Galaxy Z Flip7
Buying Tool
MODEL
Zəhmət olmasa satın almaq istədiyiniz telefon modelini seçin.
Zəhmət olmasa cihazınızı seçin.
Not available in this combination
YADDAŞ
Not available in this combination
Yaddaş tutumunu seçin.
Purchase Option
OFFER
OFFER
Reached maximum order quantity for this product.
Müqayisə et
Click to ExpandModelləri müqayisə etmək
Model
Model
FAQ
Click to Expand-
A. Samsung Galaxy Z Flip7 iki yaddaş seçimi ilə təqdim olunur: 256 GB və 512 GB. Hansı yaddaş seçimini seçməkdə əmin deyilsinizsə, həyat tərzinizi və telefonunuzda adətən nə qədər yaddaş istifadə etdiyinizi nəzərə alın. Adətən parametrlərdə göstərilən cari istifadə etdiyiniz cihazınızdaki yaddaş miqdarını yoxlayaraq istifadə haqqında bir fikir əldə edə bilərsiniz. Burada, nə qədər yerin istifadə edildiyini və hətta şəkillər, videolar, tətbiqlər, musiqi, sənədlər və digər kateqoriyalar üzrə bölünməni görə bilərsiniz. Əgər çox məzmun yaradacağınızı və ya yükləyəcəyinizi düşünmürsünüzsə, mövcud yaddaş tutumunuza bənzər ölçüdə saxlaya bilərsiniz və ya ən aşağı seçim olan 256 GB-ı seçə bilərsiniz. Lakin, çox sayda şəkil və video çəkirsinizsə və ya çoxlu oyun və tətbiq yükləyirsinizsə, Galaxy Z Flip7-də 512 GB yaddaş seçimini nəzərdən keçirin. Bu, telefonunuza yeni məzmun əlavə etmək üçün kifayət qədər yer təmin etməli və mövcud şəkillər, videolar, musiqi və digər faylları saxlamağa imkan verməlidir. Mövcud yaddaş variantlarını və təklifləri burada yoxlaya bilərsiniz. *Yaddaşda saxlama funksiyaları, ölkə, region və ya operatordan asılı olaraq, dəyişə bilər.
-
A. Samsung məhsullarını birlikdə istifadə etdikdə, onlar bir-biri ilə işləmək üçün dizayn edildiyindən, siz kəsintisiz bir ekosistemin üstünlüklərindən faydalana bilərsiniz. Galaxy smartfonunuz Galaxy Buds, Galaxy Watch, Galaxy Tab və Galaxy Book kimi digər Samsung məhsulları ilə qoşularaq cihazlararası rahat funksionallıq təmin edə bilər. Samsung Galaxy cihazları bir-birini asanlıqla taparaq müxtəlif yollarla qoşula və qarşılıqlı əlaqə yarada bilir. Onlar qeydləri və məlumatları sinxronlaşdıra, faylları paylaşa, ekranları əks etdirə və daha çox funksiyanı yerinə yetirə bilirlər. Üstəlik, Galaxy ekosisteminin bir hissəsi olmaq telefonunuzu iş və məhsuldarlıq baxımından da daha funksional edir, çünki bu, çoxlu vəzifələrin yerinə yetirilməsi və cihazlar arasında əlaqə qurmaq üçün daha çox imkan yaradır. Məsələn, Galaxy telefonunuzdan nəyisə kopyalayıb, onu birbaşa uyğun Galaxy Book və ya Tab cihazınıza yapışdıra bilərsiniz. Və ya sanki bir böyük genişləndirilmiş iş sahəsi olduğunu fərz edərək, müxtəlif cihazlar arasında obyektləri sürüşdürüb buraxa bilərsiniz. Uyğun Galaxy məhsullarını birlikdə aldığınız zaman xüsusi endirimlər mövcud ola bilər, beləliklə çoxlu cihazlardan ibarət ekosisteminizi qurarkən qənaət edə bilərsiniz. Telefon alış prosesinizi Galaxy Buds, Galaxy Watch və digər məhsullarla birləşdirərək Samsung Galaxy ilə edə biləcəyiniz bütün imkanlarla tamamlayın. Ətraflı məlumat üçün zəhmət olmasa www.samsung.com/connected-experience saytına nəzər salın. *Kampaniyanın xırdalıqları, regiondan/ ölkədn/ operatordan asılı olaraq, dəyişə bilər.
-
A. Galaxy Z Flip7 yenidən dizayn olunmuş xarici ekranı ilə daha incə görünür. Xarici ekran əvvəlki Galaxy Z Flip6-dakı 3.4"-dən yeni Galaxy Z Flip7-də 4.1"-ə qədər artırılaraq ən incə kənar çərçivəmizi təqdim edir. Əsas ekranın ölçüsü 6.7"-dən 6.9"-ə yüksəldilib və 21:9 nisbəti ilə daha kəsintisiz baxış təcrübəsi və çevik istifadə təmin edir. Üstəlik, FlexWindow-da maksimum parlaqlığı 1600 nitdən 2600 nitə yüksəldilmək və batareya tutumunun 4000 mA/s-dan 4300 mA/s-a artıraraq batareya ömrünün uzatmaqla digər texniki göstəricilər də yeniləndi. *Əvvəlki Galaxy Z Flip modelləri ilə müqayisədə. *Standart dəyər kənar laboratoriya şəraitində sınaqdan keçirilib. Minimum dəyəri IEC 61960 standartı altında sınaqdan keçirilmiş batareya nümunələri arasında batareya tutumunda yayınma hallar nəzərə alınmaqla təxmin edilən orta dəyərdir. Galaxy Z Flip7 üçün qeyd edilmiş batareya tutumu 4174 mA/s-dir. *Diaqonal olaraq ölçüldükdə, Galaxy Z Flip7-nin Xarici Ekran ölçüsü tam düzbucaqlı formada 4.1”-dir; faktiki görünən sahə isə dairəvi künclər və kamera dəliyi səbəbilə daha kiçikdir. *Galaxy Z Flip6-ın diaqonal üzrə ölçülən Xarici Ekran ölçüsü tam düzbucaqlı forma üzrə 3.4"-dür. Dairəvi kənarlar və daha aşağı kəsiklər səbəbi ilə, faktiki olaraq görünən sahə tam düzbucaqlı sahənin təxminən 95%-ni təşkil edir. *Galaxy Z Flip7-nin həm əsas ekranında, həm də xarici ekranında pik parlaqlıq 2600 nit təşkil edir. Displeylər adaptivdir, parlaqlıq dərəcəsi, ətraf mühiutdən asılı olaraq, avtomatik şəkildə tənzimlənir. Müəyyən işıqlandırma şəraitində Yüksək Parlaqlıq Rejimi və Vision Booster aktivləşəcək.
-
A. Xeyr, Samsung Galaxy Z Flip7 enerjidoldurma cihazı ilə birlikdə gəlmir, lakin qutunun içində SIM kart çıxartma iynəsi və məlumat kabeli daxildir. SIM kart çıxartma iynəsi SIM kartı çıxarmaq üçün istifadə olunur, məlumat kabeli isə telefonunuzu digər cihazlarla əlaqələndirmək, o cümlədən adapter vasitəsilə doldurmaq kimi müxtəlif tapşırıqlar üçün istifadə edilə bilər. Lakin, faktiki adapter və ya enerjidoldurma cihazı ayrıca satın alınmalıdır. Galaxy Z Flip7 ilə Samsung enerjidoldurma cihazından istifadə etməyi tövsiyə edirik, çünki enerjidoldurma cihazlarımız Samsung Galaxy cihazları ilə təhlükəsiz və optimal istifadə üçün nəzərdə tutulub. Mövcud variantları Samsung.com saytında yoxlaya bilərsiniz.
- *Görüntü simulyasiya olunub. Bəzi Al funksiyalarından istifadə üçün Samsung hesabına giriş tələb oluna bilər ətraflı məlumat üçün samsung.com saytına daxil ol.
- *Kampaniya müddəti məhduddur. Yararlanmağa tələsin.