USB 3.1 Samsung FIT Plus 128 Gb toplayıcı
Taxın və istifadə edin
Yaddaşın artırılmasının yığcam həlli. FIT Plus toplayıcısını yuvanın içərisinə taxın və cihazlarınızın yaddaşını artırın. Bundan sonra, lazımi faylların həmişə yanınızda olması üçün toplayıcını birləşdiriciyə taxılmış vəziyyətdə qoymaq olar. Bu, lazımi fayllara asan və tez keçid əldə etmək üçün əla bir üsuldur. USB 3.1 versiyasının dəstəklənməsi məlumatların yüksək sürətlə ötürülməsi və Samsung toplayıcılarının sınaqdan keçirilmiş etibarlılığı deməkdir.
Toplayıcını yuvaya taxılmış vəziyyətdə saxlayın.
Əlavə yaddaş həmişə sizinlədir. FIT Plus Fleş toplayıcısı minimal ölçü ilə maksimal daşınma imkanıdır. Cihazınızda hər zaman istifadəyə hazır olmaq üçün hazırlanmışdır. Zərbə və ya çıxarılma zamanı təsadüfi zədələnmə riski olmadan noutbuk, smart televizorlar və avtomobilin USB yuvasına taxılmış vəziyyətdə saxlayın.
Sürətlidir. Həmişə işə hazırdır.
Vaxta qənaət edir, yaddaşı genişləndirir. USB 3.1 standartı üzrə 300 MB/saniyəyədək¹ oxunma sürəti təmin edir. FIT Plus məlumat toplayıcınızdan 3 GB 4K UHD video faylını fərdi kompüterinizə cəmi 10 saniyəyə köçürdün². Yanınızda daha çox film, oyun və musiqi saxlayın.
¹ 256/128 GB modellər üçün 300 MB/saniyəyədək; 64/32 GB modellər üçün 200 MB/saniyəyədək. ² 256/128 GB modellər üçün minimum 10 saniyə; 64/32 GB modellər üçün minimum 14 saniyə (Intel i7-8700K prosessorlu, 3,70GHz tezlikli, 8 GB DDR4 RAM, Windows 10 Enterprise 64bit əməliyyat sistemli Asus Z370-G kompüterində sınaqdan keçirilmişdir). * Faktiki sürət aparat vasitələrinin konfiqurasiyasından və istifadə şərtlərindən asılı ola bilər.
Etibar olunmalı məlumat toplayıcısı
Fayllarınız həmişə və hər yerdə etibarlı şəkildə qorunur. Samsung şirkəti yaddaş cihazlarının istehsalı sahəsində dünya lideri olduğuna görə, FIT Plus Fleş toplayıcısına çox mühim məlumatlarınızın saxlanılmasını etibar edə bilərsiniz. Bu toplaıyıcı su keçirmir¹, zərbəyə davamlıdır², yüksək temperaturlara davam gətirir³, maqnit sahələrinin⁴ və rentgen şüalanmasının⁵ təsirinə məruz qalmır. 5 illik zəmanətlə qorunur⁶.
¹Dəniz suyunda 72 saata qədər. ²1500 g-dək təcilli zərbələr. ³İstismar rejimində temperatur diapazonu -25°C-dən 85°C-dək, qeyri-istismar rejimində -40°C-dən 85°C-dək ⁴15000 Qaussa qədər (MRI təsirinə bərabərdir). ⁵50 Rentgenə qədər (hava limanlarında baqaja nəzarət üçün nəzərdə tutulmuş rentgen aparatlarının təsirinə bərabərdir). ⁶Samsung şirkəti toplayıcıdan bərpa olunarkən məlumatların zədələnməsinə/itməsinə görə məsuliyyət daşımır. Ətraflı məlumatı www.samsung.com/az.support saytından əldə etmək mümkündür.
Xüsusiyyətlər
-
Məhsul ailəsi FIT Plus
-
Tətbiq Fərdi kompüter, Noutbuk
-
İnterfeys USB 3.1 Gen 1 (USB 3.0/2.0 ilə əks uyğunluq)
-
Xarakteristikalar USB 3,1 üçün oxunma sürəti 200 MB/saniyəyə çatır. Yazılma sürəti oxunma sürətindən azdır.* Faktiki sürət aparat vasitələrinin konfiqurasiyasından və istifadə şərtlərindən asılı ola bilər.
-
Zəmanət 5 illik məhdud zəmanət
{{family.currentModel.displayName}}
{{family.currentModel.modelCode}}
Price with discount: {{model.prices.currentPriceDisplay}}
Price before: {{model.prices.priceDisplay}}
-
{{summary.title}}
-
{{summary.title}}
Modelləri müqayisə et
Oxşar məhsullarla müqayisə et