BAR Plus USB 3.1 fleş daşıyıcı 256 GB
MUF-256BE4/APC
QR kodunu smartfonunla skan et və obyekti otağına yerləşdir.
Özəlliklər
Nəfiscəsinə sürətlənin!
Klassikadan gələn modern. Bar Plus - heyrətamiz sürəti və effektiv dizaynı sayəsində hər gün istifadə edəcəyiniz yeni nəsil məlumat daşıyıcısıdır. Əldə rahat oturur, stil, sürət və uzunömürlülüyü həmahəng şəkildə bir araya gətirən metal korpus isə daşıyıcıda minimalizm mücəssəməsidir.
Faylları fleş daşıcıya köçürdün
Məlumatların ehtiyat nüsxələrinin ani yaradılması. 300 mln bay/saniyəyə çatan yüksək məlumat oxunma sürəti və ən yeni USB 3.1 interfeysi işləməyiniz, oyun oynamağınız, video seyr etməyiniz və yaradıcılığınız üçün daha çox sərbəst vaxt təmin edəcək. Bar Plus məlumat daşıyıcınızdan 3 GB 4K UHD video faylını fərdi kompüterinizə cəmi 10 saniyəyə köçürdün.
1 256/128 GB modellər üçün 300 MB/saniyəyədək; 64/32 GB modellər üçün 200 MB/saniyəyədək.
2 256/128 GB modellər üçün minimum 10 saniyə; 64/32 GB modellər üçün minimum 14 saniyə (Intel i7-8700K prosessorlu, 3,70GHz tezlikli, 8 GB DDR4 RAM, Windows 10 Enterprise 64bit əməliyyat sistemli Asus Z370-G kompüterində sınaqdan keçirilmişdir).
Etibar olunmalı məlumat daşıyıcısı
Fayllarınız həmişə və hər yerdə etibarlı şəkildə qorunur. Samsung şirkəti fleş-yaddaş cihazlarının istehsalı sahəsində dünya lideri olduğuna görə, Bar Plus daşıyıcısına çox mühüm məlumatlarınızın saxlanılmasını etibar edə bilərsiniz. Bu daşıyıcı su keçirmir1, zərbəyə davamlıdır2, yüksək temperaturlara davam gətirir3, maqnit sahələrinin4 və rentgen şüalanmasının5 təsirinə məruz qalmır.
1 Dəniz suyunda 72 saata qədər.
2 1500 g-dək təcilli zərbələr.
3 İstismar rejimində temperatur diapazonu -25°C-dən 85°C-dək, qeyri-istismar rejimində -40°C-dən 85°C-dək
4 15000 Qaussa qədər (MRI təsirinə bərabərdir).
5 50 Rentgen (hava limanlarında baqaja nəzarət üçün nəzərdə tutulmuş rentgen aparatlarının təsirinə bərabərdir).
Möhkəm və dəbdəbəli korpus
Möhkəmlik və dəbdəbənin ahəngi. Metaldan hazırlanmış möhkəm korpus məlumatlarınızın toxunulmazlığı və təhlükəsizliyini təmin edəcək, korpusa taxılmış ip dəliyi isə məlumat daşıyıcısının təsadüfən itməsinin qarşısını alacaq. Bar Plus məlumat daşıyıcısı təmtəraqlı dizayn və etibarlılığın ideal ahəngidir.
Xüsusiyyətlər
-
Ailə xətti
BAR Plus
-
Tətbiq
Fərdi kompüter, Noutbuk
-
Interfeys
USB 3.1 Gen 1 (USB 3.0/2.0 ilə geriyə uyğun)
-
Ölçülər (GxYxD)
5.46 X 40.05 X 12.02mm (0.6 X 1.6 X 0.5 düym)
-
Məhsulun növü
USB 3.1 Flash Drive
-
Məhsul ailəsi
BAR Plus
-
Tətbiq
Fərdi kompüter, Noutbuk
-
Tutum
256 mlrd bayt* Daşıyıcının faktiki istifadə olunan tutumu daha az ola bilər (formatlaşdırma nəticəsində, əməliyyat sistemi, tətbiqi proqramlarla və s. istifadə olunduğuna görə)
-
İnterfeys
USB 3.1 Gen 1 (USB 3.0/2.0 ilə geriyə uyğun)
-
Port
Standard A
-
Ölçülər (ExHxD)
5.46 X 40.05 X 12.02mm (0.6 X 1.6 X 0.5 düym)
-
Çəki
Approx. 11.5 g
-
Baud dərəcəsi
USB 3.0 üçün oxunma sürəti 300 mln bayt/saniyəyə çatır. Yazılma sürəti oxunma sürətindən azdır.* Faktiki sürət aparat vasitələrinin konfiqurasiyasından və istifadə şərtlərindən asılı ola bilər.
-
Sönmüş vəziyyətdə temperatur
-10~70℃
-
İşlək temperatur diapazonu
0~60℃
-
Maqnit sahəsi
15,000 G (Gauss)
-
rentgen şüası (X-ray)
80 KV gərginlik, 50 mkА cərəyan və 4 Vt güc ilə 500 saniyə şüalanmaya davam gətirir.
-
Sukeçirməzlik
Su duzluluğu 3% NaCl olmaqla 1 m dərinlikdə 72 saat
-
Zərbəyə davamlılıq
Təcil: 1500 g, Təsir müddəti: 0,5 msan, İstiqamət: üç x,y,z oxu üzrə
-
EMC
KC, FCC, CE, VCCI, RCM
Son baxilanlar