Sənin Galaxy.
Sənin yolun.

Yenidən dizayn edilmiş One UI 8 ilə Galaxy təcrübənizi yeni səviyyəyə daşıyın. AI ilə gücləndirilmiş yeni funksiyaları təkmilləşdirilmiş görünüşlə birləşdirən One UI 8, Galaxy cihazınızın və gündəlik həyatınızın bütün potensialını açmaq imkanı verir.1,2

Galaxy Z Fold7 xarici ekrandan qatlanmış vəziyyətdə görünür. Şəkillər, Yuxu Göstəricisi, Addımlar, Now Brief və Təqvim kimi müxtəlif vidcetlər göstərilir. Cihaz açılaraq əsas ekrandan görünür, çünki One UI 8 hər iki ekranda problemsiz işləmək üçün optimallaşdırılmışdır. Daha çox vidcetlər mövcuddur, məsələn, Hava Proqnozu, Saat, Sağlamlıq və Cihaz Baxımı.

One UI 8.
Fold üçün tamamilə yenilənmişdir

Effektivliyi artırmaq üçün ekranınızdan tam istifadə edin

AI ilə gücləndirilmiş interfeys sayəsində vəzifələrinizi daha sürətli və asan şəkildə tamamlayın. Pop-up pəncərələri asanlıqla hərəkət etdirə və ölçüsünü ehtiyaclarınıza uyğun dəyişə bilərsiniz. Qısa icmallara bir baxışda nəzər yetirin.3

Böyük ekranda işlərinizi sürətli və asan şəkildə tamamlayın. Sadəcə lazım olanı sürükləyin və onu lazım olan yerə buraxın.4,5

Ən yaxşı və ən fərdiləşdirilmiş istifadəçi interfeysimiz (UI)

Genişlənmiş ekranınızda xarici ekran ilə daha çoxunu kəşf edin — indi gündəlik işlərinizi asanlıqla idarə etməyə kömək edən intuitiv yeni interfeysə sahibdir.6

Şəkilləriniz AI ilə yenidən yaradıldı

Şəkillərinizə xəyal gücünüz ilə toxunuş əlavə edin. Ev heyvanlarınızın şəkillərini asanlıqla studiya portretlərinə çevirin. Orijinal və nəticəni yan-yana göstərərək böyük ekranda dəyişiklikləri bir baxışda görün — bütün bunlar AI ilə asanlıqla mümkündür.7,8

Gözlər üçün rahat, istifadəsi asan

Yumşaq bulanıqlıqla yaradılmış dərinlik hissi və bir-biri ilə ahəngdar şəkildə birləşən komponentlərin verdiyi vahid təəssürat sayəsində One UI 8 həm immersiv vizual təcrübə, həm də istifadə rahatlığı təqdim edir.

Gördüyünüz hər hansı bir şey haqqında Gemini ilə danışın

Gemini Live ilə sərbəst və təbii şəkildə danışaraq məlumatı real vaxtda əldə edin. Kamera ilə anlarınızı paylaşaraq məsləhət və ya ideya alın.9

Təbii. Dəbli. One UI

Mürəkkəb və asan tapılan tətbiq nişanları, ağıllı bildiriş idarəetməsi və daha çoxunu əhatə edən One UI ilə tanış olun. Hər bir detalı kəşf edin və fərqi hiss edin.

Galaxy One UI 6-dan One UI 7-yə keçid zamanı tətbiq ikonları yeni dizayna keçir və Galaxy smartfonunun əsas ekranına səpələnmiş şəkildə görünür. Əsas ekranda Countdown (Geri sayım), Weather (Hava), Gallery (Qalereya) və Today’s schedules (Bugünkü planlar) widget-ları göstərilir. Ekran kilidlidir və üzərində dinamik pozada bir kişi görünür. Aşağıda qısa yol ikonları və səslənən musiqi üçün bildiriş pəncərəsi var. Bu pəncərə fırlanaraq Voice Recorder (Səs yazıcı) tətbiqini göstərir – burada yazının müddəti və dayandırma ikonu əks olunur. Bildiriş pəncərəsi daha sonra Timer tətbiqinə keçir – burada qalan vaxt, təyin olunmuş vaxt, bitmə vaxtı və pauza ikonu görünür.  İki yeni ekran da görünür. Onlardan biri yenidən dizayn olunmuş bildiriş panelidir. Yuxarıda Redaktə et, Söndür və Ayarlar ikonları yer alır. Aşağıda isə Wi-Fi, Bluetooth, Avtomatik fırlatma və digər funksiyaların ikonları yerləşir. Onların altında media idarəedicisi, səs və parlaqlıq üçün sürgülər, səs rejimi və Qaranlıq rejim ikonları var. Ən altda Yaxınlıqdakı cihazlar və SmartThings üçün ikonlar görünür.  Digər ekranda isə Canlı bildirişlər (Live notifications) göstərilir. Buraya real vaxtda yenilənən Səs yazıcı və Taymer, cavabsız zənglər, mesajlar, Ayarlar ikonu və \"Təmizlə\" (Clear) ikonu daxildir. Galaxy One UI 6-dan One UI 7-yə keçid zamanı tətbiq ikonları yeni dizayna keçir və Galaxy smartfonunun əsas ekranına səpələnmiş şəkildə görünür. Əsas ekranda Countdown (Geri sayım), Weather (Hava), Gallery (Qalereya) və Today’s schedules (Bugünkü planlar) widget-ları göstərilir. Ekran kilidlidir və üzərində dinamik pozada bir kişi görünür. Aşağıda qısa yol ikonları və səslənən musiqi üçün bildiriş pəncərəsi var. Bu pəncərə fırlanaraq Voice Recorder (Səs yazıcı) tətbiqini göstərir – burada yazının müddəti və dayandırma ikonu əks olunur. Bildiriş pəncərəsi daha sonra Timer tətbiqinə keçir – burada qalan vaxt, təyin olunmuş vaxt, bitmə vaxtı və pauza ikonu görünür.  İki yeni ekran da görünür. Onlardan biri yenidən dizayn olunmuş bildiriş panelidir. Yuxarıda Redaktə et, Söndür və Ayarlar ikonları yer alır. Aşağıda isə Wi-Fi, Bluetooth, Avtomatik fırlatma və digər funksiyaların ikonları yerləşir. Onların altında media idarəedicisi, səs və parlaqlıq üçün sürgülər, səs rejimi və Qaranlıq rejim ikonları var. Ən altda Yaxınlıqdakı cihazlar və SmartThings üçün ikonlar görünür.  Digər ekranda isə Canlı bildirişlər (Live notifications) göstərilir. Buraya real vaxtda yenilənən Səs yazıcı və Taymer, cavabsız zənglər, mesajlar, Ayarlar ikonu və \"Təmizlə\" (Clear) ikonu daxildir.

Now Bar.
İndiki məqama diqqət yetirin

Xarici ekrandan birbaşa əlçatan olan Now Bar sizə çalınan musiqiyə, canlı bildirişlərə və daha çoxuna birbaşa giriş imkanı verir.10

Now Bar -dan məşq, musiqi və Now Brief-in Səhər xəbərləri daxil olmaqla müxtəlif aktiv tətbiqlər görünür. Now Bar -dan məşq, musiqi və Now Brief-in Səhər xəbərləri daxil olmaqla müxtəlif aktiv tətbiqlər görünür.

Bir toxunuş.
Təhlükəsizlik Qovluğu itib

Sürətli Giriş Panelinə bir dəfə toxunun və Təhlükəsizlik Qovluqğu Tətbiqlər ekranından yox olsun. Daxildəki tətbiqlər söndürülür və bildirişlər bloklanır — məxfiliyin qorunmsını artırmaq üçün ayrıca biometrik identifikasiya ilə qorunur.11

Samsung Knox loqosu Samsung Knox loqosu

Sizin məxfiliyiniz. Qorunur.

  • Cihazın təhlükəsizliyi

    Qabaqcıl AI dövründə, şəxsi məlumatlarınızın qorunacağına əmin olun. Şəxsi Məlumatlar Mühərrikimiz şəxsi məlumatlarınızı təhlükəsiz şəkildə toplamağa və emal etməyə kömək edir. Daha sonra həmin məlumatları şifrələyir və Knox Vault vasitəsilə cihazınıza yaddaşa verir ki, başqalarının ona çıxış əldə etməsi çətinləşsin.

  • Fərdiləşdirilmiş Nəzarətlər

    Galaxy AI-nə nəzarət edin. Prosesin harada həyata keçiriləcəyinə siz qərar verirsiniz — cihazda yoxsa buludda.

  • Bağlantı təhlükəsizliyi

    Knox Matrix Trust Chain texnologiyası Samsung Galaxy bağlı cihazları arasında təhlükəsizliyi təmin edir, beləliklə, digər cihazların təhlükəsizliyini birbaşa Galaxy smartfonunuzdan izləyə bilərsiniz.12

Əlaqəli güc.
Samsung Galaxy

Galaxy-yə qoşulmuş cihazlar birlikdə mükəmməldir və problemsiz şəkildə ünsiyyət qurmaq, işləmək, oynamaq və sağlam qalmaq üçün yeni yollar açır.13

Ən yeni və ən yaxşı One UI-nı əldə edin

Yeni One UI buraxılış tarixi ilə bağlı bildirişlər üçün Samsung Members-də qeydiyyatdan keçin, beləliklə həmişə yeniliklərdən xəbərdar olun.

Everyday Wellness

Samsung Galaxy cihazlarınızda Samsung Health tətbiqi ilə tam sağlamlıq və ümumi rifah məlumatınıza daxil olun və idarə edin.

 

Galaxy smartfonu

 

Galaxy Tab

 

Galaxy Watch

 

Galaxy Buds

  • Mövcud funksiyalar və/yaxud məzmunlar cihazın modelindən, ölkə/regiondan və operatordan asılı olaraq dəyişə bilər.
  • Şəkil illüstrativ məqsədlər üçün simulyasiya edilmişdir. Qısaldılmış və simulyasiya edilmiş ardıcıllıqlar. Faktiki UI (İsifadəçi İnterfeysi) fərqli ola bilər.
  • Rənglərin, ölçülərin, modellərin və saat kəmərlərinin mövcudluğu ölkədən və ya operatorundan asılı olaraq dəyişə bilər.
  • Galaxy AI funksiyaları da daxil olmaqla müəyyən funksiyalardan istifadə etmək üçün Samsung Hesabına giriş tələb oluna bilər.
  • Galaxy AI funksiyaları dəstəklənən Samsung Galaxy cihazlarında 2025-ci ilin sonuna qədər pulsuz təmin ediləcək. Üçüncü tərəflərin təqdim etdiyi AI funksiyaları üçün fərqli şərtlər tətbiq oluna bilər.
  • Galaxy S25 seriyası, Galaxy S24 seriyası, Galaxy S23 seriyası, Galaxy S22 seriyası, Galaxy Z Fold Special Edition, Galaxy Z Fold6 | Z Flip6, Galaxy Z Fold5 | Z Flip5, Galaxy Z Fold4 | Z Flip4, Tab S10+ | S10 Ultra, Tab S9 | S9+ | S9 Ultra və Tab S8 | S8+ | S8 Ultra üçün Galaxy AI funksiyaları One UI 6.1 və ya daha sonrakı versiyalardan mövcuddur. Dəstəklənən modellər istifadə olunan funksiyadan asılı olaraq dəyişə bilər.
  • Galaxy AI xidməti süni intellektdən istifadə ilə bağlı yaş məhdudiyyətləri olan müəyyən bölgələrdə yetkinlik yaşına çatmayanlar üçün məhdudlaşdırıla bilər.
  • Məhsullar ayrı-ayrılıqda satılır.
  • Bəzi funksional vidcetlərin istifadə edilməsi üçün internet şəbəkəsinə qoşulmaq və/və ya Samsung Hesabına daxil olmaq tələb oluna bilər. Tətbiqlərdəki funksiyaların mövcudluğu, ölkədən asıl olaraq dəyişə bilər.
  • Galaxy AI funksiyalarının mövcudluğu regiona/ölkəyə, ƏS/One UI versiyasına, cihazın modelinə və telefon operatoruna görə dəyişə bilər.
  1. Rəsmi One UI 8 buraxılışının Galaxy Z Flip7 və Z Fold7 modelləri ilə başlaması gözlənilir. Bu yeniləmənin tədricən digər Galaxy cihazlarına da təqdim edilməsi gözlənilir.
  2. Weather Wallpaper funksiyasının hava məlumatlarını almaq üçün şəbəkə bağlantısına ehtiyacı var. Cihaz məlumatları qəbul etdikdən sonra, şəbəkə bağlantısı olmadan da hava məlumatlarını əks etdirə bilər. Hava şəraitinin real vaxt rejimində göstərilməsi təxirə salına bilər, çünki xidmət yerli hava məlumatlarının yenilənməsindən asılıdır. Bəzi qapalı mühit, gecə vaxtı və aşağı çözünürlüklü fotoşəkillər uyğun olmaya bilər. Yaradılan çıxış məlumatlarının düzgünlüyünə və etibarlılığına zəmanət verilmir.
  3. Samsung Internet Android P ƏS və ya daha sonrakı versiyaya malik cihazlarda mövcuddur Browsing Assist üçün xülasə funksiyası Samsung Internet -də mövcuddur və şəbəkə bağlantısı ilə Samsung Account hesabına giriş tələb edir. Xidmətin əlçatanlığı dilə görə dəyişə bilər. Xidmət bəzi ödənişli vebsaytlarda məhdud funksionallığa sahib ola bilər və ya əlçatan olmaya bilər. Simvol limiti tətbiq olunur. Nəticələrin dəqiqliyinə zəmanət verilmir. Bəzi dillər üçün dil paketinin yüklənilməsi tələb oluna bilər.
  4. Sketch to Image funksiyası üçün Drawing Assist funksiyası şəbəkə bağlantısı və Samsung Account hesabına giriş tələb edir. JPG, HEIC (HEIF), BMP və PNG formatlı fayllar dəstəklənir. Fon şəffaf olmamalıdır. Sketch to Image ilə redaktə etdikdə şəklin ölçüsü 12MP-ə qədər dəyişə bilər. Görünən nişan (watermark), şəklin süni intellektin köməyi ilə yaradıldığının işarəsi kimi yadda saxlama zamanı nəticədə yaranan şəklin üzərinə qoyulur. Yaradılan çıxış məlumatlarının düzgünlüyünə və etibarlılığına zəmanət verilmir.
  5. Sürüklə və burax funksiyası, One UI 8 ilə işləyən dəstəklənən Samsung Galaxy cihazlarında Drawing Assist üçün mövcuddur.
  6. Now Brief funksiyasından istifadə etmək üçün Samsung Account hesabına daxil olmalısınız. Xidmətin mövcudluğu ölkəyə, dilə, cihaz modelinə, tətbiqlərə görə dəyişə bilər. Bəzi funksiyaların işləməsi üçün şəbəkəyə qoşulma tələb oluna bilər.
  7. Photo Assist üçün Portrait Studio funksiyası şəbəkə bağlantısı və Samsung Account Hesabına giriş tələb edir. Portrait Studio ilə redaktə etdikdə şəklin ölçüsü dəyişə bilər. Görünən nişan (watermark), şəklin sGoogle Cloud-un AI köməyi ilə yaradıldığının işarəsi kimi yadda saxlama zamanı nəticədə yaranan şəklin üzərinə qoyulur. Yaradılan çıxış məlumatlarının düzgünlüyünə və etibarlılığına zəmanət verilmir. Şəkil simulyasiya edilmişdir.
  8. Photo Assist üzrə Generativ Redaktə funksiyası şəbəkə bağlantısı və Samsung Account hesabına giriş tələb edir. Generativ Redaktə funksiyası ilə redaktə etmə fotoşəklin ölçüsünün 12MP-yə qədər dəyişməsi ilə nəticələnir. Görünən nişan (watermark), şəklin süni intellektin köməyi ilə yaradıldığının işarəsi kimi yadda saxlama zamanı nəticədə yaranan şəklin üzərinə qoyulur. Yaradılan çıxış məlumatlarının düzgünlüyünə və etibarlılığına zəmanət verilmir.
  9. Google Google MMC-nin ticarət nişanıdır. Nəticələr yalnız illüstrativ məqsədlər üçün təqdim edilir. Gemini Live funsksiyası üçün İnternetə qoşulma və Google Account hesabına giriş tələb olunur. Xidmətin mövcudluğu ölkəyə, dilə, cihaz modelinə görə dəyişə bilər. Abunə növündən asılı olaraq, xüsusiyyətlər dəyişə, nəticələr isə fərqli ola bilər. Müəyyən funksiyalar və müəyyən hesablar üçün uyğundur. Hazırda siz şəxsi şəkildə idarə etdiyiniz bir Google Hesabından, yaxud administratorunuzun Gemini üçün giriş icazəsi verdiyi iş və ya təhsil hesabından istifadə edə bilərsiniz. Gemini-dən şəxsi və ya məktəb Google Hesabı ilə istifadə etmək üçün 13 yaş (və ya ölkənizdə tətbiq olunan minimum yaş) və ya daha çox, iş hesabı ilə istifadə etmək üçün isə 18 yaş və ya daha çox yaşda olmalısınız.
  10. Tətbiqlərdə dəstəklənən funksiyaların mövcudluğu ölkədən ölkəyə fərqlənə bilər. Bəzi funksional vidcetlərin istifadə edilməsi üçün internet şəbəkəsinə qoşulmaq və/və ya Samsung Account hesabına daxil olmaq tələb oluna bilər.
  11. Ayrı biometrik identifikasiya funksiyası One UI 8 tələb edir. Təhlükəsizlik Qovluğunu yenidən görmək üçün əvvəlcə naxış və ya parol ilə ilkin identifikasiya tələb olunur, sonra biometrik identifikasiya həyata keçirilir.
  12. Şəxsi Məlumatlar Mühərriki yalnız Şəxsi Məlumat İntellekti menyusu aktiv olduqda fəaliyyət göstərir. Təhlil edilmiş məlumatlar, Şəxsi Məlumat İntellekti menyusu deaktiv edildikdə silinəcək. Şəxsi Məlumatlar Mühərriki müəyyən dilləri və bəzi ləhcə/dialektləri tanıyır. Bunlara (lakin yalnız bunlarla məhdudlaşmır) ərəb dili, sadələşdirilmiş çin dili, holland dili, ingilis dili, fransız dili, alman dili, hind dili, indonez dili, italyan dili, yapon dili, koreya dili, polyak dili, portuqal dili, rumın dili, rus dili, ispan dili, isveç dili, tay dili, türk dili və vyetnam dili daxildir. Şəxsi Məlumatlar Mühərriki hazırda yalnız Samsung-un daxili (yerli) tətbiqlərini təhlil edir.
  13. Cari funksiyalar cihazdan, ölkədən, regiondan, operatordan və ya One UI versiyasından asılı olaraq dəyişə bilər.