsi nə qədər çoxdursa, siz o qədər çox qənaət edirsiniz. Məsələn, A+ ilə müqayisədə, A+++, 1 kq quru paltara, 0,5 kVt∙saat əvəzinə 0,24 kVt∙saat enerji sərf edərək, 40%-dək enerjiyə qənaət edə bilər. Hələ daha aşağı enerji effektivliyi sinfindən, məsələn, B və ya C sinfindən danışmırıq. Tez-tez paltar qurudursunuzsa, qənaət artıq bir neçə aydan sonra nəzərə çarpan dərəcədə olacaq.

Burada invertor mühərriki və istilik nasosu ideal kombinasiyadır. Onlar superqəhrəman cütü kimidir: biri enerjini idarə edir, digəri isə, istiliklə ehtiyatlı şəkildə davranır. Paltarlar minimal elektrik enerjisi sərfiyyatı ilə quru və yumşaq olur.

Müasir texnologiyalar
və təhlükəsizlik

Qabaqcıl modellər parça növünü özü müəyyən edir, optimal temperaturu və qurutma vaxtını seçir. Hər innovasiya ilə məişət qayğısı daha da azalır! Özünüz baxın:

  • SmartThings — Samsung-un firma tətbiqidir. Bu tətbiq müxtəlif qurğuları, o cümlədən, paltaryuyan maşını ağıllı ev sistemində birləşdirməyə kömək edir. Qurutmanı telefondan işə saldın, evə gəldin, paltarlar isə, artıq hazırdır.

  • Samsung cihazlarında AI intellektual idarəetmə paneli* qurutmanı həqiqətən fərdiləşdirmiş prosesə çevirir. Sistem sadəcə optimal temperatur rejimlərini təklif etmir, həmçinin, nəyə üstünlük verdiyinizi yaddaşında saxlayır. Bu, onun üçün edilir ki, paltarları sevdiyiniz kimi götürəsiniz.

  • Nəmlilik sensorları — barabanın içində mini meteostansiya: onlar paltarların nə vaxt hazır olduğunu dəqiqliklə bilir. Nə qısaqol köynəklər həddindən artıq qurumur, nə də corablar yaş qalmır.

  • Buxarla qurutma — sanki paltar üçün SPA-dır: qırışları açır, dezinfeksiya edir və paltarlara yeniliyini geri qaytarır.

  • Gecə rejimi — pıçıltıdan da sakit. Yatarkən quruda bilərsiniz.

  • İstilik mübadiləçisinin avtomatik təmizlənməsi — maşın onun (istilik mübadiləçisinin) üzərində yığılmış tozu özü təmizləyir.

  • Təhlükəsizlik sensorları maşına həddindən artıq qızmağa icazə verməyəcək və filtr tutulduğu halda, bu barədə məlumat verəcək.

Hansı parçaları qurutmaq olar,
və hansı parçaları qurutmamaq daha yaxşıdır

Pambıq və sintetika — bu materiallar qurutmanı sevir, qurutma prosesindən sonra yumşaq, yüngül və rahat olur. Əsas məsələ barabanı tıxanana qədər doldurmayın və düzgün rejimi seçin.

Yun və ipək — bu materiallarla ehtiyatlı olmaq lazımdır. İncə rejimi işə salın: beləliklə, yun paltarlar girməyəcək, ipək isə, parlaqlığını itirməyəcək. Bespoke AI xəttindən olan paltaryuyan-qurutma maşınları incə materialların öhdəsindən daha yaxşı gəlir: onlar həm pərğu gödəkcələrlə, həm ipəklə, həm də yunla düzgün davranmağı bacarır. Yumşaq oyuncaqları isə, rahatlıqla buxar dolabında quruda bilərsiniz. Bəli, buxar dolabı sadəcə kostyum üçün deyil.

Qurutmada süni intellekt yoxdur, lakin pərğu gödəkcəni hər halda qurutmaq lazımdırsa, istehsalçının tövsiyələrinə riayət edin, aşağı temperatur rejimindən istifadə edin və barabana bir neçə tennis topu əlavə edin –– onlar doldurucunu bərabər şəkildə paylamağa və şişmə gödəkcəni həcmli formada saxlamağa kömək edəcək.

İdman parçaları və krujeva — bu, ayrıca bir məsələdir: birkanın üzərində və ya brendin saytında göstərilən göstərişlərə riayət edərək, qısa qurutma sikllərindən və ya xüsusi kisələrdən istifadə edin.

Evdə quraşdırma və tutduğu yer

Qurutma maşınını istənilən yerdə yerləşdirmək olar – istər hamam otağında, istər mətbəxdə. Əsası odur ki, elektrik yuvası nəmdə təmizlənmiş və hava sirkulyasiyası üçün boş yer qalmış olsun (modeldən asılıdır, adətən, hər tərəfdən ən azı 10 sm).

Yerə qənaət etmək üçün qurutma maşınını sütunun içinə paltaryuyan maşını üstünə qoymaq olar. Belə konstruksiyalar dəbli görünür. Eyni zamanda etibarlı olması üçün isə, cihazların birləşdirilməsi üçün bərkitmələr mövcud olur. Texnika ilə eyni brenddən olsa daha yaxşı olar: istehsalçılar bərkitmələri xüsusi olaraq öz modelləri üçün hazırlayır.

Bundan əlavə, qurutma maşınını divarın içinə və dolaba quraşdırmaq olar – beləliklə, qurutma maşını interyer əşyaları fonunda seçilməyəcək.

Buxar dolabı ilə vəziyyət daha asandır. Müasir dizaynı sayəsində, buxar dolabı istənilən otağın üslubuna uyğun gələcək. Onu da divarın için yerləşdirmək və ya qarderob otağında quraşdırmaq olar. Qoşulması üçün sadəcə elektrik yuvası lazım olacaq.

«Hər şey birində» tipli cihazları da unutmamaq lazımdır. Paltaryuyan maşın və qurutma maşını bir korpusda – əsl məkana qənaət budur!

Qayğı və qulluq

Yaxşı olardı ki, filtr hər istifadədən sonra təmizlənsin. Filtrdə xov və toz yığılır. Filtr tutulduğu halda isə, qurutma ləngiyir və daha çox enerji sərf olunur. Sadəcə toru çıxarın, xovu götürün.

İstilik mübadiləçisi – diqqətə layiq olan ikinci qəhrəman. Ayda bir dəfə onu su ilə yuyun, yaxşıca qurudun və geri qaytarın. Modeldə avtotəmizləmə nəzərdə tutulubsa, hər şey daha da asandır.

Həmçinin, vaxtaşırı olaraq, suyun axıdıldığı şlanqı və maşının ətrafındakı aralıqları (hər tərəfdən saxlanılan həmin «10 sm hava») da yoxlamaq lazımdır.

Qurutma maşınları
haqqında əslində gerçəyi əks etdirməyən miflər

«Qurutma maşını paltarları xarab edir» — ipək bluzlar dəsmallar üçün rejimlə qurudulduqda, bəli, bu, belə olacaq. Müasir maşınlar parça növünə adaptasiya olur.

«Elektrik enerjisini su kimi içir» — çaydan daha çox elektrik enerjisi sərf edir! İstilik nasosu və invertor mühərriki ilə sərfiyyat minimal olur.

«Paltarı asmaq olar, bu maşın nəyə lazımdır?» — fərq ondadır ki, qurutma maşınında paltarlar bir-iki saata quruyur, nəm qoxusu vermir və yumşaq qalır. Otağın ortasında isə, heç bir paltar asqısı durmur.

Əsas məsələ: sizin üçün
ideal olan qurutma maşınını necə seçmək olar

  • ● Ailəniz böyükdür? Sizə istilik nasosu ilə qurutma maşını lazımdır.

  • ● Kiçik mənzildə yaşayırsınız? 2-i 1-də modellərə baxın.

  • ● Qarderoba maksimal qayğı lazımdır? Buxar dolabı hər şeyi sizin əvəzinizə edəcək.

İdeal qurutma maşınınızı seçin və qoy paltarlardan qızdırıcı deyil, təravət qoxusu gəlsin!

Ağılla qurudur

Digər hekayələri oxuyun