Naqilsiz şarj cihazı EP-P1300
EP-P1300BBRGRU
QR kodunu smartfonunla skan et və obyekti otağına yerləşdir.
Özəlliklər
Sürətli Şarj edin!
Sürətli naqilsiz şarj funksiyasının dəstəklənməsi sayəsində siz akkumulyatorun şarjını daha tez doldura bilərsiniz. Yüksək çıxış gücü (9 Vt-dək), habelə USB Power Delivery və Adaptive Fast Charging standartlarını dəstəkləyən şəbəkə şarj cihazlarına uyğun olması sayəsində bu naqilsiz şarj cihazı ona uyğun digər cihazların naqilsiz şarj müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.
*Naqilsiz şarj cihazının işləməsi üçün elektrik şəbəkəsinə qoşulması lazımdır. Type-C birləşməsi olan və sürətli şarjı dəstəkləyən orijinal Samsung şəbəkə şarj cihazından istifadə edin. Şəbəkə şarj cihazı komplektə daxil deyil və ayrıca satılır. *Şarj sürəti mobil və ya geyilə bilən cihazdan asılıdır. Şarjın faktiki sürəti və gücü istifadə ssenarisindən, şarj şəraitindən və digər amillərdən asılıdır. *Apple iPhone smartfonları üçün 7.5Vt-a qədər naqilsiz şarj gücü. *USB Power Delivery (PD) və Adaptive Fast Charging (AFC) - Samsung cihazları üçün sürətli şarj standartlarıdır.
Sevimli cihazlarınızı şarj edin.
EP-P1300 Naqilsiz Şarj Cihazı müxtəlif istehsalçıların smartfonlarından tutmuş, simsiz qulaqlıqlara qədər geniş çeşidli mobil cihazları şarj etmək üçün uyğundur.
*Samsung Galaxy Buds və Apple AirPods seriyalı naqilsiz qulaqlıqların, eləcə də Qi-standartı spesifikasiyalarına uyğunluq üzrə sertifikatlaşdırılmış smartfonların şarjı dəstəklənir.
Gün boyu LED rənglər, gecələr daha tutqun
Naqilsiz şarj cihazının vəziyyətini göstərən LED-indikator yatdığınız zaman sizi narahat etməyəcək. Sizin rahatlığınız üçün LED-indikatorunun parlaqlığını cədvəl üzrə (məsələn, gecə vaxtı) azaltmaq imkanı nəzərdə tutulmuşdur.
*LED-indikator işinin tənzimlənməsi yalnız Samsung Galaxy S10 | Note10 və daha yüksək seriyalı cihazlarda mümkündür. *Sürətli şarj funksiyasının müəyyən müddət ərzində söndürülməsini Galaxy smartfonunun Tənzimləmələr menyusunda tənzimləyin və LED-indikatorun parlaqlığı avtomatik olaraq azalacaq.
Sizə uyğun dizayn edilmişdir
Yığcam ölçüsünə görə, EP-P1300 naqilsiz şarj cihazını istənilən səthin üzərinə yerləşdirmək olar.
Keysdə saxlayın
Qoruyucu keys naqilsiz şarj cihazının elektromaqnit şüaları üçün maneə yaratmır. Nazik keyslər naqilsiz şarj prosesinə əngəl törətmir. Ona görə də smartfonu şarj cihazının üstünə qoymağınız kifayət edir.
*Naqilsiz şarjın maksimum dərəcədə effektiv olması üçün, cihazı solda yerləşən yükləmə panelinin düz ortasına qoyun. *Sınaqlar yalnız Samsung istehsalı olan orijinal keyslərdə aparılmışdır. *Smartfon üçün keysin qalınlığı 3 mm-dən az, Galaxy Buds şarj futlyarı üçün keysin qalınlığı isə 2 mm-dək olmalıdır. Daha qalın keyslər şarj gücünün azalmasına və istiliyin ayrılmasına, bu isə şarj müddətinin əhəmiyyətli dərəcədə uzanmasına səbəb ola bilər. *Şarj müddəti yükləmə şəraitindən və keysin materialından asılıdır.
Xüsusiyyətlər
-
Növ
Naqilsiz şarj cihazı
-
Uyğun cihazlar
Galaxy S21, S21+, S21 ultra
-
Uyğun Modellər
Naqilsiz şarj Samsung Galaxy S21 Ultra, S21+, S21, Note20 Ultra, Note20, S20 Ultra, S20+, S20, Note10+, Note10+ 5G, Note10, Note10 5G, S10, S10+, S10e, S10 5G, S9, S9+, S8, S8+, S7, S7 Edge, Note9, Note8, Note5, S6 Edge+, S6 Edge, S6 və Apple iPhone 11 Pro Max, 11 Pro, 11, X, XS, XS Max, XR, 8, 8 Plus kimi bir sıra mobil cihazlar ilə uyğundur. Galaxy Buds seriyalı naqilsiz qulaqlıqlara da uyğun gəlir. Maksimal şarj gücü istifadə ssenarisindən, şarj şəraitindən və digər amillərdən asılıdır.
-
Xüsusiyyətlər
Sürətli naqilsiz şarj (9 Vt-dək), Samsung və Apple smartfonlarının şarjı, Galaxy Buds şarjı, LED indikatorları ilə idarə olunur
-
İnterfeys
USB Type-C
-
Komplektasiya
Naqilsiz şarj cihazı, istifadəçi üçün qısa təlimat. Şəbəkə şarj cihazı komplektə daxil deyil və ayrıca satılır.
-
Ölçülər (ExHxD)
83.8 x 14.7 x 83.8 mm
-
Çəki
85 q
-
Giriş Gərginliyi (Maksimum, Sürətli Şarj)
9
-
Giriş Amperi (Maksimum, Sürətli Şarj)
1.67
İstifadəçi təlimatı və yükləmələr.
TSS
- Samsung Galaxy-nin batareyasının enerjisi tez bitirsə, nə etmək lazımdır
- Yeni S Pen qələmini haradan almaq olar
- İtirilmiş cihazı tapmaq üçün Samsung Find proqramından istifadə edin
- S Pen-i Samsung Galaxy smartfonuna necə qoşmaq olar
- Galaxy cihazlarında icazəsiz üçüncü tərəf qoruyucu üzlüklərinin qüsurları
Məhsul üçün dəstək
Yaxınlıqdakı dükanları axtar.
Cihazın yerləşmə məlumatları istifadə ediləcək.
Son baxilanlar