Sağlamlıq

Pişik və tozsoranı necə dostlaşdırmaq olar:
müvəffəqiyyət əldə edənlərdən məsləhətlər

Ev heyvanları sahiblərinin təcrübəsini təhlil etdik və ümumiləşdirdik.

07.08.2025   |   ~5 dəq.

Tozsoranlar insanlar üçün adi məişət texnikasıdır, lakin pişik üçün onlar əsl stress mənbəyinə çevrilə bilər. Bir çox ev heyvanı sahibləri qeyd edirlər ki, onların dördayaqlı dostları gizlənir, müxtəlif səslər çıxarır və bəzən hətta tozsorana hücum edir. Gəlin baxaq, bu cür hallarda pişiyin cihazı sakit qəbul etməyi üçün nə etməliyik.

Pişiklər tozsoranlardan niyə qorxurlar?

Pişiklərin olduqca həssas eşitmə qabiliyyəti var: onlar 65 kHz və daha yüksək tezlikləri, insanlar isə 20 kHz-ə qədər tezlikləri qəbul edə bilirlər. Ev heyvanları üçün tozsoranın səsi xoşagəlməzdir və cihazın hərəkətləri (xüsusən də pişiyə doğru istiqamətdə) təhlükə hissini artırır. Bəzən ev heyvanları işləyən cihazı təhlükə kimi qəbul edir, bundan əlavə yeni cihazın naməlum qoxularına alışmaq üçün də vaxt lazımdır.

Ev heyvanınızın tozsoranı təhlükə kimi qəbul etdiyini xarici təzahürlərinə görə müəyyən edə bilərsiniz: qulaqları arxaya çəkilir, bədən gərgindir, tüklər qalxır, bel əyilir. Nəfəs ritmi artır, hətta titrəmə də ola bilər. Pişik naməlum təhlükədən gizlənməyə çalışa bilər, məsələn, kreslonun altına girərək gizlənərək və ya əksinə, cihazı "məğlub etmək" qərarını verə bilər - fısıltı və hətta hücum. Pişiyinizdə stressin digər əlamətlərinə tozsoranla baş verən insidentdən sonra yeməkdən qəfil imtina və ya cihazla təmasdan sonra həddindən artıq yalama daxildir.

Bu əlamətlərdən hər hansı birini görsəniz, ev heyvanınızı cihazınızla "dostluq etməyə" öyrəşdirməyə və mənfi emosiyaları minimuma endirməyə çalışmalısınız. Unutmayın ki, tam dəqiq və 100% işlək metod yoxdur - ev heyvanınıza kömək edəcək bir metodu tapmaq üçün bir neçə variantı sınayın. Vəziyyəti düzəldə bilməsəniz, mütəxəssis, məsələn baytar həkim və ya zoopsixoloqla məsləhətləşin.

Ev heyvanınız və tozsoran arasında dostluq münasibətləri yaratmağın ən sürətli üsulu

Müasir tozsoran modelləri ev heyvanları üçün heç də qorxulu deyil: onlar demək olar ki, səssizdir, heyvanlara baxa bilirlər və dərhal onların dostuna çevrilirlər.

Robot Jet Bot Combo Al Steam+ — məhz belə cihazlardandır. Daxili kamera heyvanları tanıyır və onları narahat etmir. Ev heyvanınızın əhval-ruhiyyəsi yaxşı olduqda isə, tozsoran həmişə onu üzərində mənzildə gəzdirməyə hazırdır.

Evdə heç kim olmadıqda, tozsoran ev heyvanınızın hazırda nə etdiyini göstərəcək: Pet Care texnologiyası ilə SmartThings tətbiqi vasitəsilə kameradan görüntü telefonda əks olunur. Əlaqə əks istiqamətdə də təmin olunur - öz səsinizlə dördayaqlı dostunuzla əlaqə saxlaya bilərsiniz.

SmartThings xidmətlərinə baxış
Bütün ağıllı cihazlarınıza bir yerdən nəzarət edin və idarəetmə təmin

Jet Bot Combo Al Steam+ və SmartThings Pet Care-ın imkanları bunlarla məhdudlaşmır. Məsələn, robot ev heyvanınızın bəyəndiyi musiqiləri səsləndirə bilər: siz məsafədən istədiyinizi müsiqini səsləndirə və ya baytarlar tərəfindən hazırlanmış pleylistdən istifadə edə bilərsiniz. Jet Bot Combo Al Steam+-ın başqa bir üstün xüsusiyyəti ondan ibarətdir ki, o, ev heyvanlarınızın yaratdığı qarışıqlığı tanıya və dərhal onu təmizləməyə başlaya bilər ki, qayıtdığınız zaman eviniz mükəmməl vəziyyətdə olsun.

Əsas prinsip: mərhələli tanışlıq

Pişiyinizin tozsorana öyrəşdirilməsi səbr və ardıcıllıq tələb edən bir prosesdir.

Cihazı ilk dəfə istifadə etməzdən əvvəl onu görünən yerdə saxlayın. Pişik onun iyinə öyrəşəcək, cihazı araşdırdıqdan sonra onun təhlükə yaratmadığından əmin olacaq. Tozsoranın yanına pişiyinizin sevimli yeməyini və ya oyuncağını qoyun. Beləliklə pişiyinizin cihazla bağlı assosiativ düşüncəsi müsbət olacaq və ev heyvanı narahatlıq hiss etməyəcək.

İlk dəfə işə salınma

Başqa otaqda tozsoranı minimum güclə (daha səssiz işləməsi üçün) bir neçə dəfə qısa müddətə işə salın. Divarlar səsi neytrallaşdıracaq və ev heyvanınızın bu səsə alışmasını asanlaşdıracaq. Məsafəni tədricən azaldın, lakin bu kəskin baş verməməlidir: yalnız pişik reaksiya verməyi dayandırdıqda və sakit qaldıqda işləyən cihazı heyvana yaxın yerləşdirə bilərsiniz.

Cihazın səsi və ya iş rejimində qəfil dəyişikliklərdən çəkinin. Pişiyiniz müəyyən səsə öyrəşirsə, bu səs gözlənilən və daha az qorxulu olur.

Adətən robot tozsoranlar "adi" tozsoranlardan daha səssizdir, lakin ev heyvanları cihazların müstəqil hərəkət etmə qabiliyyətindən ehtiyat edə bilər. Dostluq məsələsini də eyni qaydada həll etmək olar. Robotu pişiklə eyni otaqda yerləşdirin, lakin cihazı işə salmayın: ev heyvanınızın hərəkət etməyən tozsorana alışması üçün vaxt verin. Bundan sonra başqa otaqda tozsoranı işə salın, qapıları açıq saxlayın: pişik istəsə cihaza yaxınlaşa bilər.

Müsbət davranışa görə mükafatlandırma

Pişikiniz tozsoran ətrafında sakit davrananda onu sevimli yeməyi ilə mükafatlandırın, bu da müsbət assosiasiyanı gücləndirməyə kömək edəcək. İşləyən cihazın yanında oyunlar və sığallamalar da narahatlığı azaltmağa kömək edir.

Çox güman ki, köməkçiyə ehtiyacınız olacaq: eyni zamanda tozsoranı işlətmək, ev heyvanınıza yemək vermək və onunla oynamaq çətindir.

Pişiyin rahatlıq zonası

Pişiklər gizlənmək üçün yerləri olduqda özlərini təhlükəsiz hiss edirlər, buna görə də ev heyvanınız səs-küydən və ya diqqətdən gizlənə biləcəyi rahat bir məkana malik olmalıdır. Bu kiçik ev, qutu, rəf və ya divanın arxasındakı yer ola bilər. Əsas odur ki, həmin məkan toxunulmazdır: ev heyvanı sığınacaqdan zorla çıxarılmayacağına əmin olmalıdır. Bir dəfə baş verən belə hadisə pişiyi təhlükəsizlik hissindən məhrum edə bilər.

Ev heyvanınızın tozsorana öyrəşməsini daha rahat etmək üçün baytarla məsləhətləşdikdən sonra sakitləşdirici vasitələrdən istifadə edə bilərsiniz. Məsələn, sprey və ya diffuzor şəklində pişik üz feromonunun analoqunu daxil edən dərmanlardan istifadə etməklə narahatlıq səviyyəsini aşağı salmaq olar.

Bir neçə dəfə cəhd etməyə hazır olun

Əsas fikri təkrarlayaq: pişiyin hər hansı səs-küylü cihazlara öyrəşməsi üçün onun sahibindən vaxt və səbr tələb olunur.

Heyvan tozsorandan gizlənirsə və ya səslər çıxarırsa, bir addım geri edin və ya tanışlığı yenidən başlayın. Davam etməzdən əvvəl, pişik tamamilə sakitləşənə qədər gözləyin.

Ev heyvanınız və texnologiyanız dostlaşacaq 😻

Sakit və ağıllı - pişiyiniz bəyənəcək

Digər hekayələri oxuyun